Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Həzrət Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş matəm mərasimi

İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş matəm mərasimi keçirildi.

Xalqın müxtəlif təbəqələrindən olan minlərlə insanın, habelə dövlət rəsmilərindən bir qrupunun iştirak etdiyi bu mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Rəfii cəmiyyətlərin dəyərlərdən məhrum olmasının səbəblərindən danışaraq dedi: “Ümmül-əimmənin (s.ə) nöqteyi-nəzərindən nifaqın olması, Qurandan uzaq düşmək, Həzrət Rəsulullahın (s) hörmətinin sınması, şeytana itaət, təfriqənin olması və ixtilaf cəmiyyətin dini dəyərlərdən süqut etməsinin əsas səbəbləridir”.

Məclisin məruzəçisi dedi: “Bu gün tarixdən ibrət götürüb acı hadisələrin təkrarlanmasına mane olmaq lazımdır”.

Mərasimdə çıxış edən cənab Kərimi o xanımın müsbitələrindən danışaraq mərsiyələr oxudu.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /