Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Kürdüstanda şəhidlik daha böyük fədakarlıqla müşayiət olunmuşdur

İslam İnqilabının Ali Rəhbərinin Kürdüstan əyalətinin 5400 şəhidinin xatirəsinə həsr edilmiş 17 iyun 2019-cu il tarixli konfransın təşkilatçıları ilə görüşdə verdiyi bəyanat bu gün səhər Sənəndəc şəhərində, konfransın keçirildiyi məkanda yayımlandı.

Həzrət Ayətullah Xamenei bu görüşdə Kürdüstanın əziz şəhidlərinin ölkənin digər regionlarının şəhidlərindən fərqləndiyini dedi: “Kürdüstanın mübarizləri xarici düşmənlə mübarizə aparmaqla yanaşı öz evlərinin içində, yaşadıqları yerdə də İnqilab əlyehdarlarına qarşı müharizə aparmışlar. Buna görə də bu regionda şəhidlik daha böyük fədakarlıq və sədaqətli mübarizə ilə müşayiət olunmuşdur”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, Kürdüstan əhalisinin başqa bir üstün cəhəti etnik və dini zəmində qarışıqlıq yaradılmasına hesblanmış planı puça çıxarmaq olmuşdur: “Ölkəmiz etnik müxtəliflik baxımından müstəsna ölkələrdəndir. Ayrı-ayrı xalqlar Böyük İran və İran milləti adı altında birgə yaşayırlar. Təbii ki, düşmənlər İslam Respublikasını məğlubiyyətə uğratmaq üçün başlanğıcda etnik məzhəb fərqliliyindən istifadə etməyi planlaşdırdı. Ancaq Kürdüstan, habelə Qərbi Azərbaycanın mömin və ayıq insanları bu planı iflasa uğratdılar və İnqilaba xidmət göstərməklə düşməni məyus etdilər”.

O, şəhidlər və onların ailələrinə ehtiram göstərilməsinin hər bir fərdin və məsul şəxslərin vəzifəsi olduğunu qeyd edərək vurğuladı ki, şəhidlərin ölkə üçün gördüklərin işin əzəmətini və dəyərini çatdırmaq üçün əsərlər yaradılmalıdır: “Xalq, xüsusilə gənc nəsil İnqilabın əsaslarının qoyulması və möhkəmləndirilməsi, bu pak və qürurverici ağacın inkişafı və ucalığı üçün hansı zəhmətlərin çəkildiyini bilməlidirlər”.

Həzrət Ayətullah Xamenei kürdlər yaşayan regionları inkişafdan saxlamaq üçün Pəhləvi rejiminin yürütdüyü yanlış və qüsurlu siyasətə işarə edərək əyalətin məsul şəxslərinə bu əyalətin geriliklərini aradan qaldırmaq üçün abadlıq aparılması və davamlı səy göstərilməsinin zəruri olduğunu dedi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /