Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Hüseynə (ə) həsr olunmuş ilk matəm mərasimi keçirildi

İslam İnqilabının Ali Məqamlı Rəhbərinin iştirakı ilə bu gecə (çərşəbə axşamı) İmam Xomeyni (r.ə) adına hüseyniyyədə şəhidlər sərvəri Həzrət Əba Əbdillah Hüseyn (ə) və onun vəfalı silahdaşlarına matəm məclisi təşkil edildi.

Xalqın müxtəlif təbəqələrindən olan minlərlə insanın və dövlət rəsmilərinin iştirak etdiyi bu məclisdə Höccətül-İslam vəl-müslimin Seyyid Əhməd Xatəmi Kərbəlanın tarix yaradan qiyamının mühüm komponentlərindən danışaraq fədakarlığın ən mühüm komponent olduğunu dedi: “Aşura məktəbinin yaxşıya dəvət prinsipi çərçivəsində verdiyi ən mühüm mesaj dini hökumət qurulması mesajıdır. Həzrət Seyyidüşşühəda (ə) dinin izzətinin qorunması üçün bütün varlığından keçdi”.

O, qeyd etdi ki, İmam Hüseyn (ə) bizə din yolunda fədakarlığın heç bir sərhəd tanımadığını öyrətdi: “Həzrət Seyyidüşşühəda (ə) və Aşura mədəniyyəti sayəsində bu gün dinin hakimiyyət bayrağı ölkəmizdə ucaldığı üçün hamılıqla bu bayrağın daim dalğalanmasına çalışmalıyıq”.

Mərasimdə Maşallah Abidi və Mənsur Ərzi cənabları Aşura müsibətlərini xatırladaraq mərsiyələr oxudular.

Həzrət Seyyidüşşühədanın (ə) əzadarlıq mərasimi oktyabr ayının 13-ə qədər (Məhərrəmin 11-dək) davam edəcək.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /