Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Həzrət Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş matəm mərasimi

İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət axşamına həsr edilmiş matəm mərasimi keçirildi.

Bir qrup hökumət rəsmisi və xalqın müxtəlif təbəqələrindən olan minlərlə insanın iştirak etdiyi bu mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Ali Həzrət Zəhranın (s.ə) “Mübarəkə” ləqəbi ilə adlandırılmasının səbəbini izah edərək dedi: “Baxmayaraq ki, şəhid olarkən Həzrət Siddiqeyi-Tahirənin (s.ə) 19 yaşı ancaq olardı, amma ömrünün keyfiyyəti və bərəkəti bütün tarix qədərdir”.

Mərasimin spikeri Quranın “Kövsər” ifadəsindən söz açaraq dedi: “Həzrət Zəhra (s.ə) Allah Rəsulunun (s) təkcə şəxsiyyəti və nəslini davam etdirməmiş, şəxsiyyəti ilə yanaşı, peyğəmbərliyini və risalətini da davam etdirmişdir. Əbədiyyətə qədər Quran və Əhli-beytdən (ə) insanlara hansı xeyir çatacaqsa, bu, Həzrət Siddiqeyi-Kübra (s.ə) sayəsində baş verəcək”.

Mərasimdə cənab Kərimi Fatimeyi-Zəhranın (s.ə) başına gələn müsibətlərdən danışaraq mərsiyə oxudu.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /