Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İmam Hüseynə (ə) həsr edilmiş birinci matəm gecəsi

İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə Həzrət Əba Əbdillah Hüseyn (ə) və onun vəfalı səhabələrinə həsr edilmiş matəm mərasiminin birinci gecəsi keçirildi.

Dövlət rəsmilərindən bir qrupu və minlərlə insanın iştirak etdiyi mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin çıxışı zamanı qeyd etdi ki, mömin daim öz imanının keşiyində dayanmalıdır: “İnqilabçı olmaq Allahın dini yolunda fədakarlıq etməyə daim hazır olmaqdır. Bu ruhiyyə səbəb olur ki, dünyəvi sevgi, Allaha xatir olmayan təəssübkeşlik və batil tərəfdarlarının vəsvəsələri mömini zəiflədə və İnqilab yolundan ayrı sala bilmir”.

Mərasimdə Bəni Fatimə və Ərzi cənabları şəhidlər ağası və onun məzlum övladlarının müsibətindən danışıb, növhə və mərsiyə oxudular.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /