Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Xalq bir olsa, düşmənin planları onun öz əleyhinə tamamlanar

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei “Müəllim günü” ərəfəsində ölkənin dörd bir yanından gəlmiş minlərlə müəllim və pedaqoqla görüşdü. Görüş zamanı o, təhsillə bağlı müxtəlif məsələlərdən danışaraq mühüm tövsiyələr verdi və təhsilin inkişafında çox mühüm əhəmiyyəti olan sənədin icrasının zəruri olduğunu dedi: “Müəllimlər hər bir xalqın ən mühüm sərmayəsi olan insan kapitalını yetişdirənlər, yeni sivilizasiyanın əsasını qoyanlar, cəhalət və savadsızlıqla mübarizə meydanının mücahidləri, xalqın kimliyi və mədəniyyətinin qurucusudurlar”.

Həzrət Ayətullah Xamenei bu görüşdə bütün ölkə müəllimlərini müəllim günü münasibəti ilə təbrik edərək Şəhid Ayətullah Mütəhhərini hörmətlə yad etdi: “Əziz Şəhid Mütəhhəri sözün əsl mənasında güclü fikir və bəyanı ilə dərin İslam təlimlərini gənclərin beyinlərinə hopdurmağa çalışan qayğıkeş bir müəllim idi. Onun bu yolda şəhid olması Allah-taalanın o dahinin əməl dəftərinə qəti imza atması kimi başa düşülür”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, müəllim və təhsilin rolu əsaslı və mühüm bir roldur: “Hər bir xalqın ən mühüm sərmayəsi insan kapitalıdır. Çünki insan sərmayəsi olmadan ölkə bütün sərvətləri sərsəm bir şəkildə insanlığa xəyanət edən əllərin ixtiyarına keçən ölkələrə bənzəyir. Diktatura dövründə də İran neft dəryasının üzərində idi. Ancaq yadlar bu mənbələri ələ keçirib onunla öz sivilizasiya və müəssisələrini yaratdılar, apardıqları müharibələrdə qələbə çalmaq üçün bizim neftdən istifadə etdilər”.

O bildirdi ki, hörmətli və şərəfli müəllimlərə qarşı olan hörmət hissi müəllimlərin mədəniyyət yaradan rolundan qaynaqlanan həqiqi bir inancdır: “Müəllimlər yeni mədəniyyətin əsasını qoyanlar, cəmiyyət və onun gənc nəslinin mədəni kimliyini formalaşdıran, cəhalət və savadsızlıqla mübarizə meydanının mücahidləridirlər”.

Həzrət Ayətullah Xamenei dedi ki, güclü kimlik, zəngin mədəniyyət, doğru fikir və düşüncə mədəniyyətin əsas yaradıcı əsaslarıdır. Bu cəhətdən o, 2030 saylı sənəd və onu ölkələrin münasibətlərinə, o cümlədən müsəlman ölkələri və İranın münasibətlərinə təhkim etmək üçün yadların gizli və aşkar şəkildə israr göstərməsinin səbəblərindən danışaraq ölkənin məsul şəxslərinə bir neçə mühüm məsələni xatırlatma etdi.

İslam İnqilabının Rəhbəri dedi: “2030 sənədinin mühüm fəsli təhsillə bağlıdır. Sənədin əsas məğzi olan bu hissəsinə əsasən, təhsil sistemi elə tənzimlənməlidir ki, həyat fəlsəfəsi, yaşayış tərzi və həyatın mənası uşaqlara və yeniyetmələrə Qərb prinsipləri əsasında öyrədilsin”.

O bu gerçəyə aydınlıq gətirərkən dedi: “Qərblilər gözləyirlər ki, bizim ölkənin gələcəyini düşünən dindar müəllimlərimiz öz sinif otalqarında onlar üçün əsgər yetişdirsinlər və şagirdlərimiz rahatlıqla adam oldürən və qatillərə yardım edən qalstuklu riyakar vəhşilərin əsgəri və rəiyyətinə çevrilsinlər”.

Həzrət Ayətullah Xamenei çıxışının davamında qeyd etdi ki, İnqilabdan sonrakı illər ərzində müəllimlərin göstərdiyi xidmətlər böyük və səmərəli omuşdur. O, ədalətsizcəsinə və siyasi qərəzlərlə təhsili qiymətdən salmağa çalışan insanları tənqid edərək dedi: “Təbii ki, təhsillə qarşıya qoyulan məqsəd arasında fasilə var. Fəaliyyət və səy göstərib nöqsanları və qüsurları aradan qaldırmaq lazımdır. Ancaq təhsilin bu günkü vəziyyəti İnqilabdan əvvəlki təssüf doğuran vəziyyətindən müqayisəyə gəlməz dərəcədə fərqlənir”.

İslam İnqilabının Rəhbəri İnqilabdan sonrakı illər ərzində təhsil sahəsində görülmüş böyük işlərdən bir neçə nümunə qeyd etdi: “Nano texnologiyası kimi müxəlif elm sahələrində ölkəni dünyanın ən yüksək pillələrinə qaldırmış alimlər, müasir dünyada müxtəlif əxlaq pozuntularına zəmin yaradan sahələrin mövcud olmasına baxmayaraq, düşmən qarşısında möhkəm əzmkar və mübarizlik ruhiyyəsi ilə dayanmış, “Hərəmi” müdafiə etmək üçün getməkdə israrlı olan üçüncü və dördüncü inqilab nəsli, minlərlə şəhid alim və şagird, cihad düşərgələrinin fəal iştirakçıları, mənəviyyat, dua, təvəssül və Ərbəin yürüşünün vurğunu olan gənclər bu təhsil sisteminin yetirmələridir. Buna görə də İnqilab dövrünün təhsil sistemini zəif hesab etmək olmaz”.

İnqilabın Rəhbəri arzuolunan təhsilin hansı vəziyyət olmasına aydınlıq gətirərək dedi: “Təhsil bilikli, bacarıqlı, müdrik, təqvalı, iffətli, məhsuldar, şücaətli, ayıq və əməl adamı olan insanlar yetişdirməlidir. Əgər belə olsa, dəfələrlə açıqladığım arzu reallaşar və əziz İran elə bir həddə çatar ki, əlli ildən sonraya qədər dünyanın dörd bir tərəfində elmin yeni sərhədlərindən xəbərdar olmaq istəyən hər kəs fars dilini öyrənməli olar”.

O qeyd etdi ki, təhsilin arzu olunan səviyyəyə çatıdırılması və qeyd etdiyimiz xüsusiyyətlərə malik gənclərin yetişdirilməsi sabahın başıuca İranının əsas bünövrəsi və yeni İslam mədəniyyətinin yaranış əsasıdır.

Həzrət Ayətullah Xamenei bir neçə nüansı qeyd edərkən “Təhsilin təkmilləşdirilməsi sənədi”nin çox yaxşı bir sənəd olduğunu dedi: “Bu sənəd bir növ rels düzməkdir və ölkənin bu sahəsini mənzil başına çatdıra bilər”.

Bu sənədin təbliğinin lazım, eyni zamanda yetərsiz olduğunu deyən İnqilabın Rəhbəri təhsil sisteminin bu sənədlə tanışlığının zəruri olduğunu vurğuladı: “Təkmilləşdirmə sənədinin gerçəkləşdirilməsi ciddiyyətlə izlənməlidir. Bu isə inqilabçı ruhiyyəsi tələb edir”.

Həzrət Ayətullah Xamenei yazılı, şifahi və digər formalarda xalq və gənclər arasında inqilabçı ruhiyyəsini zəiflətməyə çalışan insanları sərt şəkildə tənqid edərək dedi: “İnqilabçı ruhiyyəsi xalqın ruhu və canı kimidir. Allah bu məsələdə şübhə yaradan və onu zəiflədən insanlaırı bağışlamayacaq”.

O, İranın yadların kuklası olan hökumətin tapdağından xilas edildiyini vurğulayaraq dedi: “Pəhləvi rejiminin təsisçilərini dövlət başına ingilislər gətirmişdi. Onu istmədiklərində ölkəni tərk etmək göstərişi verdilər. Rzaxan da qeyrətsizlik, zillət və xarlığın zirvəsində ikən bu əmri qəbul etdi. Bir xalq üçün bundan daha böyük utanc və xarlıq olarmı? – ölkəsinin rəhbərini yadlar təyin edir və istəmədikləri vaxt da təhqiramiz şəkildə onu vəzifədən götürürlər”.

O əlavə etdi: “Məhəmmədrza Pəhləvini də iş başına ingilis və amerikalılar gətirmişdi. O da əvəzində ölkəni onların xidmətinə vermişdi. Ancaq İnqilab əziz İranı bu alçaq və zalım insanların ayağı altından çəkib çıxardı. İndi kimsə bu inqilab ruhiyyəsini zəiflədərsə, Allah onu bağışlayarmı?”

Həzrət Ayətullah Xamenei təhsilin inkişafının inqilab ruhiyyəsindən asılı olduğunu dedi: “Qorxu və mühafizəkarlıq olmadan seçim və qərar səviyyəsinə yetişmək lazımdır, lazım olan tədbirləri formal və görüntü xatirinə yox, əksinə real və gerçək şəkildə həyata keçirmək lazımdır”.

O dedi: “Yeri gəlmişkən, inqilabçı qərar və tədbir elmli tənqidə əhəmiyyət verilməməsi kimi başa düşülməməlidir. Elmli tənqidi yaxşı qarşılamaq inqilab ruhiyyəsinin tərkib hissəsidir”.

İnqilabın Rəhbəri təhsillə bağlı xəbərdarlıqlarını qeyd edərkən təhsil idarəsi və təhsilin proqramlaşdırılmasının çox mühüm və bu nazirliyin qəlbi olduğunu dedi: “Bu nazirliyin işləyib hazırladığı dərs proqramları təkmilləşdirmə sənədinə uyğun olmalıdır”.

O, dərs materiallarının təkmilləşdirmə sənədi ilə uyğunlaşması üçün 12 illik bir müddətin nəzərdə tutulmasını tənqid edərək dedi: “Bu işi sürət, ciddiyyət və qısa zamanda reallaşdırmaq lazımdır. Çünki bu gün hər bir sürət cəiyyətin inkişafında önəm daşıyır”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, İnqilabın maarifi və mesajlarının bütün təhsil və təlim-tərbiyə vəsaitinə uyğun, düzgün və incəliklə yerşədirilməsi zəruridir: “Təhsil və proqramlaşdırma idarəsi bilikli, ayıq, düzgün təfəkkürlü, dindar və inqilabçı insanlar baxımından zəngin olmalıdır”.

Həzrət Ayətullah Xameneinin təhsil və təlim-tərbiyə işləri üzrə məsul şəxslərə ünvanladığı digər xatırlatma Pedaqoji və Şəhid Rəcai universitetlərinin keyfiyyətinin yaxşılaşdırılması və tələbələrin daha da artırılması ilə bağlı oldu.

O dedi: “Bu mərkəzlərdə sözün əsl mənasında din, təqva və inqilabı öyrədən müəllimlər yetişməlidir”.

Xüsusi istedadlılar məktəbləri və ölkədə intellektualların yetişdirilməsinin çox əhəmiyyətli olduğunu deyən İnqilabın Rəhbəri nə qədər mümkündürsə, bu məktəblərin daha da gücləndirilməsinin vacibliyini vurğuladı: “İranın beynəlxalq olimpiadalardakı yeri qorunub saxlanmalı, ölkənin riyaziyyat, fizika, kimya və kompüter sahəsi üzrə bəzi olimpiadalardakı eniş səbəbləri aradan qaldırılmalı, ölkə və xalq beynəlxalq dərəcələr qazanmış olimpiadaçı gənclə fəxr etməlidir”.

Həzrət Ayətullah Xamenei təhsil mühitlərində yüksək əhval-ruhiyyə ilə bağlı təkrar tövsiyələrinə işarə edərək dedi: “Bəziləri bu məsələdən yanlış və səthi nəticə çıxarırlar. Yüksək əhval ruhiyyənin mənası budur ki, idman proqramları və ya proqramüstü cəlbedici proqramlar elə olmalıdır ki, gənc dərs və işlə həvəs, motivasiya, enerji və ümidlə məşğul olsun”.

O, bəzi məktbələrdə əhval ruhiyyə bəhanəsi ilə həyata keçirilən bəzi proqramları tənqid edərək dedi: “Bəzi vaxtlar imthanlarda daha çox qəbula nail olmaq və ya daha yüksək nəticələr əldə etmək üçün çalışan məktəb və təhsil mərkəzlərindəki dərs təzyiqləri gəncləri yorur. Bu problemləri həll etmək üçün düşünmək, tədbir tökmək və addımlar atmaq lazımdır”.

İnqilabın Rəhbərinin təhsil və təlim-tərbiyə işləri üzrə məsul şəxslərə verdiyi başqa bir tövsiyə imtahnlarla bağlı dəqiq mütəxəssis düşüncəsi və qərarının olmasının zəruriliyi ilə bağlı oldu.

O dedi: “Universitetlər elan edir ki, son illər yerlərdən boş qalanları olur, mütəxəssislər imtahanın olub-olmaması ilə bağlı dərindən araşdırma aparıb onun indiki vəziyyətdə davam etdirilməsi və dəyişdirilməsi ilə bağlı qərar qəbul etməli və aidiyyatı şəxslər də bu qərarları icra etməlidirlər”.

Təhsil idarəsinin təhsil və təlim-tərbiyənin çox mühüm sahələrindən olduğunu deyən Həzrət Ayətullah Xamenei bu sahədə həyata keçirilmiş tədbirlərdən məmnun olduğunu dedi: “Strukturda motivasiyalı işçi qüvvəsi və maliyyə mənbələrinin çatışmazlığı var. Hörmətli nazir təhsil idarəsinin həqiqi mənada gerçəkləşməsinə çalışmalıdır”.

Həzrət Ayətullah Xamenei daha sonra müəllimlərin məişəti və selə məruz qalmış bölgələrin şagirdlərinin vəziyyəti ilə bağlı iki mühüm məsələyə toxundu.

O vurğuladı: “Hörmətli müəllimlər şərəfli və heysiyyətlidirlər. Onların məişət məsələsində heysiyyətləri qorunmalıdır”.

İnqilabın Rəhbəri bəzi siyasi ünsürlərin və yadların müəllimlərin məişət məsələlərindən sui-isitfadə etməsinə işarə edərək dedi: “Onlar bu zəif cəhətdən öz məqsədləri üçün istifadə etmək istəyirlər. Ancaq bu sui-istifadəni bir kənara qoyub müəllimlərin gəlirləri ilə bağlı elə davranmaq lazımdır ki, heysiyyətləri qorunsun”.

O, selə məruz qalmış regionların şagirdlərindən də danışdı: “Selə məruz qalmış şagirdlərin məktəbləri dövlətin və xalqın səyi, məktəb tikən xeyriyyəçilərin yardımı ilə tikilib təmir edilənə qədər bu şagirdlər dərs və təhsildən geri qalmamlıdırlar”.

Həzrət Ayətullah Xamenei çıxşının davamında elmlə dinin yalançı qarşıdurmasının puça çıxardılmasının ölkənin elm, tədqiqat, təhsil və təlim-tərbiyə sisteminin fəxrlərindən olduğunu dedi: “Dünyanin metrialist gücləri uzun əsrlər dinlə elmi qarşı-qarşı qoymağa çalışdılar. Ancaq İslam Respublikasında din bayrağı dünyanın hər tərəfi ilə müqayisədə daha yüksəkdədir. Ölkə elmi cəhətdən də ən çox inkişaf etmiş ölkələrdən hesab edilir”.

İnqilabın Rəhbəri ölkədə, çoxu gənc və dindar olan minlərlə tədqiqatçı, mütəfəkkir və alimin fəaliyyət göstərdiyini qeyd edərək dedi: “Bu dini, müsəlman və uca iranlı kimliyi olan əziz intellektlər elmi tədqiqat, innovasiya, təşəbbüs və inkişafla məşğuldurlar. Bu sevindirici hərəkət qüdrətlə davam etdirilməlidir”.

Həzrət Ayətullah Xamenei iranlı yeniyetmə və gənclərin elmin əmələ çevrilməsi bacarığına malik olmasının çox mühüm və bərəkətli bir hadisə olduğunu dedi: “Bacarıqlar məktəb vaxtından başlayıb davam etdirilməlidir”.

İnqilabın Rəhbəri çıxışının son hissəsində düşmənin döyüş tənzimləməsi, iqtisadi və siyasi sahələrə hücumları, informasiya nüfuzu və virtual mühit vasitəsilə zərbə endirməsindən söz açaraq dedi: “ABŞ və sionizm bütün cəhətlərdən proqram tərtib etməkdə və fəaliyyətdədir. Yeri gəlmişkən, bu, təkcə ABŞ-ın indiki hökumətinə xas bir iş deyil, əvvəllər də bu işləri məxmər əlcəklərlə həyata keçirirdilər. Ancaq ABŞ-ın indiki prezidentinin bizə etdiyi kömək odur ki, həmin əlcəyi əllərindən çıxarıb və hər kəs amerikalıların əlcəyinin altındakı gizli dəmiri görür”.

O vurğuladı: “Düşmənin İran xalqına qarşı döyüş tənzimləmələrinə qarşı xalq uyğun tənzimləmə işləri görməli, bütün məsul şəxslər, xalqın hər bir fərdi, ayrı-ayrı sahələrdə fəaliyyət göstərən bacarıqlı və istedadlı insanlar məsuliyyət hissi ilə və hazırlıqlı şəkildə meydana atılmalıdır”.

O əlavə etydi: “Düşmən hərb sahəsində üzdə guya müharibə hazırlıqları aparmır. Təbii ki, bizim hərbçilər diqqətli və ayıqdır”.

Həzrət Ayətullah Xamenei xüsusilə indiki şəraitdə vəhdətin qorunmasının çox vacib olduğunu vurğuladı: “Hamı diqqətli olsun, kiçik yanaşma fərqlərinə görə bir-bilərinə qarşı çıxmalar olmasın. Çünki xalqın gücü xalqın bütün üzvləri, sosial qrupuların, ayrı-ayrı millətlərin vəhdəti, məsul şəxslərin və xalqın birliyindən asılıdr”.

O əlavə etdi: “Allahın lütfü ilə düşmənin plan və tədbirləri, fikirləri bulandırmaq və meydanı qarışdırmaq üçün apardığı bütün irimiqyaslı təbliğatlar öz zərərlərinə tamamlanacaq”.

İnqilabın Rəhbəri vurğuladı: “Heç şübhəsiz, şanlı İranın əziz gəncləri ABŞ-ın məğlubiyyəti, sionizmin diz çökməsinin, İran xalqının son izzət və əzəmətinin şahidi olacaqlar”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Təhsil naziri cənab Bəthayi bu nazirliyin inkişaf sənədinin həyata keçirilməsi, inkişaf sənədinin təhsil sitemində tanıtdırılması və dərinləşdirilməsi, təhsil ədalətinin inkişafı, dövlət məktəblərinin keyfiyyətinin artırılmasının prioritetləşdirilməsi, təhsilin təbəqələşdirilməsinin qarşısının alınması, pedeqoji universitetlərin kəmiyyət və keyfiyyətinin artırılmasına səy göstərilməsi sahəsində nazirliyin tərtib etdiyi proqramlar və həyata keçirdiyi tədbirlər haqqında məlumat verdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /