Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

ABŞ-ın təzyiqlərini qarşılıqsız qoymayacağıq

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xameneinin bu gün (çərşənbə) günortadan sonra universitetlərin müəllimləri və elmi heyətlərinin üzvləri ilə görüşü oldu. Universitetlər və elmi mərkəzlərin həqiqi nailiyyətlərini yüksək qiymətləndirən Həzrət Ayətullah Xamenei İran İslam dövlətinin zirvəyə yüksəlməsi üçün sürətli inkişaf və elmi sıçrayışın zəruri olduğunu dedi. Ali Rəhbər təzyiq strategiyası kontekstində müzakirə taktikasını gerçəkləşdirmək üçün ABŞ-ın əl atdığı hiyləyə qarşı İranın ayıq olduğunu vurğuladı: “Bu ilki “Qüds günü” yürüşü hər ilkindən daha mühümdür. Çünki ABŞ və bəzi kölələri “Əsrin müqaviləsi” ilə dünyada Fələstin problemini unutdurmağa çalışırlar. Təbii ki, arzuları ürəklərində qalacaq”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, bu ilki “Qüds günü” başqa illərdəkindən daha mühümdür: “Bu ikiqat əhəmiyyətliyin səbəbi əsrin müqaviləsini gerçəkləşdirməkdən ötrü ABŞ və onun kölələrinin regiondakı xəyanətkar addımlarıdır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Fələstin məsələsinin indiki şəraitinin keçmişdəkindən fərqliliyi ondadır ki, ABŞ və kölələri Fələstin məsələsinin gündəmdən tamamilə çıxarılmasını açıq-aşkar şəkildə ifadə edirlər: “Buna görə də Fələstinin xalq tərəfindən müdafiə edildiyini ifadə edən Qüds günü yürüşü bu il daha mühüm əhəmiyyət daşıyır”.

O vurğuladı: “Fələstinin müdafiəsi sırf İslama aid olan bir məsələ deyil, vicdan və insanlıq məsələsidir. Təbii ki, müsəlmanlar üçün dini və şəri səciyyəsi də vardır”.

İslam İnqilabının Rəhbəri çıxışının əvvəlində universitet müəllimləri, alimlər və mütəxəssislərin üstün mövqeyinə işarə edərək bir neçə müəllim və tədqiqatçının fikirlərinin, həqiqətən, yaxşı və istifadə edilməli fikirlər olduğunu dedi: “Elmi hərəkət və universitetlərin son onilliklərdəki nailiyyətləri sözün həqiqi mənasında yüksək olmuşdur. Ancaq mənbəyini xaricdən götürüb ölkənin işərilərinə qədər irəliləyən bir cərəyan ölkənin elmi hərəkətini və əldə edilmiş nailiyyətləri kiçik və qiymətsiz göstərməklə əhalidə və gönclərdə ümidsizlik yaradır”.

Həzrət Ayətullah Xamenei bu cərəyanın təşkilatlanmış bir cərəyan olduğunu vurğuladı: “Bu cərəyanın bir nümunəsi də İran üçün Stanford Universitetinin 2040 layihəsinin hazırlanmasıdır. Bu layihənin məqsədi elmi və akademik nailiyyətlərin sual alına alınmasıdır. Təəssüflər olsun ki, ölkə daxilində bir qrup insan xəbislik və xəyanətdən ibarət olan bu hərəkatda onlarla səs-səsə verirlər”.

İslam İnqilabının Rəhbəri beynəlxalq qiymətləndirmə mərkəzlərinin məlumatlarına istinadən ölkə universitetlərinin mövqeyində yüksəliş baş verdiyini dedi: “Hal-hazırda İranda 14 milyon universitet tələbəsi var. Bu da bütün əhaliin 5%-dən çox hissəsi deməkdir. Qeyd olunan statistika universitetlərdə irəliləyiş olduğunu göstərir”.

Həzrət Ayətullah Xamenei iranlı elita və universitet müəllimlərinin savadsız olduğunu göstərməyə çalışan bəzi fəaliyyətlər və təbliğatlara işarə edərək dedi: “Əgər bizim universitetlər, tədqiqatçılar və müəllimlər zəifdirsə, bəs nano texnologiya, nüvə elmləri, iyirmi faiz zənginləşdirmə və kök hüceyrələr sahəsindəki gözqamaşdıran nailiyyətlərin müəllifləri kimdir?”

O əlavə etdi: “Ölkənin elmi nailiyyətləri elə həddədir ki, üzdə siyasətçi olmadıqlarını deyib, əslində, siyasətçi olanlar bu nailiyyətləri etiraf etməyə məcbur olurlar”.

İslam İnqilabının Rəhbəri dedi: “Bu nailiyyətlər, əslində, ölkəni asılı etmək məqsədilə təsis edilmiş, lakin maneələrlə dolu uzun bir yol qət edərək qarşısında duran maneələri dəf etməklə elmi inkişaf və müstəqillik bayrağını yüksəltmiş universitetlərdə əldə edilmişdir”.

O vurğuladı ki, elmi inkişafın bu səviyyəsi ilə heç cürə razı deyilik, arzu edilən layiqli nöqtəyə çatmağa çox var hələ: “İkinci addımda zirvə nöqtəsinə çatmalıyıq”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, elmi cəhətdən ölkənin tarixi geriliyini aradan qaldırmaq üçün sıçrayışlı hərəkətə ehtiyac var: “Təbii ki, bu hərəkət əzab-əziyyətli və zəhmət tələb edən bir hərəkədir, ancaq sonu şirindir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, universitetlər və elmi nailiyyətlərin təriflənməsi universietlərdəki problemlər, eyiblər və nöqsanları görməzdən gəlmək kimi başa düşülməməlidir: “Elmi, mədəni, tərbiyə və problemlərin idarə edilməsi sahələrində universitet mühitlərinin propblemləri var. Elmi dərinliyi hesablanmayan bəzi təhsil sənədləri və bəzi ixtisaslarda təhsilin keyfiyyəti məsələsini buna misal göstərmək olar”.

Həzrət Ayətullah Xamenei çıxışının davamında universitetlərin cəmiyyət qarşısındaki mühüm vəzifəsindən, yəni sosial problemlərlə qarşılaşdıqda onların həlli yollarının tapılmasına səy göstərilməsindən danışdı: “Universitet özünü əhali və cəmiyyətin problemlərindən təcrid etməməlidir. Buna görə də universitet müəllimləri və cəmiyyətin akademik təbəqəsi uyğun mexanizm yaratmaqla universitteti sosial problemlərin həlli istiqamətinə yönəltməlidirlər. Təbii ki, ayrı-ayrı qurumlar da universitetlərdən kömək və məsləhət almalıdırlar”.

Sosial patologiyalar məsələsi İslam İnqilabının Rəhbərinin həlli yolunu tapmaq üçün universitetlərə tövsiyə verdiyi məsələlərdən idi.

O bildirdi ki, müəllimlərin cəmiyyətin problemlərindən kənarda qalması akademik cəmiyyətin ziyalı mühitlərinin bənzər problemlərlə qarşılaşmasına səbəb olacaq: “Qərbdən qaynaqlanan ziyalı cərəyanı formalaşmağa başladığı ilk vaxt xalqın yanında yer almamış, fil dişi qülləsində oturub oradan camaata və onun problemlərinə baxırdırlar, nə təhlükələri var idi, nə də bir iş görürdülər. Böyük İslam İnqilabı cərəyanında da ziyalılar ya arxa sıralarda yer aldılar, ya da sona qədər xalq hərəkatına qoşulmadılar”.

Həzrət Ayətullah Xamenei dedi ki, ölkənin elmi inkişafının əsas şərti ümidin olmasıdır. O, ölkənin daxilində və xaricində qarşısına İranın qürurverici elmi nailiyyətlərini yalan xəbərlər və qərəzli təhlillərlə inkar etmək və ümidsizlik ruhunu üfürmək məqsədi qoymuş bir cərəyanın varlığından danışdı: “Qarşısına məyusluq yaratmaq məqsədi qoymuş cərəyan intellekti yüksək olan tələbələrdə məyusluq yaratmağa və ölkədən çıxarmağa, universitetlərə aid məsələlərin vasitəçiləri olan müəllimləri elmi inkişafdan məyus etməyə çalışır”.

O bildirdi ki, İranın elmi nailiyyətləri imperialist və müstəmləkəçi güclərin narahatlığına səbəb olur: “Ölkənin elmi inkişaf sürəti bizim iddiamız deyil, qiymətləndirmə aparan mərkəzlər İranın elmi inkişaf sürətinin orta dünya sürətindən 13 dəfə yüksək olduğunu, bəzi elm sahələrində İranın ən yüksək yerlərdə qərarlaşdığını elan etmişdir”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, akademik təhsillilərin ölkənin böyük elmi uğurlarından xəbərdar olması zəruridir: “Elmi ekskursiya və ölkənin elmi nailiyyətlərinə görmək üçün səyahətlər təşkil edilməsi tələbə və müəllimlərin proqramına daxil edilməlidir. Bu imkanlar və onların əldə edilməsi ilə bağlı məlumatlar ümid yaranmasına səbəb olur”.

Həzrət Ayətullah Xamenei universitet müəllimlərinə tələbələrə ümid ruhunu üfürməyi tövsiyə etdi: “Düşmən və daxildəki cərəyan ümidsizlik yaratmağa çalışır. Bu xain və xəbis cərəyanın qarşısında dayanmaq və ümid yaratmaq lazımdır”.

İnqilabın Rəhbəri faydalı elmin ciddi bir zərurət olduğunu dedi: “Ölkənin problemlərini həll edə bilən, ayrı-ayrı sahələrin kor nöqtələrini müəyyən edərək onlarla mübarizə aparmaq üçün elmi həll yolları təqdim edən bir elmə ehtiyacımız var”.

O, aşağı məhsuldarlıq, enerji istehlakında çox ziyanverici olan israf, iqtisadiyyatın neft və dövlət əsaslı olması, vergi sisteminin problemləri, büdcə strukturu kimi xroniki iqtisadi xəstəliklərdən söz açaraq dedi: “Universitetlər faydalı elm və uyğun mexanizm yaratmaqla bu cür problemlərin həlli yolları haqqında düşünsünlər”.

Həzrət Ayətullah Xamenei dedi: “Sanksiyaları iflasa uğratmaq üçün elmi həll yollarının axtarılması, istehsalın yaxşılaşdırılması işinin həyata keçirilməsi universitet müəllimlərinin möhkəm iradə ilə məşğul olmalı olduqları məsələlərdəndir”.

O, Sənaye Nazirliyinin bu sahənin problemləri və ehtiyaclarının siyahısını elan etməsi addımından məmnunluq hiss duyduğunu dedi: “İndi bu problemləri həll etmək üçün meydana atılmaq növbəsi Elmlər Nazirliyi və universitetlərindir”.

İslam İnqilabının Rəhbəri dərin və uzunmüddətli tədqiqatların aparılmasının faydalı elmin başqa bir yönü olduğunu dedi: “Universitet müəllimləri və alimlər mövcud elmi problemlərin həlli yollarını tapmaqla yanaşı dərin və fundamental araşırmalar da aparmalıdırlar. Çünki bu cür araşdırmalar ölkənin uzunmüddətli inkişaf bazasını yaradır. Alimlərə elmi işlərdə daha yüksək nailiyyət fürsəti və imkanı tanımaq lazımdır”.

Həzrət Ayətullah Xamenei bu sahədə əsas elmlərlə məşğul olmağın çox mühüm əhəmiyyət daşıdığını dedi: “Bu cür ixtisasların əyani nəticəsi olmadığı üçün tələbələr tərəfindən o qədər də məmnunluqla qarşılanmır. Elmlər Nazirliyi və Təhsil Nazirliyi elə proqram tərtib etməli və tədbir görməlidir ki, əsas elmlərə meyl gənclər arasında daha yüksək olsun”.

O, hökumətlərin maliyyə problemləri ilə qarşılaşdığı vaxt elmi və mədəni büdcələri azaltmasını tənqid edərək dedi: “Əsas elmlərə davamlı investisiya yatırımı etməyimiz və üstün hərəkətə malik olmağımız lazımdır. Kainatda kəşf edilməmiş həqiqətlərin əldə edilməsi yolunu tapmalı və qət etməliyik”.

İslam İnqilabının Rəhbəri universitetlərlə bağlı qiymətələndirilmə və təsnifat aparılmasının zəruri olduğunu deyərək elmlər və səhiyyə nazirliklərinə, Mədəni İnqilab Ali Şurası, aidiyyatı olan administrativ qurumlara səsləndi: “Lazımi meyarlar və məziyyətləri təyin etməklə universitetlərin qiymtələndirmə prinsipi üzrə təsnifatını aparmaq lazımdır ki, universietlərin keyfiyyətini artırmaqla yanaşı onlar arasında müsbət rəqabət formalaşsın”.

Həzrət Ayətullah Xamenei universitetlərdə çoxlu sayda dindar və inqilabçı müəllimlərin olduğuna işarə edərək dedi: “Bu müəllimlər universitetlərin daxilində cərəyan yaratmalıdırlar”.

O, tələbələrin davranışı və mədəniyyətinin dəyişməsinə səbəb olan bir sıra universitetlərin mədəni mühitini tənqid edərək dedi: “Dindar və inqilabçı müəllimlər elə etməlidirlər ki, onların fikri və mədəni cərəyanı universitetlərin aktiv cərəyanına çevrilsin”.

İnqilabın Rəhbəri əlavə etdi: “Onu da qeyd edim ki, bu cərəyan yaratmaq işinin təhlükəsizlik, hüquq mühafizə və bu qəbildən olan imkanlara aidiyyəti yoxdur, mədəni, fikri və insani bir işdir”.

O bu sahədə tələbələrin suallarına cavab verilməsinin effektiv bir addım olduğunu dedi: “Tələbələrin beynində yaranan suallara əsaslı cavablar verməyi bacaran ən yaxşı insanlar inqilabçı və dindar müəllimlərdir”.

Həzrət Ayətullah Xamenei universitetlərdəki mürtəcelik, toqquşma və doğru yoldan sapma ilə mübarizə aparılmasının zəruri olduğunu vurğuladı: “Bu gün bəzi universitetlərdə solçu marksizm cərəyanı da meydana çıxır. Halbuki bu cərəyanın əsas təmsilçisi olan keçmiş SSRİ dünyanın həqiqətlərinin təzyiqinə davam gətirməyib dağıldı”.

O əlavə etdi: “Təbii ki, bu cərəyan elə də ciddi cərəyan deyil. Danışıqları və mövqelərindən bilinir ki, elə solçu ABŞ-dır. Yəni üzdə solçudur, daxildə Qərb və ABŞ meyillidir”.

İslam İnqilabının Rəhbəri univeristetlərədki aşağı səviyyəli mədəni fəaliyyətlərin olmasını tənqid edərək dedi: “Universitetin məqsədi sırf elm öyrətmək deyil, elm silahı ilə təchiz edilmiş yüksək səviyyəli insan yetişdirməkdir. Buna görə də elmlə yanaşı tələbəyə əxlaq və həyat tərzi də öyrədilməlidir. Universitetlər mömin, iqnilabçı, iffətli, dövlətə bağlı, xalqa xidmət etmək istedadına malik gənclərin yetişdiyi bir yerə çevrilməlidir”.

İslam İnqilabının Rəhbəri çıxışının başqa bir yerində xarici mediyanın müzakirələrlə bağlı hay-küyünə işarə edərək dedi: “Onlar “İran danışıqlar masasına qayıtmalıdır” deyərkən ABŞ-la müzakirəni nəzərdə tuturlar. Çünki bizim başqa ölkələrlə problemimiz yoxdur; avropalılar və digərləri ilə müzakirələr aparırıq”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, müzakirələrin əsas problemi müzakirə mövzusunun təyin eidlməsidir: “Biz hər mövzuda da müzakirə aparmırıq. Ölkənin İnqilabın əsas və namus mövzularından olan müdafiə imkanı kimi məsələlər müzakirə mövzusu ola bilməz”.

O vurğuladı ki, müzakirənin mənası bazarlıq və bəzi məqamlarda geri çəkilməkdir: “Müdafiə məsələləri kimi bəzi mövzular müzakirə oluna bilməz. Bu məsələlərdə müzakirə iki cümlədən ibarət olacaq: qarşı tərəf deyəcək ki, biz bunları istəyirik, biz də deyəcəyik ki, istəmirik və müzakirələr bitəcək”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, İran ABŞ-la ümumiyyətlə, müzakirə aparmayacaq: “Daha öncə də qeyd edildiyi kimi, ABŞ-la müzakirə aparılmamasının səbəbi budur ki, müzakirənin faydası yoxdur, üstəlik zərərlidir də”.

Həzrət Ayətullah Xamenei dövlətlər və ölkələrlə bağlı hegemon məqsədlərinə nail olmaq üçün amerikalıların sərgilədiyi davranışlara işarə edərək dedi: “Amerikalıların öz məqsədlərinə çatmaq üçün bir strategiyası və taktikası vardır. Onların strategiyası qarşı tərəfi yormaq məqsədilə təzyiq göstərmək, sonra öz məqsədlərinə çatmaq üçün müzakirələrdən təzyiqin təkmilləşdiricisi kimi istifadə etməkdir”.

O vurğuladı: “Bu müzakirə, əslində, müzakirə deyil, təzyiqlərin məhsulunu yığmaq üçün bir vasitədir. Amerikalılarla müzakirə masası arxasında əyləşmək təzyiq vasitəsilə zəmin hazırladıqları məqamları nəqdləşdirmək deməkdir”.

İslam İnqilabının Rəhbəri bildirid ki, bu hiylə ilə mübarizə aparmağın yeganə yolu amerikalılar qarşısında təzyiq vasitələrindən istifadə etməkdir: “Əgər təzyiq vasitələrindən düzgün isitfadə edilsə, amerikalıların təzyiqi ya azalacaq, ya da dayanacaq. Amma amerikalıların müzakirə dəvətini ehtiva edən hiyləsinə uyaraq təzyiq vasitələri dayandırılsa, nəticəsi mütləq uduzmaq olacaq”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, ABŞ-ın təzyiqlərinə qarşı İran İslam Respublikasının lazımi təzyiq vasitələri vardır: “Bu vasitələr onların təbliğ etdikləri kimi, hərbi deyil. Əlbəttə, nə vaxtsa lazım gəlsə, o vasitələr də olacaq”.

O bildirdi ki, İslam Respublikasının təzyiq vasitələrindən biri kimi, Dövlət Milli Təhlükəsizlik Ali Şurasının İranın bəzi nüvə öhdəliklərini azaltmasına dair verdiyi son bəyanatı qeyd etmək olar: “Milli Təhlükəsizlik Ali Şurasının son qərarı doğru qərar idi. Çünki təzyiq vasitəsindən vaxtında istifadə edilməsə, qarşı tərəf heç bir zərər və xərcə düşmədiyini bildiyi üçün məsələni tələsmədən davam etdirəcək. Halbuki təzyiq vasitələrindən isitfadə edildikdə nə isə etmək fikrinə düşəcək”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, ölkənin nüvə sahəsindəki elmi və texniki imkanları təzyiqin effektiv vasitələrindən biridir: “Nüvə sahəsində yüksək elmi imkanların olmasına baxmayaraq, biz qətiyyən nüvə silahı əldə etmək niyyətində deyilik. Çünki fiqhi, dini və şəri prinsiplərə əsasən, istər nüvə silahı olsun, istərsə də kimyəvi, kütləvi qırğın silahlarının olmasını haram bilirik”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Biz hətta sırf depo məqsədi daşıyan kütləvi qırğın silahının da istehsalını məntiqsizlik və ağılsızlıq hesab edirik. Çünki istifadə edilmədiyi halda, külli miqdarda xərclərin sərf edilməsin səbəb olur”.

O dedi: “Buna görə də biz prinsipial olaraq kütləvi qırğın silahının istehsalına qarşıyıq. Ancaq nüvənin zənginləşdirilməsinə ehtiyacımız var. Çünki ölkənin gələcək ehtiyacını bilirik. Əgər bu gün bu sahədəki imkanlarımızı artırmasaq, on ildən sonra sıfırdan başlamalı olacağıq”.

İslam İnqilabının Rəhbəri İslam Respublikasının təzyiq vasitələrinin qarşı tərəfi dayandırmaq üçün bir vasitə olduğunu dedi: “Xoşbəxtlikdən bu gün icra, diplomatik və siyasi olmasından asılı olmayaraq, ölkənin bütün məsul şəxsləri ABŞ-la müzakirə aparılmaması məsələsində yekdilddir və ABŞ-la müzakirə aparılması qətiyyən tövsiyə edilmir”.

Həzrət Ayətullah Xameni əlavə etdi: “ABŞ-ın əvvəlki hökumətinin davranışı mahiyyət etibarı ilə indikindən fərqlənmirdi. Əlbəttə, zahirən fərqlənsə də, batində bir idi”.

O vurğuladı ki, İslam Respublikası müzakirə məsələsində amerikalıların hiyləsinə əsla aldanmayacaq: “Bu gün isitfadə edilən təzyiq vasitəsi Milli Təhlükəsizlik Şurasının son qərarıdır. Ancaq həmişə bu həddə dayanmayacağıq. Növbəti mərhələdə lazım olsa, digər təzyiq vasitələrindən istifadə edəcəyik”.

Görüşün əvvəlində müəllimlər və elmi heyətlərin üzvlərindən 11 nəfəri iki saat ərzində onları narahat edən məsələlərdən danışdı. Görüşdə çıxış edən nümayndələr aşağıdakılardır:

- Doktor Rəsul Cəlili, Sənaye Şərif Universitetinin Kompüter Mühəndisliyi fakültəsinin dosenti

- Doktor Məhəmmədrza Həsəni Ahəngər, İmam Hüseyn (ə) adına Universitetin dosenti, Kompüter Mühəndisliyi üzrə fəlsəfə doktoru

- Doktor Səid Mürid, Pedoqoji Universitetin professoru, Su mənbələrinin idarə edilməsi üzrə fəlsəfə doktoru

- Doktor Əli Əbdülali, Elektrik və Telekommunikasiya Mühndəsiliyi üzrə fəlsəfə doktoru, Elm və Sənaye Universitetinin dosenti

- Höccətül-İslam vəl-müslimin doktor İbrahim Kəlantəri, Elmlər və Quran üzrə fəlsəfə doktoru, Tehran Universitetinin dosenti

- Doktor Nəcəfqulu Həbibi, Fəlfəsə və İslam fəlsəfəsi üzrə fəlsəfə doktoru, Tehran Universitetinin dosenti

- Doktor Əmir Əli Həmidiyyə, Qan və Xərçən Xəstəlikləri üzrə yüksək mütəxəssis, Tehran Tibb Elmləri Universitetinin müəllimi

- Doktor Süheyla Fəsayi, Sosialogiya üzrə fəlsəfə doktoru, Tehran Universitetinin dosenti

- Doktor Məryəm Bəxtiyari, Stasionar psixologiya üzrə fəlsəfə doktoru, Şəhid Behişti adına Tibbi Elmləri Universitetinin dosenti.

Çıxışçılar aşağıdakı mövzular ətrafında danışdılar:

- Milli gücün istehsal zərurəti və ölkənin internet müstəqilliyini təmin etmək üçün həll yollarının seçilməsi

- Kiber mühitə elmi və texnoloji nəzarət və ölkədə bu texnologiyanın milliləşdirilməsinin zəruriliyi

- Kiber Mühit Ali Şurasına qarşı rəğbətin olmamasının tənqidi və bu şuranın həftəlik iclaslarının keçirilməsi zərurəti

- Universitetin idarə edilməsi üçün milli və inqilabçı meyarın müəyyən edilməsinin əhəmiyyəti

- Universitetdə ölkənin ehtiyacları nəzərə alınmadan yazılan əsas məqalələrin tənqidi

- Universitetlərin buraxılış və dissertasiya işlərinin mövzularının ölkənin problemlərinin həlli istiqamətinə yönəldilməsinin vacibliyi

- İstehlak meyarında düzəlişlər aparmaq üçün texniki və sosial əsasların və yumşaq fəaliyyətlərə diqqət yetirilməsinin zəruriliyi

- Universitetin siyasi münaqişələr meydanına çevrilməsi və bəzən vəzifə təyinatları zamanı müdirlərin elmi və əxlaqi layiqlilik məsələsinin nəzərə alınmamasının tənqidi

- Elmi heyətin ərizəçilərinin cəlb edilməsində fürsətlərin bərabər olmamasının tənqidi

- Tədqiqat layihələrinə və ona ayırlan büdcənin sərf edilmə formasına nəzarət edilməsinin zəruriliyi

- Müəllimlərin imkanlarının dəqiq və peşəkar qiymətləndirilməsinin olmamasının tənqidi

- Universitetlərdə mədəni idarəçiliyin xoşagəlməz vəziyyətdə olması və rəhbərliyin mədəni problemlərə əhəmiyyət verməməsinin tənqidi

- Universitetin ölkənin əsl problemlərinə diqqət ayırması və yaradıcı ekosisemlərin təsis edilməsinin zəruriliyi

- Ölkənin faktiki və potensial olan böyük mədəni sərmayələrinə əhəmiyyət verilməsinin zəruriliyi

- Ailədə ana və həyat yoldaşı mövqeyini və bu rolun ifasının qorunub saxlanması məqsədilə qadının sosal rifahının təmin edilməsinə əhəmiyyət verilməsi

- İqtisadi proqramlaşdırmanın məqsədi sinfi təbəqələşdirməni azaltmaq olmalı və rəhbər şəxslərin həyatı dəbdəbədən uzaq olan sadə həyat tərzi üçün bir nümunə olmalıdır

- Ümummilli İstehsalın artımına nisbətdə tədqiqat büdcəsinin də artırılmasının vacibliyi

- Azad düşncənin əhəmiyyəti və universitetlərin islamlaşdırılmasından subyektiv nəticələr çıxarılmasının tənqidi

- İranın gələcəyi naminə milli konsensium və milli maraqların qorunması istiqamətində bütün imkanlara diqqət

- İnqilabın ikinci addımının reallaşması üçün iranlıların bütün iradələri və ixtisas imkanlarının səfərbər edilməsi

- Beynəlxalq sferada passivlikdən uzaq olmaq, yeni fürsətlərin yaradılması və imperializmlə mübarizədə müvafiq yardımların alınmasının zəruriliyi

- Qonşular əsasında güclü Asiya siyasətinin müəyyən edilməsi zərurəti

- Elmin xam satışından çəkinməyin zəruriliyi, onun texnologiya və məhsula çevrilməsinin vacibliyi

- Universitetlərdə cihadçı müdiriyyətin hakim olmasının və gənc inttellektlərə dəstək verilməsinin zəruriliyi

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /