Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Əsas iş selin səbəb olduğu dağıntıları bərpa etməkdir

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei Mübarək “Məbəs” bayramı münasibətilə bu gün (çərşənbə) səhər hökumət rəsmiləri, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrindən olan bir qrup nümayəndəsi ilə görüşdü. Peyğəmbərlərin göndərilməsinin Allaha bəndəçilik, küf və tağuta qarşı mübarizə xüsusiyyətinə malik olan yeni mədəniyyətin yaradılması istiqamətində böyük bir hərəkət olduğunu deyən Ali Rəhbər vurğuladı ki, Əziz Peyğəmbərin (s) peyğəmbərliyə seçilməsi seçimlərin ən əhatəlisi, ən kamili və ən qalıcı olanıdır: “Bu gün İslam İnqilabı və İslam Respublikası Böyük Peyğəmbərin (s) missiyası və ilahi vədin davamı, tövhid və tağut qarşılaşmasında haqq cəbhəsinin qələbəsidir”.

İslam İnqilabının Rəhbəri çıxışının əvvəlində ölkənin bəzi əyalətlərində baş vermiş sel hadisəsindən, onun səbəb olduğu problemlərdən və vurduğu ziyanlardan söz açaraq dedi: “Bu hadisədə xalqın təlaşı, həmrəylik və səfərbərlik ruhiyyəsi çox yaxşı idi. İran xalqı canla-başla meydana atılıb aidiyyatı qurumlara yardım göstərdi, aidiyyatı qurumlar da xalqın dəstəyi və söz birliyi ilə ilkin tədbirləri görə bildilər”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, selin ziyan vurduğu insanların çətinliklərini azaltmaq üçün hələ çox işlər görülməmiş qalıb: “Aidiyyatı qurumlara bildirmişəm ki, əsas iş, yəni dağıntıların bərpa edilməsi və xəsarətlərin ortadan qaldırılması bundan sonra başlayır; bu xəsarətlər və fəsadlar aradan qaldırılmalıdır”.

O əlavə etdi: “Təbii ki, əziz xalqımız sel basmış regionlarda aidiyyatı qurumlarla olan əməkdaşlığını davam etdirməlidir. Çünki onların yardımı həqiqətən, həlledici olacaq”.

İslam İnqilabının Rəhbəri çıxışının davamında “Məbəs”dən danışaraq qeyd etdi ki, ayrı-ayrı cəmiyyətlərə peyğəmbərlər göndərilməsi tövhid və bəndəçilik; tağutdan qorunmaq istiqamətində böyük bir oyanış və hərəkətdir: “Tağut, əslində, tövhid hərəkətinə tam əks olan bir xət və cərəyandır. Onun bu günkü nümunəsi ABŞ və bəzi ölkələrin rəhbələridir”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, peyğəmbərlərin göndərilməsinin məqsədi üstün bir cəmiyyət və yeni mədəniyyət yaratmaq olmuşdur: “Bu mədəniyyətdə bütün vasitələr, o cümlədən elm, əxlaq, həyat tərzi, hətta müharibə də var”.

O, İslamın məqsədinin müharibəyə son qoymaq olduğunu irəli sürən bəzi baxışlara toxunaraq dedi: “İslamda müharibə var. Ancaq mühüm məsələ bu müharibənin istiqamətidir. Çünki tağut cərəyanı daim fəsadı yaymaq, üstünlük əldə etmək və çirkin niyyətlərdən ötrü müharibəyə əl amtışdır. Bu müharibə pislənən müharibədir. Lakin tağutla mübarizə bəyəniləndir”.

İslam İnqilabının Rəhbəri dedi: “Sionist rejimin uzun illər davam edən təcavüzkarlıqları, tağutun müharibə odunu alovlandırmasının bariz nümunəsidir. Fələstinli mücahidlər və Livan Hizbullahının mübarizəsi, habelə İran xalqının səkkiz illik müdafiəsi Allah yolunda cihadın bariz nümunəsidir”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, İslam Peyğəmbərinin peyğəmbərliyə seçilməsi peyğəmbərlik seçiminin ən əhatəlisi və əbədi olanıdır. İran İslam Respublikası da bu missiyanın davamıdır: “İran İslam Respublikasına qarşı düşmənçilik aparılmasının səbəbi tağut cəbhəsinin tövhid cəbhəsi ilə düşmənçilik xəttidir. “Düşmənçilk salmayın” deyənlər düz danışmırlar. Çünki tağut cəbhəsi tövhid hərəkətinin əsası və mahiyyətinə qarşıdır. ABŞ və onun Alii-Səud kimi kölələri minimum tövhid istiqamətində hərəkət etməkdən əl çəkilməsindən aşağısına razılaşmırlar”.

Tövhidlə tağutun qarşılaşmasının qaçılmaz olduğunu qeyd edən Ali Rəhbər vuğuladı ki, Allah-taala haqq cəbhəsinin mütləq, qələbə çalacağını deyib: “Əgər İran xalqı bu günə qədər etdiyi kimi hərəkət etsə, öz yoluna davam etsə, mütləq, düşmənlərə, yəni ABŞ və onun yandaşlarına qalib gələcək”.

İslam İnqilabının Rəhbəri eyni zamanda mühüm bir məsələyə toxundu: “Təbii ki, qələbənin bu nəticəsi dəyişə bilər. Bu da səhlənkarlıq edildikdə, yardım göstərilmədikdə, sədatəqli olmadıqda, Allah yolunda cihaddan əl çəkdikdə baş verər”.

Həzrət Ayətullah Xamenei dedi: “İran xalqı göstərdi ki, heç də belə deyil. Bu gün ölkənin gəncləri əvvəlki nəsillərdən daha çox istək, maarif və hazırlıqla bu yolu davam etdirəcəklər. Bu səbbədən də mən həmişə sözlərimi gənclərə ünvanlayıram”.

O vurğuladı ki, gənclər bütün sahələrdə hərəkətə və davamlı inkişafa hazır olmalıdırlar: “Bu gün hamı, xüsusilə gənclər elm, texnologiya, əxlaq, həyat tərzi, iqtisadiyyat, mədəniyyət sahələrində, siyasi və ayıq fəaliyyətlər cəbhəsində aktiv və yüksək əhval-ruhiyyə ilə iştirak etməlidirlər”.

İslam İnqilabının Rəhbəri çıxışının sonunda vurğuladı: “İran İslam dövlətinin sabahı qətiyyətli iradə, aydın fikir, arasıkəsilməz təşəbbüskarlıqlarla ölkəni ən yüksək zirvəyə qaldıra bilən mömin və yüksək motivasiyalı gənclərdən asılıdır”.

İslam İnqilabının Rəhbərindən əvəvl çıxış edən prezident Ruhani qeyd etdi ki, Böyük Peyğəmbərin (s) missiyasının əsasını doğru yola dəvət təşkil etmişdir: “İran xalqı Allah Rəsulunun (s) təlimlərinə tabe olaraq insanlığın düşmənləri qarşısında təslim olmamış, mətin və möhkəm dayanmışdır”.

Cənab Ruhani dedi ki, son sel hadisəsinə qarşı mübarizədə xalq, hökumət, Silahlı Qüvvələr və ictimai təşkilatların vəhtədi və əməkdaşlığının əzəməti İslamın əzəmətli Peyğəmbərinin (s) işıqlı davranışı və həyat tərzinin örnək götürülməsinin başqa bir nümunəsidir: “Bu hadisədə Qızıl Aypara Cəmiyyətinin hesablarını bağlamaqla xaricdə yaşayan iranlıların öz həmvətənlərinə yardım göstərilməsinə mane olan düşmənlər üzüqara çıxdılar”.

Prezident dedi: “Üzüqaralar hələ də bir neçə ay bundan qabaq ABŞ-da baş vermiş sel və daşqının fəsadlarını ortadan qaldıra bilməyiblər. Ancaq hamı əziz İranda xalq və ölkə rəhbərliyinin birlikdə dağıntıları aradan qaldıracağının şahidi olacaq”.

Cənab Ruhani bildirdi ki, İslam düşmənlərinin Qüds və Colana qarşı məkrli planlarına qarşı müqavimət nəticəsində İslam ümməti mühüm nailiyyətlər əldə edəcək: “Nə Qüds işğalçı təcavüzkarların paytaxtı olacaq, nə də Colan əziz Suriyadan qoparılacaq. Düşmənlər müsəlman xalqları qəsbkar və təcavüzkar sionist rejim qarşısında təslim olmağa vadar edə bilməyəcəklər”.

Prezident vurğuladı ki, İran xalqı böyük Peyğəmbərin (s) yolu sayəsində bütün problemləri adlayacaqdır: “Yaşadığımız ağır günlərdə İslam İnqilabının Rəhbərinin göstərişlərindən faydalandıq. Ona, verdiyi faydalı göstərişlərə görə təşəkkür edirik”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /