Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Harada müqavimət göstərdiksə, inkişaf etdik

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) günortadan sonra İmam Xomeyninin (r.ə) pak hərəmində xalqın ayrı-ayrı təbəqlərini təmsil edən böyük bir insan izdihamı ilə görüşdü. O bildirdi ki, İmam Rahilin (r.ə) misilsiz cazibəsinin davamlılığının sirri onun şəxsi keyfiyyətləri və Allahın ona lütf etdiyi nemətlərdədir. Ayətullah Xamenei İmamın millətə və məsul şəxslərə böyük bir məkəb olan müqavimət yolu və məntiqinin ayrı-ayrı yönlərindən danışaraq dedi: “Bu cazibədar fikir və yol gün keçdikcə xalqları özünə daha çox cəlb edir. İran xalqı və dövlət rəhbərləri də bu parlaq ilahi yolu bütün iqisadi, siyasi, hərbi, sosial və mədəni yönlərdə özünü sığorta nöqtəsinə nail olana qədər davam etdirəcək”.

İslam İnqilabının Rəhbəri İmamın heyrət doğuran cazibəsinin sirləri və nümunələrindən danışarkən dedi: “Sevimli İmamla ayrılığın, xalqın o əbədiyaşar əzizlə əbədi vidası və tarixi yolasalma mərasiminin üzərindən keçən otuz il ərzində İmamın xatirəsini, adını və yolunu unutdurmaq, onun idarəçiliyinin böyük prinsiplərinin diqqətdən kənarda saxlanılması üçün xaricdə və daxildə çox fəaliyyətlər göstərildi, ancaq reallıq budur ki, Böyük İmamın cazibəsi nəinki azaldı, əksinə daha da uzandı”.

O bildirdi ki, Allahın ruhunun mələkuti yüksəlişinin otuzuncu ildönümü münasibətilə xalqın təşkil etdiyi bu günkü əzəmətli toplantı, habelə İran xalqının Beynəlxalq Qüds günündəki şanlı yürüşü İmam Rahilin (r.ə) cazibəsinin davamlılığının aşkar əlamətlərindəndir: “Qüds günü dünyanın yüzdən artıq ölkəsində ya xüsusi tədbirlər təşkil edildi, ya da yürüşlər keçirildi. Bu da göstərdi ki, İmamın bu beynəlxalq günün təyin edilməsi istiqamətində atdığı adımdan 40 il sonra onun cazibəsi və nüfuzu xalqları hələ də hərəkətə gətirəcək cazibə və nüfuza malikdir”.

Həzrət Ayətullah Xamenei amerikalılar və onların arxasınca düşənlərin, o cümlədən bəzi xain ərəb başçılarının Fələstin məsələsinin unutdurulması istiqamətində göstərdikləri mənfur fəaliyyətlərə işarə edərək dedi: “Belə bir vəziyyətdə yüzdən artıq ölkədə xalq kütlələri İmamın əbədi nüfuzu sayəsində şərafətli Qüdsün və fələstinli məzlumların müdafiəsinə qalxır. Bu gerçəklik bir daha göstərir ki, dünyada heç bir məsələ Böyük Xomeyninin (r.ə) coşqu yaradan cazibəsi ilə müqayisə edilə bilməz”.

O, bu il ölkənin dörd bir tərəfində təşkil edilmiş Beynəlxalq Qüds günü yürüşündə abırlı və əzəmətli iştirakına görə İran xalqına səmimi qəlbdən təşəkkürünü bildirərək dedi: “Xalq göstərdi ki, həqiqətən də, İmamın tövsiyələrinə əməl etməkdə səhlənkarlığa yol verməmiş və vermir”.

İslam İnqilabının Rəhbəri əzəmətli İmam Rahilin misilsiz cazibəsindən danışarkən onun şəxsi keyfiyyətləri və Allahın ona lütf etdiyi nemətlərin burada əsas rol oynayan amillər olduğunu dedi: “Tarixdə az adam tapılar ki, onda bu xüsusiyyətlər bu həddə bir araya gəlmiş olsun”.

O bu barədə belə dedi: “Buna görə də xalqın Ərşə səfər etmiş o əzizə qarşı məhəbbəti məcburi, təbliğat və təlqin yox, Allahın işi və ilahi məhəbbətin nəticəsidir”.

İslam İnqilabının Rəhbəri fikirlərini İmam Xomeyninin əsas xüsusiyyətlərindən biri olan maneələr və problemlərə qarşı müqavimət xüsusiyyəti üzərində cəmləşdirərək dedi: “Məhz bu xüsusiyyətlərdir ki, İmamı həm həyatda olduğu vaxt, həm də tarix boyu bir məktəb, fikir, yol və təfəkkür kimi təqdim edir”.

O, İmamın diktatura dövründəki yorulmaq bilməyən ümidverici mübarizəsi, bu mübarizənin davamlılığı, bütün maneələrə qarşı müqavimət və inqilabın qələbəsindən sonrakı düşmənçiliklərdən söz açdı və Qurani-Kərimin ayələrinə isitnad edərək dedi: “İmam, həqiqətən, Quran ayələrinin çoxunu bu müqavimətlə izah etdi”.

İnqilabın Rəhbəri düşmənlərin təhdidi, şirnikləndirməsi və hiyləsinin İmam Rahilə təsir göstərmədiyini dedi: “Düşmən çox çalışdı ki, müxtəlif vasitələrlə İmamın hesablama sistemini darmadağın edib onu müqavimət yolundan daşındırsın. Ancaq o dahi şəxsiyyət İslam dininin aşkar dəlillərinə söykənərək zərrə qədər də təsir qəbul etmirdi”.

Həzrət Ayətullah Xamenei müqavimətin mənasını izah edərkən dedi: “Müqavimət, yəni doğru yolu seçmək, bu yolda hərəkətə başlamaq, maneə və problemlərlə mübarizə, sapmadan və ya dayanmadan haqq yola davam etmək deməkdir”.

O əlavə etdi: “Təbii ki, yolda maneələr var, ancaq müqavimət yolunu seçmiş insan ya bu maneələrə qalib gəlir, ya da ağıllı şəkildə onlardan yan keçib öz yoluna davam edir”.

O qeyd etdi ki, İmam Xomeyninin yolu Allah dinin müsəlman cəmiyyəti və bütün insanların həyatı üzərindəki hakimiyyətidir: “O əzəmətli kişi İslam Respublikasını yaratdıqdan sonra elan etdi ki, bu yolda nə kiməsə zülm edəcəyik, nə də kiminsə zülmünü qəbul edəcəyik. Bu fikir, yəni zalıma qarşı müqavimət və məzlumun himayə edilməsi fikri din və Qurandan götürülmüşdür. Elmli ağıl saibləri, ümumiyyətlə, istənilən sağlam düşüncə də bunu təsdiq edir”.

İnqilabın Rəhbəri imperialist və müstəmləkəçi dövlətlərin İmamın bu strateji şüarından narahat olmasının təbii olduğunu dedi: “Dünyanın despotları, təcavüzkarları və bac-xərac toplayanları üçün məzlumu himayə edən və zalıma qarşı çıxan bir dövlət sisteminin yaranması çox ağır idi. Buna görə də elə ilk gündən düşmənçiliyə, xəbisliyə və namərdliyə başladılar və bu günə qədər də bu xüsusiyyətlərini davam etdirməkdədirlər”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, müqavimət konsepsiyasının əsasının qoyulması, bu yolda ayıq və qüdrətlə hərəkət etmək, hədəfin itirilməməsi İmam Xomeyninin (r.ə) xalqa və məsul şəxslərə verdiyi dərs və qoyub getdiyi yadigarlardır: “Bu izzətli yol tədricən İran sərhədlərini aşıb daha geniş vüsət aldı”.

O bildirdi ki, xlaqların İmam Xomeyninin (r.ə) yolunu, yəni müqavimət yolunu qəbul etməsinin səbəbi bu yolun mahiyyətinə xas olan cazibəsidir: “Bu yolda İslam Respublikası xalqlara heç bir basqı göstərməmişdir. Bu il yüzdən arıq ölkədə təşkil edilən Qüds günü yürüşü də xalqların öz seçimi və razılığı ilə olmuşdur”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, “müqavimət” Qərbi Asiya xalqlarının hamısının ortaq qəbul etdiyi bir sözdür: “Yeri gəlmişkən, bəziləri meydana atılmağa cürət etməsələr də, bəziləri artıq meydandadır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, müqavimət cəbhəsi bu gün hər günkündən daha güclüdür: “Amerikalıların Livan, İraq, Suriya və Fələstindəki məğlubiyətləri müqavimət cəbhəsinin gücündən xəbər verir”.

O bildirdi ki, İran xalqının davamlı müqaviməti, İslam Respublikasının uğuru və inkişafı digər xalqları da müqavimətə stimullaşdırır: “Beynəlxalq ekspertlər və bəzi amerikalı analitiklər bu həqiqəti etiraf edirlər”.

İnqilabın Rəhbəri bildirdi ki, xalqın və dövlətin müqaviməti və maneələrə qalib gəlməsi amerikalıların düşmənçiliyinin ən mühüm səbəblərindəndir: “Onlar istəyirlər ki, İran xalqı onların hegemonluğu qarşısında əllərini qaldırıb təslim olsun. Xalq bu təhqiri qəbul etmədiyi üçün imperialistlər düşmənçilik edirlər”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, İmamın müqavimət konsepsiyası və yolunun seçimindəki fəaliyyəti güclü məntiqi, rasional, elmi və dini istinada malik idi. Ali Rəhbər İmamın müqavimət konsepsiyasının məntiqinin komponentləri və ayrı-ayrı hissələrinə aydınlıq gətirərkən dedi: “Müqavimət məntiqinin komponentlərindən biri hər bir millətin şərəfi, kimliyi və insanlığıdır. Bu komponentlər təhdid, zorakılıq və məcburiyyətlə qarşılaşdıqda millət müqavimətə qalxır”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, düşmənin müqavimət qarşısında geri çəkilməsi həqiqəti müqavimət məntiqi və düşüncəsinin komponentlərindən bir başqasıdır: “Düşmən qarşısında təslim olmaq onun irəliləməsinə səbəb olur. Ancaq düşmənin tamahkarlığına və xərac istəyinə qarşı müqavimət göstərilsə, onun irəliləməsi dayanacaq. Buna görə də qeyd olunan aspektdən də fayda müqavimətdədir”.

O əlavə etdi: “İslam Respublikasının keçən qırx ildəki təcrübəsi də bu faktı təsdiq edir. Çünki harada müqavimət göstərdiksə, uğur və inkişaf bizimlə oldu. Haradaki qarşı tərəfin istəyi əsasında hərəkət etdik zərbə aldıq”.

İslam İnqilabının Rəhbəri müqavimət məntiqinin üçüncü komponentinə aydınlıq gətirərkən dedi: “Müqavimətin xərci var. Ancaq təslim olmağın xərci dolayısı ilə müqavimətin xərcindən çoxdur”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Pəhləvi rejimi hegemonlar qarşısında təslim olmağın yüksək xərclərinin bir nümunəsidir. ABŞ qarşısında o qədər təslim olmasına və ona verdiyi o qədər imtiyazlara baxmayaraq təhqir də olunurdu.

O dedi: “Səudiyyə dövləti bunun başqa bir nümunəsidir. Həm dollar verir, həm də ABŞ-ın istəyi əsasında mövqe tutur, ancaq təhqirə də məruz qalır və ona sağmal inək ləqəbi verilir”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, dini prinsiplər və Quran ayələri İmamın müqavimət məntiqinin başqa bir komponentidir: “Quranda haqq və müqavimət cəbhəsinin qalib gələcəyini vəd verən, qurban da versə belə, haqq cəbhəsinin məğlub olmayacağını vurğulayan bir çox ayələr vardır”.

Həzrət Ayətullah Xamenei güclərə qarşı müqavimətin mümkün olması məsələsinin İmamın düşüncəsində müqavimətin məntiqinin komponentlərindən olduğunu dedi: “Dahi İmam “faydası yoxdur və ya bacarmarıq” deyənlərin səhv təfəkkürünün əksinə olaraq dünyanın boynuyoğunlarına qarşı müqavimətin mümkün olduğunu hesab edirdi. Bu əsasla da İslam hərəkatı dövründə, İslam İnqilabının qələbəsindən sonra da təzyiqlərə qarşı müqavimət göstərdi”.

O, zıyalı adı altında müqavimətin faydasız olduğunu deyən bəzi insanların böyük bir səhvə yol verdiyini dedi: “Bu baxış hesablama yanlışından irəli gəlir. Hər hansı məsələdə yol verilən hesablama yanlışı isə həmin məsələyə aidiyyatı olan müxtəlif amillərin tanınmamasından qaynaqlanır”.

İslam İnqilabının Rəhbəri dedi: “Dünyanın hegemonlarına qarşı müqavimətin vacibliyi məsələsində hesablama yanlışına yol verməmək üçün ABŞ-ın imperialist cəbəhəsinə aid həqiqətləri və gerçəklərdən yaxşı xəbərdar olmalı, öz gerçəklərimizi, imkanlarımızı və bacarıqlarımızı da doğru-düzgün tanımalıyıq”.

Həzrət Ayətullah Xamenei bildirid ki, İslam Respublikasının imkan və potensiallarından biri onun İmam Xomeyninin (r.ə) təfəkkürü əsasında müqavimət göstərmək iqtidarında olmasıdır: “Beynəlxalq siyasi ədəbiyyatlarda bu məsələ “İmam Xomeyni (r.ə) metodu ilə müqavimət” adlanır. Qərbin bəzi tanınmış siyasətçiləri və ekspertləri də bu barədə məqalə yazmış və onu “Xomeyni müqaviməti doktrinası” adlandırmış, onun Qərb və ABŞ istilasının şah damarlarını hədəfə aldığını vurğulamışlar”.

O vurğuladı ki, İslam Respublikasının qalıcılığının sirri müqavimət və duruş xətti, habelə daxili imkanlardan istifadə xəttidir: “Müqavimət cəbhəsinin doğru şəkildə qiymətləndirilməsi göstərir ki, bu cəbhə bu gün regionda, hətta regiondan kənar mərkəzlərdə də özünün ən möhkəm və sistemli vəziyyətindədir. Bu, hesablamalarda nəzərə alınması vacib olan bir gerçəklikdir”.

İslam İnqilabının Rəhbəri hesablama yanlışına yol verməmək üçün qarşı cəbhə və ona aid olan gerçəklərin düzgün qiymətləndirilməsinin zəruri olduğunu dedi: “Bəzi amerikalı alim və ekspertlər bu ölkənin siyasi, sosial və iqtisadi vəziyyətini qiymətləndirərkən “termitvari tənəzzül” ifadəsindən istifadə etmişlər”.

Həzrət Ayətullah Xamenei ABŞ-ın iqtisadi tənəzzülünü və onun dünya iqtisadiyyatına olan təsirinin maraqlı şəkildə azaldığını göstərən rəsmi statistikalara işarə edərək dedi: “Siyasi sferada da ABŞ-ın iqtidarı tənəzzülə uğramışdır. Cənab Donald Tramp xüsusiyyətlərinə malik olan bir fərdin seçilməsi ABŞ siyasətinin tənəzzülünün ən bariz və ən yaxşı göstəricisidir”.

O əlavə etdi: “Sayı üç yüz milyondan çox olan ABŞ əhalisinin taleyinin fikri, psixoloji və əxlaqi cəhətdən sağlam olması haqqında tərəddüdlər olan bir fərdə həvalə edilməsi ABŞ-ın siyasi və əxlaqi tənəzzülünün aşkar sübutudur”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, ABŞ-ın əxlaqi tənəzzülünü göstərən amillərdən biri bu dövlətin işğal edilmiş torpaqlarda sionist rejiminin cinayətlərinə dəsək verməsi, habelə bir neçə dövlətin Yəməndə törədiyi cinayətləri və bu ölkənin əhalisinin qətlə yetirilməsini dəstəkləməsidir: “Sosial sferada da ABŞ bir çox problemlərlə, o cümlədən qətl, cinayət, aclıq, narkomaniya və şiddət hallarının statistikasının yüksək olması problemi ilə qarş-qarşıyadır. Belə bir şəraitdə ABŞ prezidenti İran xalqına üzdə can yandırır və xoşbəxtlik arzulayır. Ona demək lazımdır ki, əgər bacarırsınızsa, gedin öz problemlərinizi həll edin”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bunlar İran xalqını təhdid edən bir dövlətin sosial, siyasi və qitisadi gerçəklərinin bir hissiəsidir”.

İslam İnqilaının Rəhbəri vurğuladı ki, düşmən cəbhəsinin gerçəklərini tanımaqla yanaşı öz imkanlarımızı və gerçəklərimizi də yaxşı tanımalıyıq: “Əlbəttə, bizim iqtisadi problemlərimiz var, məsul şəxslər də öz imkanları həddində bu problemləri həll etməyə çalışırlar. Ancaq mühüm məsələ ondan ibarətdir ki, iqtisaid problemlər olsa da, dalan yoxumuzdur”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Ölkənin problemlərinin hər birinin müxtəlif səbəbləri vardır. Ancaq bu problemlər ölkədə dalana səbəb olmamış, əksinə biz inkişaf etməkdəyik”.

O bildirdi ki, ölkənin nailiyyətləri və imtiyazlarının başında xalqın ayıqlığı dayanır: “Əgər İran xalqı yüksək əhval ruhiyyədə və ayıq olmasaydı, onu iştirakı lazım olan səhnələrdə görmək olmazdı”.

İslam İnqilabının Rəhbəri xalqın 1397-ci ilin 22 bəhmən tarixindəki böyük izdihamının xalqın ayıqlığı, bəsirəti, qətiyyəti, hazırlığı, müqavimət gücü və möhkəm iradəsinin bir nümunəsi olduğunu dedi: “Müqavimət ölkənin ən böyük güclü nöqtəsidir. Bu nöqtə dahi İmamın müqavimət məntiqi ilə hər zaman meydana atılmağın mümkün olduğunu göstərir”.

Rəhbərə görə, müqavimətin məqsədi budur ki, iqtisadi, siyasi, sosial və hərbi sahələrdə özünü sığortalama nöqtəsinə nail olmalıyıq: “Elə bir nöqtəyə çatmalıyıq ki, düşmənlər bütün sahələrdə xalqa hücum etmək fikrindən daşınsınlar və məyus olsunlar”.

İnqilabın Rəhbəri vurğuladı: “Bu gün hərbi sahədə sözügedən özünü sığortalama və sabitlik həddinə doğru çox irəliləmişik. Düşmənin müdafiə və raket məsələlərindəki israrının səbəbi də məhz ölkəni və xalqı özünü sığortalama gücündən məhrum etməkdir ki, bu məqsədə də əsla çatmayacaq”.

İslam İnqilabının Rəhbəri çıxışının davamında İran İslam Respublikasının uğurlu hərəkətinin davamlılığı üçün lazım olan bir neçə şərti qeyd etdi.

O bununla bağlı dedi: “Bizim problemlər və düşmənlərə qarşı reaksiyamız qorxu yox, şücaətə əsaslanmalı, məyus edici yox, ümidverici olmalı, passiv yox, innovativ olmalıd, həyəcanlı, emosional və səthi yox, rasional və ağıllı olmalıdır”.

Müqavimət düşüncəsini zəiflətmək üçün düşmənin əl atdığı hiyləyə diqqət İslam İnqilabının Rəhbərinin vurğuladığı başqa bir şərt oldu: “Müqavimət düşüncəsi hər bir xalqın ən güclü silahıdır. Düşmən müqavimətin faydasız və mümkünsüz olduğunu təlqin və vəsvəsə etməklə, tərəddüd yaratmaqla bu silahı İran xalqının əlindən çıxarmağa çalışır. Buna görə də müqavimət düşüncəsini düşmənin hiyləsindən qorumaq lazımdır”.

Həzrət Ayətullah Xamenei düşmənlərin müxtəlif hiylələrinə işarə edərək dedi: “Onlar bəzən təhdid edir, bəzən şirnikləndirirlər. Buna ABŞ-ın son prezidentinin rindliyini misal göstərmək olar. O deyirdi: “İran indiki rəhbərləri ilə də böyük inkişaflara nail ola bilər”. Yəni ey İranın indiki rəhbərləri, biz sizi məhv etmək istəmirik, sizi də qəbul etməyə hazırıq. Buna görə də narahat olmayın”.

İslam İnqilabının Rəhbəri amerikalıların bu fəaliyyətlərinin siyasi oyunbazlıq olduğunu dedi: “Əlbəttə, bu, düz sözdür - əgər İranın indiki rəhbərləri qətiyyət göstərsələr, qollarını çırmalayıb gecə-gündüz bilmədən səy göstərsələr, həmrəy və həmfikir olsalar, imkanlardan layiqli şəkildə istifadə etsələr, şübhəsiz ki, daha böyük nailiyyətlər əldə edilər. Ancaq inkişafın şərti budur ki, amerikalılar yaxın gəlməsinlər”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “ABŞ-ın prezidentinin siyasi oyunbazlığı İslam Respublikasının rəhbərlərini və xalqı aldatmayacaq. Amerikalıların yaxınlaşmasına imkan vermək olmaz. Onların ayağı nəhsdir, hara ayaq basıblarsa, ya müharibə və qardaş qırğını salıblar, ya fitnə yaradıblar, ya istismar və müstəmləkəçilik edib və təhqirə əl atıblar”.

O əlavə etdi: “Xalq səhnədədir. Bu iştirak davam etməlidir. Çünki Qüds günündə olduğu kimi, xalq iştirakı düşmənin hesablamalarını tamamilə alt-üst edir”.

Həzrət Ayətullah Xamenei ölkə rəhbərlərinə əsas məsələ olan iqtisadiyyat üzərində təmərkəzləşməni tövsiyə etdi: “İnqilabdan əvvəl əsas məsələ tağutla mübarizə idi. Qələbdən sonra əsas məsələ bir mərhələdə dövlətin sabitləşdirilməsi, başqa bir mərhələdə Səddama qarşı məcburi müharibə idi. Sözügedən mərhələdə ölkə müharibə üzərində təmərküzləşdi və uğur hasil oldu. Bu gün isə hamı əsas məsələ olan iqtisadiyyat üzərində təmərküzləşməlidir”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Mədəni və təhlükəsizlik məsələləri də çox mühümdür. Ancaq iqtisadi və məişət məsələləri hamısından nəqd olanıdır, eyni zamanda mədəniyyətə və təhlükəsizliyə də təsir göstərir”.

O, iqtisaidyyat məsələsində bir neçə mövzunun ikiqat əhəmiyyət daşıdığını dedi: “İstehsalın daha da yaxşılaşdırılması, milli valyutanın dəyəri, biznes mühitinin sağlamlaşdırılması, ölkə büdcəsi və iqtisadiyyatının xam neft satışından təcrid edilməsi, dövlətin iqtisadiyyata müdaxiləsinin yönləndirmə və dövlət nəzarəti ilə əvəz edilməsi, iqtisadi korrupsionerlərin, yəni israfçılar, oğrular, iqtisadi terrorçular və rəhmsiz qaçaqmalçıların əlinin ölkə iqtisaidyyatından kəsilməsi məsul şəxslərin yekdilliklə qeyri-əsas və ikinci dərəcəli məsələlərdən uzaq durub üzərində təmərküzləşməli olduqları əsas məsələlərdəndir”.

Həzrət Ayətullah Xamenei milli birlik, siyasi və cinah iddiaların bir kənara qoyulması məsələlərinin də mühüm məsələlərdən olduğunu vurğuladı: “Ən mühüm məsələlərdən biri də Allah-taala ilə olan səmimi əlaqənin qorunmasıdır”.

O, bu ilki Ramazanın yaxşı bir ramazan olduğunu dedi və xüsusilə ölkənin dörd bir yanında gənclərin böyük bir şövqlə iştirak etdiyi zikr, dua və minacat məcslilərinin hərarətli keçməsinə işarə edərək dedi: “Bu təvəssüllər və zümzümələr çox qiymətlidir, ilahi rəhmət və hidayətə zəmin yaradır. Gənclərin pak və işıqlı qəlbləri sanki bir açar kimi böyük problemlərin həllində rol oynayır. Buna görə də bu halların qədrini bilib onu davam etdirin”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /