Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ali Rəhbər vəhdətçi mövqelərdən məmnun qaldığını dedi

Bu gün (bazar günü) günorta ordu komandirləri və Quru Qoşunlarının komandirlərindən bir qrupu ilə görüşdə ordunun əvvəlki personalının səmərəliliyi və qiymətli təcrübələrindən razı qaldığını yüksək qiymətləndirən və gənc kadrların gələcəyinə ümidvar olduğunu deyən Ali Baş Komandan Həzrət Ayətullah Xamenei ordunun dayanmadan inkişaf etdiyini və imkanlarının artıdğını vurğuladı: “Sabahın ordusunun bu günkündən daha yaxşı, daha güclü, daha səmərəli və daha inqilabçı olması üçün nailiyyətlər davam etdirilməlidir”.

Ordu günü və Quru Qoşunların qəhrəmanlıqları münasibəti ilə təşkil edilmiş bu görüşdə İslam İnqilabının Rəhbəri ordunun gənc kadrlarına səslənərək dedi: “Siz əziz gənclərdən bütün təşəbbüsləriniz, səyləriniz və potensiallarınızı ordunun inkişafı və tərəqqisi üçün səfərbər etməyinizi istəyirəm”.

Ali Baş Komandan Ordunun baş komandanı general-mayor Musəvinin inqilabçı və vəhdətçi mövqelərini yüksək qiymətləndirərək dedi: “Cənab general-mayor Musəvi orduya qorunması və vurğulanması zəruri olan təşkilati və içdən gələn bağlılğı ilə yanaşı, Silahlı Qüvvələrin vəhdət və birliyi ilə bağlı çox yaxşı sözlər dedi. Bu sözlər ordunu xalqın gözündə əvvəlkindən daha çox qiymətli edən idarəçilik zəkası və daxili paklıqdan xəbər verir”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /