Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Rəhbər: İqtisadi cinayətkarlar dərhal cəzalandırılsın

Məhkəmə hakimiyyətinin sədri İslam İnqilabının Ali Rəhbərinə ünvanladığı məktubda düşmənlərin İran xalqına qarşı apardıqları iqtisadi müharibəyə, bir qrup iqtisadi cinayətkar və korrupsionerin belə bir şəraitdə düşmənlərin hədəfləri ilə səsələşən bəzi cinayətlərinə işarə edərək ölkə iqtisadiyyatı sahəsində qanun pozuntusuna yol vermiş şəxslərin cəzalandırılmasını nəzərdə tutan qanun və İslam Cinayət Məcəlləsi çərçivəsində qətiyyətli və sürətli tədbirlər görülməsinə icazə verilməsini istəmişdir. Bu məktubda iqtisadi korrupsioner və cinayətkarların cəzalandırılması məsələsində istənilən növ təxir və güzəştin qadağan edilməsi təklifi irəli sürülmüşdür . Bu təkliflə razılaşan İslam İnqilabının Rəhbəri belə qeyd etmişdir: “İqtisadi cinayətkar və korrupsionerlərin cəzalandırılması işi sürətlə və ədalətlə həyata keçirilsin, habelə məhkəmələrin qərarlarının qətiyyətliyinə lazımi diqqət göstərilməsi tövsiyə edilsin”.

Məhkəmə hakimiyyətinin sədrinin məkubunun tam mətni və İslam İnqilabının Rəhbərinin ona cavabı:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullahil-üzma Xamenei (Allah onun böyük kölgəsini daimi etsin) cənablarına

Hörmət və ehtiramla!

Salam aleykum!

Bir növ iqtisadi müharibə hesab edilən mövcud iqtisadi şəraiti nəzərə alaraq, təəssüflə qeyd emətliyəm ki, bir qrup iqtisadi cinayətkar və korrupsioner də düşmənlərin hədəflərinə xidmət edən addımlar atır, qəti və təxirəsalınmaz tədbirlər görülməsini tələb edən cinayətlərə yol verir. Əgər məsləhət olsa, məhkəmə hakimiyyəti sədrinə 19. 09 1369-cu il tarixli (10.12.1990) iqtisadi cinayətkarlığa qarşı mübarizə qanunu, bu qanunun düzəliş və əlavələri, habelə İslam Cinayət Məcəlləsinin 1392-ci il tarixli (2013) qanununun 286-cı maddəsi çərçivəsində aşağıdakı istiqamətlər üzrə tədbirlər görülməsinə icazə verməyinizi istəyirəm:

1. Sözügedən qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən, İslam İnqilabı Məhkəməsində minimum iyirmi illik hakimlik stajı olan üç nəfər hakimdən ibarət (biri başçı, ikisi məsləhətçi olmaqla) bir tərkibdə şöbələr yaradılsın. Üzvlərdən ikisinin iştirakı ilə məhkəmə baş tutmuş hesab ediləcək.

2. Bu şöbələrin baş qərargahı Tehranda olacaq. Bütün aidiyyatı sənədlər məhkəmə hakimiyyəti sədrinin birinci müavini vasitəsi ilə həmin şöbələrə təqdim edilir. Zərurət yarandığı təqdirdə məhkəmə hakimiyyəti sədrinin təyinatı ilə bu şöbələr əyalət mərkəzlərində də təşkil edilə bilər.

3. Məhkəmə sədrinin qərarı ilə iclaslar açıq keçirilir və mediada yayımlana bilər.

4. Prosessual məcəlləyə əsasən, riayət edilməsi lazım olan bütün qanuni möhlətlər – məlumatlandırma və etiraz kimi – maksimum 5 gün təyin edilir.

5. Cinayət prosessual məcəlləsinin vəkilliklə bağlı 48-ci maddəsinin qeydinin tələbi məhkəmədə də icra ediləcək.

6. Əgər məhkəmə araşdırması zamanı istintaq işində nöqsan aşkar edilərsə, məhkəmə istintaqın təkmillləşdirilməsi ilə bağlı da birbaşa tədbirlər görə bilər.

7. Şəxslərin birbaşa özləri, ortaqları və müvainləri tərəfindən təqdim edilmiş sənədlərə aidiyyatı olan bütün fiziki, hüquqi, mülki və hərbi şəxslərlə bağlı ittihamlarla bir şöbədə baxılır.

8. İqtisadi ciayətkarlar və korrupsionerlərin cəzalandırılmasında istənilən təxir və güzəşt qadağandır.

9. Qeyd olunan cinayətlərlə bağlı aparılan bütün araşdırma hallarında yetərli qədər dəlil olarsa, məhkəmə və ya prokurorluğun qərarı ilə istintaq sona yetənə və qərar qəbul eidlənə qədər müvəqqəti olaraq qətimkan tədbiri seçilir. Bu qərara digər orqanlar tərəfindən etiraz edilməyəcək. Qərarla bağlı istənilən dəyişiklik işə baxan məhkəmə tərəfindən həyata keçirilir.

10. Bu məhkəmənin, edam qərarı istisna olmaqla, verdiyi bütün rəylər qətidir və icrası vacibdir. Edam hökmünə isə maksimum 10 gün möhlətlə Ali Məhkəmədə baxıla bilər.

11. Bu qanununun icra nizamnaməsi məhkəmə hakimiyyətinin sədri tərəfindən hazırlanıb təsdiq edilir.

12. Bu qərar təsdiq edildiyi gündən iki il müddətində etibarlıdır.

Son qərar sizindir. Allahın slamı, rəhməti və bərəkəti üzərinizə olsun!

Sadiq Amuli Laricani

Allahın adı ilə

Təkliflə razıyam. Məqsəd budur ki, iqtisadi cinayətkarlar dərhal və ədalətlə cəzalandırılsın. Məhkəmələrin çıxarıdğı hökmlərin qətiyyətliyi ilə bağlı lazımi tövsiyəni verin.

Allahın salamı və rəhməti üzərinizə olsun

Seyyid Əli Xamenei
20.05.1398 (11.08.2018)

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /