Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Səudiyyə dövləti hacıların təhlükəsizliyini təmin etməlidir

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər Həcc ziyarətinin ölkə üzrə təşkilatçıları və cavabdeh şəxsləri ilə görüşdə Həcc əməlinin İslamın yüksək dəyərləri arasında xüsusi imtiyazı olan müstəsna bir komleks olduğunu dedi. O, vəhdət kimi siyasi zərurəti olan məsələlərə işarə edərək Həccdə məzlumların müdafiəsi və müşriklərə nifrət şüarının ucaldılmasının zəruri olduğunu vurğuladı: “Hər bir iranlı hacı öz davranışı, danışığı və mətanəti ilə xalqımıza, kimliyimizə və İran İslam Respublikasına üzüağlıq gətirməlidir”.

Allah evinin ziyarətçilərinin səfərinin başlanması ərəfəsində təşkil edilən bu görüşdə İslam İnqilabının Rəhbəri qeyd etdi ki, Həcc mərasimi üstün müsəlman cəmiyyətinin kiçik bir nümunəsi və Yeni İslam Mədəniyyətinin simvoludur: “Həcc mərasimində əxlaqi, mənəvi və ruhi yüksəliş, habelə təvazökarlıq və yalvarış maddi həyatın inkişafı ilə yan-yanadır”.

Həzrət Ayətullah Xamenei Həccin müxtəlif cəhətlərinə işarə edərək dedi: “Həccdə mənəvi təzahürlərlə yanaşı, İslamın vəhdət, qardaşlıq, eyni rənglilik, Ərəfat, Məşərül-haram və Minada toplaşmaq, hərəkət, təvaf və səy kimi sosial həyat nümunələrinin şahidi oluruq. Bu üstün nümunələrlə eyni vaxtda əxlaq, qardaşlıq və mərhəmətin əzəmətli təcəllası nümayiş etdirilir”.

O bildirdi ki, Həccin siyasi yönləri bu müstəsna əməlin digər özəlliklərindən biridir: “Bəzilərinin “Həcci siyasiləşdirməyin” kimi fikirləri yanlışdır. Çünki Həccin siyasi yönləri İslamın istəyi və göstərişlərinə uyğundur”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Vəhdət, məzlum Fələstin və Yəmən xalqlarının müdafiəsi və ya müşriklərə nifrət şüarı, hamısı siyasi msələlərdir və İslam təlimlərinə uyğundur. Buna görə də Həccin siyasi yönləri elə dini vəzifə və ibadətdir”.

Həzrət Ayətullah Xamenei dedi: “Müşriklərə nifrət İslamın vacib əmrlərindən və lazımlı bir işdir. Bu səbəbdən biz qeyd olunan məsələnin hər il ən yaxşı şəkildə həyata keçirilməsində israr göstəririk”.

O vurğuladı: “Dini-siyasi fəaliyyətlərlə yanaşı qeyri-dini və şeytan xislətli siyasi fəaliyyətlər də var. Məsələn, deyirlər ki, Həccdə ABŞ-a etiraz etməyin, müşriklərə nifrət şüarı verməyin”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, Həccin mühüm xüsusiyyətlərindən biri İslam ülfəti və qardaşlığı yaratmaqdır: “Bu cəhətdən iranlı hacılar İran xalqı, kimliyi və İslam Respublikasına üzüağlıq bəxş edən vüqarlı və mətanətli ağıllı, müdrik, hörmət və ehtirama köklənən davranışlarla yanaşı Məscidül-haram və Məscidün-Nəbidə qılınan camaat namazlarında müsəlman qardaş və bacıları ilə birlikdə iştirak etsinlər”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, Səudiyyə Ərəbistanı təhlükəsizlik mühiti yaratmadan ziyarətçilərin təhlükəsizliyini təmin etmək, hacıların hörmət və izzətini qorumaq üçün ağır vəzifələr daşıyır: “Hacılar misilsiz və qiymətli Həcc fürsətindən faydlanaraq, habelə onun sosial, siyasi və etik yönlərinə diqqət göstərərək İbrahim həccinin qədrini bilən bir möminin şəninə uyğun davranmalıdırlar”.

İslam İnqilabının Rəhbəri ABŞ və digər imperialistlərin İslamın həqiqətlərinə qarşı olan dərin düşmənçiliyinə işarə edərək dedi: “Dünya hegemonlarının siyasi, sosial, mədəni, iqtisadi və təhlükəsizlik sferalarında müsəlman xalqlarına qarşı vəhşicəsinə hücumu onlarən İslam maarifi ilə olan düşmənçiliklərinin dərinliyindən xəbər verir”.

O bildirdi ki, İslam maarifi və həqiqətləri imperialistlərin qəddar davranışına ziddir: “Müsəlman cəmiyyətlərinin İslam şəriəti və əsaslarına bağlılığı, zorkaılıqlar qarşısında təslim olmamaları İslam ümmətinin qələbəsi, inkişaf, barış və xilas səbəbidir”.

Həzrət Ayətullah Xamenei bu barədə belə dedi: “Ölkənin daxilində də harada və hansı məsələdə İslamın əsasları və prinsiplərinə daha çox bağlı oldqusa, Allahın daha çox köməyini görmüşük. Bu həqiqətləri unutduğumuz zaman öz qəflətimizin kötəyini yemişik”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, müsəlmanların inkişafı və izzəti ilə müşayiət olunan bir gələcəyin reallaşması üçün səy, əzmkarlıq və əməkdaşlığa ehtiyac var: “Allahın lütfü ilə İran xalqının və İslam ümmətinin vəhşi və yırtıcı düşmənləri İslamın qarşısında diz çökmək məcburiyyətinə qalacaqlar”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Vəliyyi-Fəqihin həcc işləri üzarə nümayəndəsi və iranlı hacıların rəhbəri Höccətül-İslam vəl-müslimin Həccin builki şüarının “Özünü düzəltmək, dini qardaşlıq və İslam mədəniyyəti prinsipli həcc” olacaq. Sonra o, mədəni və təlim-tərbiyə fəaliyyətləri haqqında məlumat verdi.

Həcc və Ziyarətlər İdarəsinin müdiri cənab Rəşidiyan ziyarətçilərin hüquqları, izzəti və hörmətinin qorunmasının idarənin həcc mərsimindəki ən mühüm strategiyası olduğunu bildirərək builki Həccin icra fəaliyyətləri haqqında məlumat verdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /