Ali Məqamlı Rəhbərin informasiya bloku

İmam Hüseynə (ə) həsr olunmuş Şame-qəriban mərasimi keçirildi

İmam Hüseynin (ə) “Şame-qəriban” gecəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri, xalqın müxtəlif təbəqələrindən olan minlərlə insan və bir qrup dövlət rəsmisinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə şəhidlər sərvəri və onun vəfalı silahdaşlarına həsr olunmuş matəm mərasimi keçirildi.

Mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Pənahiyan insan cəmiyyətlərinin islahı yolunun Quran prinsipləri, Allah kitabının oxunması, cəmiyyətə həqiqətlər və yaxşılıqların çatdırılması, pis vərdişlərdən təmizlənmə, Kitab və hikmət öyrədilməsi olduğunu dedi: “Cəmiyyətin pis vərdişlərdən təmizlənməsi və paklanması İslam hökuməti və idarəçiliyi sisteminin yaradılması, qanunvericilik və ilahi qanunların icrası prinsipləri ilə şərtlənir. Hikmət təlimində ən mühüm prinsip siyasi doktrina, yəni siyasi ayıqlıq və analiz təlimidir”.

Mərasimdə Çini və Mütii cənabları Həzrət Seyyidüşşühədanın (ə) matəminə həsr olunmuş növhə və mərsiyələr oxudular.

Həzrət Əbaəbdillah Hüseynin (ə) matəm mərasimi oktyabr ayının 13-ə qədər (Məhərrəmin 11-dək) davam edəcək.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /