Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş sonuncu mərasimdə iştirak etdi

Bu gün (bazar ertəsi) axşam İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, xalqın müxtəlif təbəqələrini təmsil edən insanların və hökumət rəsmilərindən bir qrupunun iştirakı ilə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş sonuncu matəm mərasimi təşkil olundu.

Mərasimdə Höccətül-İslam vəl-muslimin Pənahiyan və cənab Mürtəza Taheri çıxışlar etdilər, mərsiyələr söylədilər və imamlar anası Həzrət Fatimənin (s.ə) ali şəxsiyyəti, yüksək keyfiyyətləri və çəkdiyi müsibətlər haqda danışdılar.

İmam Xomeyni (r.ə) adına hüseyniyədə 12 aprel 2013-cü il tarixindən etibarən keçirilən bu mərasim 5 gün davam edərək yekunlaşdı.








Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /