Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İnqilabın sabit yönləri düşmənin məğlubiyyətinə səbəb olacaq

İslam İnqilabının Ali Rəhbərinin 14 aban 1397-ci il (5 noyabr 2018) tarixində Cənubi Xorasan əyalətinin şəhidlərinə həsr edilmiş konfransın təşkilatçıları ilə görüşü zamanı verdiyi bəyanat bu gün səhər (çərşənbə axşamı) konfransın keçirlidiyi məkanda yayımlandı.

Bu görüşdə Cənubi Xorasan əyalətinin mömin və alim yetişdirən bir əyalət olduğunu deyən Həzrət Ayətullah Xamenei bu əyalətin əhalisinin İslam İnqilabı hərəkatı və Müqəddəs Müdafiədəki izdihamlı və effektiv iştirakını yüksək qiymətləndirərək dedi: “Bu gün şəhidlərin hörmətlə anılması ən yaxşı və şərəfli işlərdəndir. Ölkənin buna ehtiyacı var”.

İslam İnqilabının Rəhbəri düşmənlərin mənəvi məsələlərə etdikləri böyük hücumdan söz açaraq dedi: “Əlbəttə, ölkənin hər bir yerində İnqilabın sabit tərəqqi yönləri hiss edilməkdədir. Bu sabit tərəqqi yönlərini inkişaf etdirməklə və ciddi cəhd göstərməklə sərt müharibədə olduğu kimi, mənəviyyata hücumda da düşmən məğlubiyyətə uğrayacaq”.

O, şəhidlərin anım mərasiminin yüksək səviyyədə təşkil edilməsinin, onların xatirələri və bioqrafiyasının yazıya alınmasının zəruri olduğunu vurğuladı: “Əziz şəhidlər öz canları ilə müdafiə meydanına atılmış, bu gün də öz şəxsiyyətləri və mənəviyyatları ilə ölkəni və İslamı müdafiə edirlər. Buna görə də Müqəddəs Müdafiə inkişaf etməkdə olan bir həqiqətdir və bu həqiqət tamamlanmayacaq”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /