Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

Rəhbərin çağırışı

  • İmam Xomeyni (r.ə)
  • Həcc
  • Fələstin
    • Fələstinlilərin İslami qiyamına dəstək olmalıyıq
    • İlahi vədənin gerçəkləşməsi
    • Fələstinliləri dəstəkləmək
    • Fələstin torpağı fələstinlilərə aiddir
      Çap versiyası  ;  PDF
      Fələstin torpağı fələstinlilərə aiddir

      Fələstin müsəlman torpaqlarının mərkəzində yerləşir. Buna görə də dünyanın işğalçı ölkələri həmin məntəqədən İslama qarşı hücuma keçməyə, müsəlman millətlərini təzyiq altında salmağa və İslami hərəkatların qarşısını almağa cəhd göstərirlər. İslam dünyasının qəlbində yerləşən bu məntəqədə sionist rejimi dünya qəsbkarlarının və onların başında duran Amerikanın nümayəndəsidir. Qoy bilsinlər ki, onların apardıqları yalançı təbliğatların heç bir faydası olmayacaq və dünya millətlərini aldada bilməyəcəklər.

      Biz yalnız Fələstin millətinin amalları uğrunda mübarizə aparan hər bir təşkilatı milli təşkilat hesab edirik! Təbii ki, öz şəxsi mənafeyini güdən və düşmənə satılıb fələstinlilərin amallarını ayaq altına qoyan təşkilat Fələstin millətini təmsil edən bir təşkilat deyildir.

      Fələstinlilər dünya müsəlmanlarının yardımlarından məhrum qalıblar. Bütün müsəlman millətləri Fələstin torpaqlarında təzyiq altında olan müsəlmanlara və onların İslami qiyamına kömək göstərməli, bu işi özlərinin İslami və şəri vəzifələri bilməlidirlər.

      Fələstin hadisəsində həqiqətin təhrif olunması olduqca böyük bir təxribatdır. Belə ki, işğal olunmuş torpağı, evi üçün mübarizəyə qalxan bir millət dünya qəsbkarlarının, İsrailin və onun əlaltılarının kütləvi informasiya vasitələrində dünya ictimaiyyətinə terrorist kimi tanıtdırıldı! Çox təəssüfləndirici bir haldır ki, özlərini sülhsevər və insan haqlarının müdafiəçisi adlandıran bir ictimaiyyətin dəstəyi ilə bu gün fələstin millətinin başına olmazın müsibətlər gətirilir. Halbuki, fələstinlilərə bu zülmü rəva görənlərin özləri insan hüquqlarını tapdalayan ünsürlərdir.

      Fələstin fələstinlilərə aiddir! Yalnız Fələstin xalqı daxildə birləşib İslami bir dövlət yaratdıqları zaman, o torpaqlarda əmin-amanlığın bərqərar olması mümkündür.

      Əgər sizin dedikləriniz həqiqətdirsə və Fələstin milləti, ümumiyyətlə, İslamla heç bir düşmənçiliyiniz yoxdursa, bu təklifi qəbul edin. Dünya qəsbkarları əmin olsunlar ki, əgər bu təklifi qəbul etməsələr, apardıqları müzakirələr və aldıqları qərarlar vasitəsilə fələstinlilərin qiyamını yatıra bilməyəcəklər və belə olan surətdə bu qiyam heç yatmamalıdı da!

      Hal-hazırda fədakar və mübariz Fələstin müsəlmanları, qadın və kişi, qoca və cavan olmalarından asılı olmayaraq, o müqəddəs torpaqlarda mübarizə aparırlar. Onlara kömək  göstərin! Fələstinə kömək etmək, əslində, müqəddəs hədəf uğrunda mübarizə aparan bir millətə kömək etmək deməkdir. “Fələstin” dedikdə öz şəxsi mənafelərini güdən, millətini düşünməyən və düşmənə satılmış ünsürləri nəzərdə tutmuruq. Fələstini təmsil edən təşkilatlar yalnız onların müqəddəs amallarını üstün tutanlardır. Düşmənə satılan və bu millətin amallarını tapdalayan təşkilat fələstinlilərin nümayəndəsi deyildir.

      Həzrət Ayətullah Xameneinin “Fələstinlilərin İslami İnqilabının Müdafiəsi” adlı beynəlxalq konfransdakı çıxışından bir parça. 27/07/1370
    • Son əsrdə müsəlmanların oyanışı
  • İctimai azadlıq
  • Qadınlar
  • İslam dövlətinin xüsusiyyətləri
700 /