Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

Rəhbərin çağırışı

  • İmam Xomeyni (r.ə)
  • Həcc
  • Fələstin
  • İctimai azadlıq
  • Qadınlar
    • Qadının ictimai fəaliyyəti
    • İslamda qadının dəyəri
    • Müsəlman qadının üstünlükləri
      Çap versiyası  ;  PDF
      Müsəlman qadının üstünlükləri

      İnsanın mənəvi yüksəlişində əməl və rəftarlar böyük rol oynayır. Elə xanım Fatimeyi-Zəhranın (ə) gənc yaşlarında mənəviyyat və hikmətin ali dərəcələrinə yiyələnməsi məhz onun əməllərinin səmərəsi olmuşdur. Peyğəmbərin (s) əziz qızı atasının qəm şəriki,  fədakar həyat yoldaşı və övladları üçün böyük tərbiyəçi idi. Bu xanım imam Həsən (ə), imam Hüseyn (ə) və xanım Zeynəb (s.ə) kimi şəxsiyyətlər yetişdirmişdir. O xanım  Allaha ibadət etməklə imanını gücləndirdi, mənəviyyatını zənginləşdirdi və qəlbini İlahi nura qərq etdi. Həyatı boyu dünya bər-bəzəyindən və maddi ləzzətlərdən çəkindi. İslamın müdafiəsi, Peyğəmbər (s) və İmamı (ə) himayə etmək üçün cihad edən ən nümunəvi qadın idi.

      Hər bir müsəlman qadını elmə yiyələnmək, özünü tərbiyə etmək, mənəviyyatını saflaşdırmaq və zənginləşdirmək üçün səy göstərməli, dünya bər-bəzəyinə, cah-cəlalına əhəmiyyət verməməli, ismət və iffətlərini qorumalı, ailəsinin, övladlarının və həyat yoldaşının rahatlığını təmin etməli və öz isti qucağında sağlam düşüncəli və pak insanlar yetişdirməlidir.

      Bu gün dünyada “insan və qadın azadlığı” şüarlarını verənlər həqiqətdə bəşəriyyətə və qadına ən böyük zülmü rəva görənlərdir. Çünki məhz onlar “qadın azadlığı” şüarı arxasında qadını əyyaş kişilərin əyləncə vasitəsinə çevirmişlər. Bizim nəzərimizcə, müasir Qərb dünyasının qadın barəsindəki tərzi-təfəkkürü indiyədək qadına edilən zülmlər arasında bənzərsizdir. Qadına qarşı belə bir kütləvi şəkildə zülm və təcavüzkarlıq müasir Qərb mədəniyyətinin məhsuludur və yalnız indiki dövrə xasdır. Bu gün  səslənən “qadın azadlığı” şüarı əslində,  qadınların deyil, əyyaş kişilərin azadlığıdır.

      Qərb dünyası qadınlara təkcə ictimai əmək fəaliyyəti sahəsində deyil, incəsənət və bədii ədəbiyyatda da zülm etmişdir. Bu həqiqət Qərbin bədii ədəbiyyatında, kino filmlərində və rəsm əsərlərində öz əksini tapmışdır. Belə ki, qadın ucuz və əliaçıq bir işçi kimi canlandırılır. Amma İslam bu cəhətləri qadın üçün üstünlük hesab etmir. İslam  qadınların ictimai fəaliyyətinin əleyhinə deyil, əksinə hətta əgər qadının evdən kənarda əmək fəaliyyətini onun ən mühüm vəzifəsi olan övlad tərbiyəsi və evdarlığı ilə toqquşmadığı təqdirdə zəruri hesab edir. Lakin qadının işləməyi mənəvi və insani dəyərlərin tapdalanması ilə nəticələnməməlidir.

      Bilin ki, əgər müsəlman qadınlar öz həqiqi simalarını bərpa edə bilsələr, İran İslam İnqilabı kimi bir möcüzə baş verəcəkdir. İran qadınları iffət və ismətlərini, hicablarını qorumaqla, saleh övladlar yetişdirmək və evdarlıqları ilə yanaşı, elm və savada da yiyələndilər. Hal-hazırda ölkəmizdə saysız-hesabsız həkim qadın, elmin müxtəlif sahələrində yüksək dərəcələrə yiyələnən alimə qadınlar və istedadlı gənc qız tələbələr vardır ki, İran İslam Respublikasının  iftixarı sayılırlar.

      Heç bir ideologiya İslam qədər insana və insanlığa dəyər vermir. İnsan hüquqlarının müdafiəsi İslamın əsas prinsiplərindən biridir və bu hüquqların qorunması yalnız İslamın hüquq və məhkəmə qanunlarının icrası ilə mümkündür.

      Xanım Fatimeyi-Zəhranın (s.ə) mövludu və “Qadınlar günü” münasibətilə Həzrət Ayətullah Xameneinin qadınlarla keçirdiyi görüşdəki çıxışdan bir parça. 25/9/1371
    • Qadının hərtərəfli tərəqqisi
  • İslam dövlətinin xüsusiyyətləri
700 /