Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Aşura gecəsi təşkil olunan matəm mərasimində iştirak etdi

Allah-Taalanın əziz tutduğu bir ailənin matəm və müsibət gecəsi olan Aşura gecəsində İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, dövlət rəsmilərindən bir qrupunun və xalqın müxtəlif təbəqələrini təmsil edən minlərlə insanın iştirakı ilə şəhidlər ağası Həzrət Əba-Əbdillah Hüseynə (ə) və onun sadiq səhabələrinə həsr olunmuş matəm mərasimi təşkil olundu.

Mərasim zamanı çıxış edən Höccətül-İslam vəl-muslimin Xatəmi Kərbəla çölünü şeytan ordusunun haqq ordusu ilə üz-üzə gəldiyi bir meydan adlandıraraq dedi: “Bu qarşıdurmada Həzrət Hüseynin (ə) səhabələri Allah-Taala ilə öz canları və malları bahasına sövdələşmə etdilər. Allah-Taala ilə sövdələşməyin əsas şərti isə həyatda hansı yolu tutduğunu dəqiq bilmək, bundan sonra isə haqq və həqiqət yolunda möhkəm, sabitqədəm olmaqdır”.

“Doğru yol imamların (ə) rəhbərliyi və yanlış cəbhələrdə yer almaqdan çəkinməkdir” – deyən cənab Xatəmi əlavə etdi: “Aşura günü İmam Hüseyn (ə) səhabələrinin döyüş öncəsi oxuduğu rəcəzlərin ana xəttini imamların (ə) rəhbərliyi, bu yolda mətinlik və dönməzliyin vacibliyi təşkil edir”.

Xubriqan Məclisinin üzvü olan cənab Xatəmi həmçinin bu il Aşuranın 13 aban İmperializmə Qarşı Mübarizə Günü ilə üst-üstə düşdüyünü də qeyd edərək dedi: “Aşura hərəkatının mesajları zülm qarşısında müqavimət göstərmək, qürurlu olub təslim olmamaqdır. Aşura və Kərbəla ideologiyası ilə yaşayan İran xalqı bu mesaja bütün varlığı ilə bağlıdır”.

Mərasim əsnasında Əhli-beyt (ə) məddahları cənab Nurani və cənab Həddadiyan da növhə və mərsiyələr oxudular.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /