Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Elmi olimpiadalarda medal qazanmış bəsicilərdən bir qrupu medallarını Ali Məqamlı Rəhbərə təqdim etdi

Ölkə və dünya üzrə keçirilən elmi olimpiadalarda medal qazanmış bəsicilərdən bir qrupu bu gün (bazar günü) günorta saatlarında İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşərək medallarını ona təqdim etdi.

Həzrət Ayətullah Xameneinin imaməti ilə zöhr və əsr namazlarının qılınmasından sonra baş tutan bu görüşdə riyaziyyat, fizika və informatika fənləri üzrə ölkə və dünya olimpiadalarında qalib olmuş 22 gənc qazandıqları medalları Ali Məqamlı Rəhbərə təqdim etdilər.

Qısa sürən görüş əsnasında Ali Məqamlı Rəhbər də medal qazanmış gənclərə təşəkkür və qədirdanlığını ifadə edərək bildirdi ki, yüksək elmi dərəcələrin qazanılması inqilabın övladlarının elm sahəsindəki istedad və uğurlarından xəbər verir. O həmçinin vurğuladı: “Ölkənin daxili güc və iqtidarını artıran da məhz bu göstəricilər və nailiyyətlərdir”.









Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /