Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Həzrət Əba Əbdillah Hüseynin şəhadətinə (ə) həsr olunmuş ilk matəm gecəsində iştirak etdi

İmam Xomeyni adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə şəhidlər ağası Həzrət Əba Əbdillah Hüseynə və o həzrətin sadiq silahdaşlarına həsr olunmuş ilk matəm mərasimi keçirildi.

Üçlü hakimiyyət qüvvələrinin başçılarının, xalqın müxtəlif təbəqələrini təmsil edən minlərlə insanın və bir qrup hökumət rəsmisinin iştirak etdiyi mərasimdə tarixi əhəmiyyətli bir qiyam olan Aşura hadisəsinin hədəf və özəlliklərinin bir qismi şərh olundu, Əhli-Beyt (ə) məddahları Peyğəmbər (s) ailəsinin çəkdiyi müsibətləri xatırladaraq mərsiyələr oxudular.

Mərasim 24 aban tarixinə (hicri-qəməri məhərrəm ayının 11-i) qədər davam edəcək.







Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /