Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər tasua axşamı təşkil olunan matəm mərasimində iştirak etdi

Tasua axşamı İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə Həzrət Seyyidüş-şühəda Hüseynin (ə) şəhadətinə matəm mərasimi təşkil olundu.

Dövlət rəsmilərindən bir qrupunun və xalqın müxtəlif təbəqələrini təmsil edən minlərlə insanın iştirakı ilə keçən mərasimdə Höccətül-islam vəl-muslimin Pənahiyan Hüseyn (ə) qəhrəmanlığının möhtəşəm aspektlərindən danışdı.

O, düşmənini dəqiq tanımağın vacibliyini vurğulayaraq dedi: “Gözüaçıq olan və düşmənlərini düzgün tanıyan bir cəmiyyəti heç kəs və heç bir cərəyan aldada bilməz”.

Höccətül-İslam vəl-muslimin Pənahiyan qeyd etdi ki, mömin insan ilahi övliyaların əzəmətinə, Allahın düşmənlərinin isə haqsız və rəzil olduqlarına inanmalıdır. O dedi: “Kərbəlada İmam Hüseyn (ə) öz silahdaşlarının üstünlüyünü, batil cəbhənin isə rəzalətini lazımınca nümayiş etdirdi və düşmənlərinin iç üzünü tarixdə əbədi qalası şəkildə açdı”.

Natiq həmçinin aşağıdakı fikirləri səsləndirdi: “Kərbəla qəhrəmanlığı İslam ümmətini sadəlövhlük və bəsit düşüncədən uzaqlaşdırdı, möminlərə düşmənin zahiri davranışlarına heç vaxt aldanmamalı olduqlarını anlatdı”.

Mərasim əsnasında Əhli-beyt (ə) məddahları cənab Behtaş və cənab İnsani İmam Hüseyn (ə) və onun səhabələrinin üzləşdiyi müsibətləri yad etdilər.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /