Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Maarifləndirmə işini artırmaqla İnqilab diskursunu gücləndirin

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) günortadan sonra ölkənin dörd bir tərəfindən gəlmiş iki minə yaxın din tələbəsi, elmi-teoloji mərkəzlərin alimləri, müəllimləri və rəhbəri ilə görüşdü. Görüş zamanı o bildirdi ki, teoloji mərkəzlərin və din alimlərinin vəzifəsi İslam maarifini çatdırmaq və cəmiyyətdə onların praktiki tətbiqinə çalışmaqdır: “Alimlər peyğəmbərlərin varisləri kimi tövhidin əməli səciyyə almasına və ədalətin bərqərar olmasına çalışmalıdırlar”.

İslam İnqilabının Rəhbəri bu görüşdə insanların dinin üstün maarifinə olan mövcud tələbatından, habelə İslam dünyası, hətta İslam dünyasından kənar cəmiyyətlərin bu maarifə üz tutmasından söz açaraq bildirdi ki, elmi-teoloji mərkəzlərin vəzifəsi keçmişlə müqayisədə daha ağırdır: “Ölkə daxilində bu gün dini məsələlərə və ruhaniyyətə olan diqqət keçmişlə və İnqilabdan əvvəlki dövrlə müqayisəyə gəlməz şəkildədir”.

O əlavə etdi: “Dünyanın müxtəlif yerlərində insanların dindən üz döndərməsini ifadə edən fikirlər yanlışdır. Əksinə bu maarifə üz tutma halları artmışdır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, məzlumcasına şəhid edilmiş həmədanlı tələbənin çox böyük izdihamla dəfn edilməsi insanların dinə və ruhaniyyətə olan hörmət və ehtiramının əyani bir nümunəsidir: “Bu cür dəfn mərasimləri, xalqın, xüsusilə gənclərin camaat namazlarındakı izdihamlı iştirakı, mənbərlərin ətrafına toplaşmalar İran İslam dövlətinin reallıqlarındandır və xlaqın dindarlığından və ruhaniyyətə olan etimadından xəbər verir. Xalqın imanı və dindarlığı və ya onların ruhaniyyətdən üz çevirməsi ilə bağlı aparılan qara piyar kompaniyaları reallığı əks etdirmir, elmi meyar və tədqiqatdan kənardır”.

O qeyd etdi ki, elmi-teoloji mərkəzlər İslamın öyrədilməsi və cəmiyyətdə dərinləşdirilməsinə xidmət edən mərkəzlərdir: “Dini maarifin xalqa öyrədilməsi elmi-teoloji mərkəzlərin vəzifələrindən bir hissəsidir. Bu vəzifənin digər hissəsi dini maarifin xalqın həyat müstəvisində reallaşdırılmasından ibarətdir”.

İslam İnqilabının Rəhbəri ilahi peyğəmbərlərin mübarizə və döyüşlərindən bəhs edən bir sıra ayələrə istinad edərək vurğuladı: “Peyğəmbərin vəzifəsi təkcə İslam maarifi deyil. Bu səbəbdən Əziz İslam Peyğəmbəri tövhid prinsipinin əməli müstəvidə reallaşması və ədalətin bərqərar olması üçün mübarizə aparmış, İslamın tam və kamil şəkildə reallaşmasına çalışmışdır”.

O dedi: “Alimlər də peyğəmbərlərin varisləri kimi İslamın insanların həyatı çərçivəsində gerçəkləşməsinə çalışmalıdırlar. Bu fəaliyyətin zirvə nöqtəsini həqiqi bir müdrik kimi İmam (r.ə) reallaşdırdı”.

Həzrət Ayətullah Xamenei bəzilərinin “İslam dövlətini yaratmaq üçün hövzənin İmama köməklik göstərməsi hövzənin vəzifələri xaricindədir” fikrini tənqid edərək dedi: “İslam Respublikasının yaradılması ilə nəticələnən mübarizələr zamanı hövzə və hövzə rəhbərlərinin gördükləri iş sırf hövzənin zatı və mahiyyətinə xas olan vəzifələrdən olmuşdur”.

O, teoloji mərkəzlərin indiki vəzifələrindən danışarkən dedi: “İslam dövləti yaradıldıqdan sonra sözün həqiqi mənasında İslam hökuməti, sonra İslam cəmiyyəti, ondan sonra həqiqi İslam mədəniyyəti yaradılmalıdır. Bu prosesdə teoloji mərkəzlərin üzərinə ağır vəzifələr düşür. Bu vəzifələri dərindən dərk etmək və onların davamlığı üçün proqram hazırlayıb çalışmaq lazımdır”.

İslam İnqilabının Rəhbəri tələbələrə xas olan bəyan, ahəng və ədəbiyyatı yüksək qiymətləndirərək onlara tövsiyələr verdi: “Bu gün həyat tərzi, İslamın hökmranlığı, cəmiyyətdə tövhid prinsipinin bərqərar olması, tiranlarla mübarizə və mühüm məsələ olan ədalətlə bağlı qeyd etdiyiniz gözəl fikirləri bütün ölkə əhalisi arasında yayın və cəmiyyətdə maarifləndirməni artırmaqla İnqilab diskursunu gücləndirin”.

Həzrət Ayətullah Xamenei hövzənin mahiyyətindən danışarkən dedi: “Hövzə din aliminin yetişdiyi və İslamı əməl meydanında gerçəkləşdirmək üçün İslam maarifinə yiyiləndiyi bir mərkəzdir. Buna görə də hövzənin bütün proqramları və işləri bu əsas forma və mahiyyət çərçivəsində reallaşdırılmalıdır”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, cəmiyyətdə təbiət elmlərindən istifadə formasına yön verilməsi də hövzənin vəzifələrindəndir. Sonra Ali Rəhbər tələbələrə bir neçə məsələ ilə bağlı açıqlama verdi: “Fiqh və dərs oxumağa tamamilə ciddi yanaşın”.

O bildirdi ki, ictihad maarifin nəqli və əqli mənbələrdən dərk və əldə edilməsinin sistemli metodudur: “Din alimi din maarifi və həqiqətlərinin mənbələrdən necə əldə edildiyini bilməlidir”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, ictihad qüvvəsinin yetişməsi üçün çoxlu iş və məşğələyə ehtiyac var: “Əgər bu metod düzgün qavranılsa, əxlaqi dəyərlər də düzgün şəkildə əldə edilər”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, hövzələrdə elmi məsələlər, fikir müstəviləri və siyasi məsələlər ətrafında fikir ayrılıqları ola bilər: “Mühüm olan məsələ bu ixtilafların qarşıdurma və gərginliklə nəticələnməməsin üçün idarə edilməsidir. Hövzələrin fiqh, fəlsəfə və irfan sahələri üzrə böyük nümayəndələri arsında tarix boyu ixtilafların olmasına baxmayaraq, onlar sözün əsl mənasında Allah üçün birlik və vəhdət nümayiş etdirmişlər”.

O, gənc tələbələrə ədəbli olmağı, hövzələrin rəhbərləri və təqlid mərcələrinə itaət gösərməyi tövsiyə etdi: “Hövzə rəhbərləri də gənc tələbələr qarşısında helmli, təmkinli və dözümlü olmalıdırlar”.

İslam İnqilabının Rəhbəri çıxışının başqa bir hissəsində bəzi tələbə bacı və qardaşların toxunduğu məsələlərə işarə edərək dedi: “Gözəl cümlələr və mütəxəssislərə xas olan formada ifadə edilən bu məsələlər fikir dərinliyi və düşüncə səviyyəsinin yüksəkliyindən, hövzənin hərəkət və inkişafından xəbər verir. Həqiqətən də bu, təqdirəlayiq haldır”.

İmam Xomeyninin (r.ə) “Rihaniyyətin nizamnaməsi”nin oxunmasının zəruri olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei tələbələrdən birinin hövzədə innovasiya mərkəzinin təsis edilməsi ilə bağlı təklifinə işarə edərək dedi: “Gənc tələbələrin potensialları və təşəbbüslərindən istifadə və bu potensiallarla bağlı bir məlumat bankının yaradılması təklifi çox yaxşı təklifdir”.

O, elmi-teoloji mərkəzlərdə müxtəlif ixtisaslar üzrə, xüsusilə fiqh üzrə ixtisaslaşma aparılmasını yaxşı qarşıladığını dedi: “Fiqh sosial və siyasi həyatın skeleti və fəqərə sütunudur. Bu sahədə ixtisaslaşma aparılması yaxşı nəticələr verəcək, ancaq ixtisaslaşmanın bəzi qüsurlarından ehtiyatlı olmaq lazımdır”.

İslam İnqilabının Rəhbəri tələbə qızlardan birinin qadın tələbələrin sosial mövqeyi ilə bağlı qeyd etdiyi fikirlərə toxunaraq dedi: “On minlərlə üstün keyfiyyətlərə malik tələbə xanımın ailələrdə və cəmiyyətin qadınları arasında olması böyük qənimətdir. Bununla yanaşı sözügedən tələbələrin potensialından rəsmi və mədəni mərkəzlərdə istifadə etmək lazımdır”.

Həzrət Ayətullah Xamenei elmi-teoloji mərkəzlərin rəhbəri Höcctül-İslam vəl-müslimin Ərafinin də çox qiymətli potensial olduğunu qeyd etdi və onun elmi-teoloji mərkəzlər üçün əhatəli bir proqram hazırlanması məsələsi ilə bağlı fikirlərinə işarə edərək dedi: “Əsas təmərküzləşmə bu proqramın icrası və əməli tətbiqinə yönəlməlidir”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Ümumrespublika Elmi-Teoloji Mərkəzlərin direktoru Höccətül-İslam vəl-müslimin Ərafi elmi-teoloji mərkəzlərdə 150 min tələbənin təhsil aldığını dedi: “Ali Şura və bütün teoloji mərkəzlər İmam Rahil və İnqilabın Rəhbərinin konsepsiyaları, böyük təqlid mərcələrinin istiqamətləndirmələri, tələbələr, alimlər və ustadların bütün fikirlərindən istifadə edərək hövzələrin inkişaf və yüksəliş yolunu hamarlamaq üçün proqram tərtib edilməsini qərara alıb”.

Görüşün əvvəlində tələbə və höcctül-islamlardan 12 nəfəri çıxış etdi:

Hüseyn Nəzəri – təbliğatçı və Quran sahəsi üzrə fəal

Seyid Məhəmmədrza Ayət – Fiqhin xaric pilləsi üzrə tələbə

Mehdi Rzayi - Tədqiqatçı və IV səviyyə üz tələbə

Əli Əhədi – Misbahul-hüda Cihad və Təbliğat Mərkəzinin direktoru

Seyid Hadi Sacidi – Sosial elmlər üzrə fəlsəfə doktoru

Mehdi Məsaili – Hövzənin II səviyyəsi üzrə müəllim

Seyid Məhəmməd Haşimi – Fiqhin xarix pilləsi üzrə tələbə, Nur yolçuları rəhbəri və Tabur komandiri

Həsən Yusifzadə - İnformasiya üzrə doktor və elmi heyətin üzvü

Sədiqə Bəhrami – Hövzə müəlliməsi və təbliğatçı

Həmidə Bellou – III səviyyə üzrə nigeriyalı tələbə

İftixar Yusifi Rouşənavənd – Fiqh ixtisası üzrə IV səviyyənin məzunu

Süməyyə Səyyadi – IV səviyyə üzrə tələbə və Quran üzrə fəal

Çıxışçıların irəli sürdükləri məsələlər:

- Gənc tələbələrin yaradıcılıq potensialının üzə çıxarılması üçün innovasiya mərkəzlərinin yaradılması zərurəti

- İslam cəmiyyətinin problemlərinin həllində hövzənin rolu və hövzə ilə xalqın əlaqələrinin daha da genişləndirilməsinin zəruriliyi

- Hövzə ilə elmi mərkəzlər və universitetlərin effektiv əlaqələrinə nail olmaq üçün əlverişli mexanizm yaradılmasının əhəmiyyəti

- Qüvvələrdən düzgün istifadə etməklə spontan inqilabçı təşkilatların elmi arenalara daxil olmasının vacibliyi

- Qadın tələbələrin rolunu artırmaq üçün struktur və proqramların tənzimləndirilməsinin zəruriliyi

- Bəzi məsul şəxslərin bir neçə vəzifə tutmasının tənqidi

- Hövzənin fars dilinə dair birbaşa məsuliyyətinin olmasının xatırlanması

- Bəzi məsul şəxslərin tələbə və ruhanilərin potensial və imkanlarına diqqətsizliyinin tənqidi

- Tələbələrin yaşayışının doğru-düzgün öyrənilməsi məqsədi ilə hövzələrin öyrənilməsi düşərgələrinin yaradılması təklifi

- Hövzənin bəzi sosial məsələlərə gec müdaxilə etməsinin tənqidi

- Hövzənin beynəlxalq müstəvidə sistemli və intellektual iştirakı istiqamətində lazımı bazanın olmamasının tənqidi

- İnqilabın ikinci addımı ilə bağlı məsuliyyət qəbul etməsi üçün gənc və intellektual tələbələrə fürsət verilməsinin zəruriliyi

- Şəffaf və səmərəli şəkildə ailə mərkəzli meyarın izahına diqqət

- Cəmiyyətin mövcud tələbatlarına əsasən, elm və tədqiqatların tətbiq edilməsi zərurəti

- Orijinal hövzə meyarının yaradılması üçün toplaşma və fəaliyyətin gələcək ehtiyaclarının nəzərdən keçirilməsinin əhəmiyyəti

- İkinci İnqilab addımının reallaşdırılması isitqamətində proqram və vəzifələrin müəyyən edilməsi üçün inqilabçı tələbələr arasından gənc mütəxəssis gövdəsinin təşkil edilməsinin vacibliyi

- Rəhbər şəxslər arasında virtual məkan və bu sahədə mövcud olan imkanlardan istifadə edilməsinə lazımı diqqət göstərilməməsinin tənqidi

- Virtual məkanda təbliğin əhəmiyyəti və Milli İnformasiya Şəbəkəsinin yaradılması və yumşaq müharibə zabitlərinə dəstək verilməsi zərurəti.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /