Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Məsul şəxslər ağacların məhv edilməsinin qarşısını alsınlar

İslam İnqilabının Ali Rəhbəri “Təbii sərvətlər həftəsi və ağac əkimi günü” münasibəti ilə iki meyvə ağacı əkdi.

Sonra çıxış edən Həzrət Ayətullah Xamenei ağac əkimi günü və mərasiminin ümumrespublika səviyyəli mübarək bir ənənə olduğunu dedi. Atmosferin qorunması, yaşadığımız mühitin gözəlliyi və baxımlı olmasında, bəşəriyyət üçün faydalı məhsulların istehsal edilməsində bitkilər, meşələr və otlaqların bərəkət və əhəmiyyətə malik olduğunu deyən Ali Məqamlı Rəhbər hökumət rəsmilərinə səslənərək vurğuladı: “Məsul şəxslər şəhərlərdəki ağacların məhv edilməsinin qarşısını almalıdırlar”.

O əlavə etdi: “Tehranda bağlar və parklar var ki, bəziləri onları talan etmək niyyətindədirlər. Şəhər həyatı və asayişinə zərbə olan bu işin qarşısı alınmalıdır”.

İslam İnqilabının Rəhbəri aidiyyatı qurumlar, xüsusilə kənd təsərrüfatı və energetika nazirliyinin rəhbərliyinə ağac əkimi və yaşıllaşdırma məsələsində su hövzələrinə ciddi yanaşılmasını tövsiyə etdi: “Bu siyasət toz dumanı və daşqının qarşısını alan amillərdən ola bilər”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /