Ali Məqamlı Rəhbərin informasiya bloku

Xanım Zəhranın (s.ə) vəfatına həsr olunmuş matəm mərasimi keçirildi

Ali Məqamlı Rəhbərin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Xanım Zəhranın (s.ə) vəfatına həsr olunmuş birinci matəm gecəsi keçirildi.

Qanunvericilik və məhkəmə başçıları, ölkənin mülki və hərbi məsulları və cəmiyyətin müxtəlif təbəqələrindən ibarət olan minlərlə insanın iştirakı ilə təşkil olunmuş mərasimdə Höccətül-İslam vəl-muslimin cənab Seddiqi Ali imamlar anası Həzrət Fatimeyi-Zəhranın (s.ə) uca şəxsiyyətindən, onun təqdirəlayiq şəxsi keyfiyyətlərindən danışdı.

Mərasim zamanı Əhli-Beyt (ə) məddahları cənab Səmavati və Erzayi paklıq və ismət xanımının şəhadətinə mərsiyələr oxudular.

İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Siddiqeyi-Tahirənin (s.ə) şəhadətinə həsr olunmuş matəm mərasimləri 1394-cü il isfənd ayının 24-ü, bazar ertəsinə (14 mart, 2016) qədər davam edəcək.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /