Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İmam Xomeyni (r.ə) adına hüseyniyyədə əza mərasimi keçirildi

Həzrət Hüseynin (ə) Ərbəin mərasimi günü İmam Xomeyni (r.ə) adına hüseyniyyə ölkənin dörd bir yanından gəlmiş tələbə kollektivlərinə ev sahibliyi etdi. Həzrət Əba Əbdillah Hüseyn (ə) və onun vəfalı səhabələrinə sevgisi olan tələbələr İslam İnqilabının Ali Rəhbəri ilə birgə matəm mərasimi keçirdilər.

Tələbələrin matəm tədbirindən sonra qısa danışan İslam İnqilabının Rəhbəri qeyd etdi ki, mömin gənclərin pak qəlbi, səmimi hissləri və xalis imanı ilahi nemətlərin cəlb edilməsinə səbəb olur. O, İran xalqının İslam dini və İslam İnqilabının bütün ali ideyaları və uca məqsədlərinə nail olması üçün dua etdi.

Mərasimdə çıxış edən Höccətül-İslam Sədi çıxışı zamanı qeyd etdi ki, Ərbəin Allahın haqq yolunun qələbəsi və düşmənin məğlubiyyətini ifadə edən sünnəsinin yeniləndiyi gündür: “Hüseyni (ə) mədəniyyətinin əsasları Allahla rabitə, Haqq qarşısında təslim olmaq, Ərbəin ziyarəti və imperializmə qarşı müqavimət prinsipləri əsasında formalaşmışdır”.

Cənab Sədi bildirid ki, Ərbəin mərkəzli mədinəyyətin formalaşdırılması universitet, dini təhsil olcaqları və ali məktəblərin vəzifəsidir: “Ərəbin və Hüseyni (ə) mədəniyyətə əsaslanan yeni mədəniyyətə nail olmaq universitetlərin bu günkü məqsədi olmalıdır”.

Mərasimdə cənab Meysəm Mütii növhə və mərsiyələr oxudu.

Mərasimin sonunda tələbələr Ali Məqamlı Rəhbərin imamətliyi ilə zöhr və əsr namazlarını qıldılar.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /