Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Həzrət İmam Hüseynə (ə) həsr edilmiş Tasua axşamı mərasimi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri, dövlət rəsmiləri və Əhli-beytə (ə) sevgisi olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə Həzrət Hüseynə (ə) həsr edilmiş Tasua axşamı mərasimi keçirildi.

Mərasim çıxışında “İslam müharibələrində mənəviyyatın hakimiyyəti” faktorunun bu müharibələrin ən mühüm xüsusiyyətlərindən olduğunu qeyd edən Höccətül-İslam Rəfii Allah Rəsulunun (s) dostları və Həzrət Seyyidüşşühədanın (ə) səhabələrinin döyüşlərdə dua, namaz və Allahın xatırlanması məsələsinə əhəmiyyət verdiklərini və onların nəzərində cihadın bütün dünyəvi işlərdən üstün olduğunu göstərən tarixi nümunələrdən söz açaraq dedi: “Allah yolunda cihad Cənnət qapılarından bir qapıdır. Mücahidlər istər qalib gəlsinlər, istərsə də məğlub olsunlar, Qurani-Kərimə görə Allahın böyük mükafatına nail olacaqlar”.

Bu mərasimdə habelə Məhəmmədrza Tahiri və Qəliç cənabları Həzrət Seyyidüşşühəda (ə) və Qəməri-bəni-Haşim Həzrət Əbəlfəzlabbasın (ə) müsibətlərindən danışıb növhələr oxudular.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /