Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Fatiməyə (s.ə) həsr edilmiş sonuncu mərasim gecəsi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri, məhkəmənin sədri, dövlət rəsmilərindən bir qrupu və xalqın müxtəlif təbəqələrindən olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə Həzrət Fatimeyi-Zəhraya (s.ə) həsr edilmiş matəm mərasiminin sonuncu gecəsi keçirildi.

Mərasimdəki çıxışı zamanı Höccətül-İslam vəl-müslimin Seyyid Əhməd Xatəmi Siddiqeyi-Kübranın (s.ə) vəzifənin icrası, din və imamətin müdafiəsindəki cəsarətli, aydınladıcı və iffətli davranışının misilsiz bir nümunə olduğunu dedi: “İran İslam İnqilabı xalqın öz vəzifəsinə vaxtında əməl etməsinin bir nümunəsidir. İnqilabın və dini dəyərlərin müdafiəsi məsələsində də imamlar anası (s.ə) kimi vəzifəyə təhdid və qınaqlardan qorxmadan ayıq şəkildə əməl etmək lazımdır”.

Mərasimdə cənab Həddadiyan Həzrət Siddiqeyi-Kübranın (s.ə) qarşılaşdığı müsibətlərdən bəhs edən mərsiyə və növhələr oxudu.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /