Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Bu ölkənin sabahı və tarixi sizə məxsusdur, hazır olun!

Bu gecə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə Tehran şəhərinin oğlan məktəblərindən olan iki min nəfər şagirdin iştirakı ilə təravətli və həyatverici Şəri Vəzifə bayramı mərasim keçirildi.

Bəndəlik dövrünün başlanmasının sevinc və şadlığının hər tərəfi bürüdüyü bu mərasimdə mömin yeniyetmələr Şam və İşa namazlarını İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin imaməti ilə qıldılarr.

Həzrət Ayətullah Xamenei çıxışı zamanı Şəri Vəzifə bayramının Allahın lütf və diqqətini cəlb emək bayramı, səadət və xoşbəxtliyə nail olmaq üçün ilahi vəzifəni qəbul etmək bacarığı kimi dəyərləndirdi: “İnsan həyatının müxtəlif mərhələlərində çox hadisələri təcrübə edir. Bu hadisələrə cəsarətlə sinə gərmək, ilahi izzət və dünyəvi iftixara nail olmaq mənəviyat özülünü möhkəmləndirməklə şərtlənir”.

Vəzifə anının əhəmiyyətli olduğunu deyən İslam İnqilabının Rəhbəri mənəvi yetkinlik dövrünə daxil olmağın qədrinin bilinməsini tövsiyə etdi: “Fərdi və ictimai tərəqqinin sirri Allahla əlaqənin qorunmasındadır. Bu gün Qərbin tənəzzülə uğramaqda olan mədəniyyətinin ən böyük nöqsanı Allahla əlaqəni kəsməkdir”.

O, qeyd etdi ki, namaz qılmaq və Quran oxumaq Allahla rabitənin ən yaxşı yoludur: “Namazda insanın tərəf müqabilinin uca və qüdrətli Allahın olması həqiqətini diqqət mərkəzində saxlamaq təvəkkül, şücaət və özünəinam hissinin artmasına səbəb olur. Buna görə də namazı əvvəl vaxtda və diqqətlə qılın. Quran və onun istiqamətləndirici və nurani mənası ilə daim ünsiyyət yaradın".

Həzrət Ayətullah Xamenei bildirdi ki, düşmənlərin ölkəyə iqtisadi, siyasi və mədəni cəhətdən nüfuz və güc göstərməyə çalışması onların gənclər və yeniyetmələrə təsir göstərmək üçün qarşılarına qoyduqları məqsədlərdən biridir: “İran xalqının bu günkü övladları və ölkənin sabahkı kişiləri və idarəediciləri olan siz əziz yeniyetmələr düşmənin bu planına qarşı qabaqlayıcı ictimai hərəkatlarda daha fəal və yüksək əhval ruhiyyə ilə iştirak edərək mühüm rol ifa etməlisiniz”.

Elm və biliklə təchiz olunmaq, dərs oxumaq, fiziki, fikri və mənəvi sağlamlıq təminatı İslam İnqilabı Rəhbərinin yeniyetmələrə verdiyi digər tövsiyə oldu.

O, bildirdi ki, fiziki sağlamlığa idman və düzgün qidalanma ilə, mənəvi sağlamlığa isə Allaha diqqət, namaz, dua, təvəssül və şəhidləri xatırlamaqla nail olmaq olar: “Fikir və düşüncə sağlamlığını kitab oxumaqla, yaxşı yazıçı və mütəfəkkirlərin faydalı kitablarını mütaliə etməklə təmin etməlisiniz”.

Həzrət Ayətullah Xamenei daha yaxşı sabaha nail olmaq üçün elmi biliklərə yiyələnmək və özünü düzəltmək prinsipinin mühüm əhəmiyyət daşıdığını vurğuladı: “Mənim əzizlərim, bu ölkənin gələcəyi sizə məxsusdur. Siz ölkəni idarə edən və onun tarixini yazan insanlar olacaqsınız. Buna görə də imkanlardan istifadə etməklə özünüzü həmin gün üçün hazırlayın.

İslam İnqilabının Rəhbəri habelə yeniyetmələrə şəhidlərdən nümunə götürməyi tövsiyə etdi. “Bizim əziz şəhidlərimiz yeniyetmə və gənc yaşlarında ölkənin milli müstəqilliyi, maraqları və düşmənlərin şərini dəf etmək uğrunda ən dəyərli varlıqlarını, yəni canlarını Allah yolunda qurban verdilər. "Müqəddəs Müdafiə" dövründən bəhs edən şirin və maraqlı kitabları oxumaq sizi onların cəsarət və fədakarlıqları ilə tanış edə bilər“.

O, çıxışının sonunda yeniyetmələrə ata-analarının qədrini bilməyi, onların hörmətini saxlamağı, sevgi və məhəbbətlərinə eyni qarşılığı verməyi tövsyiə etdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /