Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinin şame-qəriban mərasimində iştirak etdi

Siddiqeyi-Kübra Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinin şame-qəriban gecəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, xalqın müxtəlif təbəqələrindən olan insanların və hökumət rəsmilərinin iştirakı ilə ismət və paklıq xanımının şərəfinə möhtəşəm matəm mərasimi təşkil olundu.

İmam Xomeyni (r.ə) adına hüseyniyədə keçirilən bu ilahi feyz dolu mərasimdə Əhli-Beyt (ə) xanədanının əzəməti və qəribliyi haqda söz açıldı, əzadarlar İslam peyğəmbərinin sevimli qızının çəkdiyi müsibətlərə göz yaşı axıtdılar.

İmam Xomeyni (r.ə) adına hüseyniyədə təşkil olunan mərasim 15 aprel 2013-cü il bazar ertəsi gününə qədər davam edəcək.








Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /