Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Həzrət Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş matəm mərasimi

İslam İnqilabının Ali Rəhbəri, habelə icraedici qurumların və məhkəmələrin rəhbərləri, dövlət işçilərindən bir qrupu və xalqın müxtəlif təbəqələrindən olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə atasının anası Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət günlərinə həsr edilmiş matəm mərasimi keçirildi.

Mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Xatəmi İslam İnqilabının 40-cı ildönümünün Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət günlərinə təsadüf etdiyini vurğulayaraq dedi: “Həzrət Siddiqeyi-Kubranın (s.ə) yolunda və onun ali hədəfləri istiqamətində hərəkət etmək İslam İnqilabı üçün fəxrdir”.

Spiker indiki dövrlə Əhzab müharibəsi arasında oxşarlıqların olduğunu qeyd edərək dedi: “İran xalqına qarşı düşmənçiliklər bu milləti daha da güclü edəcək. Heç şübhəsiz, çətin keçidlərdən uğurla keçəcəyik”.

Mərasimdə cənab Ərzi və Məhəmmədrza Tahiri İmamlar anası Həzrət Siddiqeyi-Kubraya (s.ə) həsr edilmiş növhə və mərsiyələr oxudular.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /