Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş matəm mərasimi

İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Siddiqeyi-Kubra Fatimeyi-Zəhranın (s.ə) şəhadət axşamına həsr edilmiş matəm mərasimi keçirildi.

Xalqın müxtəlif təbəqələrindən olan minlərlə insanın, habelə dövlət rəsmilərindən bir qrupunun iştirak etdiyi bu mərasimdə çıxışı edən Höccətül-İslam vəl-müslimin Ali Şeytanın axırzamandakı hiylə və kələklərindən danışaraq dedi: “Şeytan ailələri və ailə bağlarını hədəfə alıb. Əgər bu bağlar məhv olsa, insanların tənəzzülü asanlaşar və cəmiyyət süquta uğrayar”.

Məclisin məruzəçisi qeyd etdi ki, dini mədəniyyətdə ev və ailə ibadət, zəhmət və tərbiyə məkanı sayılır: “Əmirül-mömininlə (ə) Həzrət Zəhranın (s.ə) evi səfa, sevgi, məhəbbət və hörmətlə dolu idi. Bu nurani ailə müsəlman ailələri üçün nümunə olmalıdır”.

Mərasimdə çıxış edən cənab Mütii o xanımın müsbitələrindən danışaraq mərsiyələr oxudu.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /