Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Əsrin müqaviləsi iflasa məhkumdur

Həzrət Ayətullah Xamenei Allah evinin ziyarətçilərinə ünvanladığı müraciətində qeyd edib ki, başda ABŞ olmaqla imperialistlərə qarşı nifrət səsinin ucaldılmasının mənası məzlum insanların öldürülməsi və müharibəçi fəaliyyətlərə nifərt, İŞİD və ABŞ-ın Bləkvoter kimi terrorçu mərkəzlərinin qınanması, İslam ümmətinin uşaq qatili olan sionizm və onun havadarları və himayədarlarına qarşı təhdid səsini ucaltması, ABŞ və köməkçilərinin həssas Qərbi Asiya və Şimali Afrika regionunda müharibə odunu qızışdıran davranışlarının qınanması deməkdir. O vurğuyıb ki, müsəlmanların bütün siyasi məsələlərinin başında Fələstin problemi dayanmalıdır:

“Despot ABŞ və onun xain yoldaşları tərəfindən planlaşdırılan “Əsrin müqaviləsi” hiyləsi insan cəmiyyətinə qarşı cinayətdir. Hər kəsi düşmənin bu planının iflasa uğradılmasında fəal iştirak etməyə çağırıram. Allahın gücü və qüdrəti sayəsində bu plan, habelə imperialist cəbhəsinin bütün digər planlarının müqavimət cəbhəsinin iradəsi və imanı qarşısında məhv olacağını düşünürəm”.

İslam İnqilabının Rəhbərinin bu gün səhər Ərəfat düzündə Höccətül-İslam vəl-müslimin Nəvvab (Vəliyyi-fəqihin Həcc və Ziyarət Məsələləri üzrə nümayəndəsi və iranlı hacıların rəhbəri) tərəfindən səsləndirilən müraciətinin tam mətni

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Həmd və tərif aləmlərin Rəbbinə məxsusdur. Allahın salavat və salamı olsun Onun kərim, əmin və nəbilərin sonuncusu olan elçisi Məhəmmədə və onun pak ailəsinə, xüsusilə İmam Mehdiyə, seçilmiş səhabələrə və onların yolunu gözəl şəklildə davam etdirən insanlara, Qiyamət gününədək.

Həcc mövsümü hər il Allah-taalanın İslam ümətinə vəd verdiyi mərhəmət vaxtıdır. Quran “İnsanları həccə çağır” çağırışı ilə bütün insanların həm Allah axtaran qəlb və canlarının, həm də rasional baxış və düşüncələrinin bu rəhmət süfrəsinin bərəkətlərindən faydalanması, bir qrup insanın Həccin dərs və təlimlərini bütün İslam dünyasına çatdırması məqsədilə tarix boyu onları bu süfrənin ətrafında toplaşmağa dəvət etmişdir.

Həcc ayinində fərd və cəmiyyətin tərbiyəsi, inkişafı və yüksəlişində əsas rol oynayan zikr və bəndəlik iksiri fonunda vahid ümmətin simvolu sayılan birlik və vəhdət, ümmətin Tövhid prinsipinə əsaslanan hərəkət və faəliyyətinin rəmzi hesab edilən vahid mərkəz ətrafında ortaq məqsədə hədəflənmiş hərəkət, ayrıseçkliyin ortadan qaldırılması və imkanların hamı üçün bərabər olduğunu göstərən heç bir imtiyazın olmaması və hacıların hər bir cəhətdən bərabər olduğunu ifadə edən aspektlər İslam cəmiyyətinin əsas prinsiplərini kiçik bir tabloda göstərən bir kompleksdir. Həcc əməllərinin hər biri – ehram, təvaf, səy, vüquf, rəmy, hərəkət və dayanmaq – İslamın arzuolunan cəmiyyətlə bağlı təqdim etdiyi tablonun bir hissəsinin simvolik görüntüsüdür.

Bir-birlərindən uzaq olan ölkələr və regionların nümayəndlərinin bilik və təcrübə mübadiləsi, nəzəri və praktiki məlumatların ümumiləşdirilməsi, bir-birlərinin vəziyyətindən xəbər tutmaq, anlaşılmazlıqların ortadan qaldırılması, qəlblərin bir-birinə yaxınlaşdırılması, ortaq düşmənlərə qarşı mübarizə aparmaq məqsədilə imkanların bir yerə toplanması Həccin yüzlərlə adi və ənənəvi konfransın nail ola bilmədiyi çox böyük və həyati nailiyyətidir.

Hər bir dövrün hegemonlarının bütün növ qəddarlıqları, zülmləri, çirkinlikləri və fəsadlarına nifrəti, ayrı-ayrı zamanların imperialist qüvvələrinin zorakılığı və xərac tələbinə qarşı müqaviməti ifadə edən bəraət ayini Həccin böyük bərəkətlərindən biri, eyni zamanda məzlum müsəlman xalqlar üçün bir fürsətdir. Bu gün başda ABŞ olmaqla imperialistlərin şirk və küfr cəbhəsinə qarşı nifrət, əslində, məzlum insanların öldürülməsinə və müharibəçi fəaliyyətlərə nifrət, İŞİD və ABŞ-ın Bləkvoter kimi terrorçu mərkəzlərinin qınanması, İslam ümmətinin uşaq qatili olan sionizm və onun havadarları və himayədarlarına qarşı təhdid səsini ucaltması, ABŞ və köməkçilərinin həssas Qərbi Asiya və Şimali Afrika regionunda müharibə odunu qızışdıran, xalqları əzib və işgəncələrini son həddə çatdıran, hər gün onlara ağır müsbitələr yaşadan davranışlarının qınanması, coğrafiya, irq və dərinin rənginə əsaslanan irqi ayrıseçkiliyə, təcavüzkar güclərin imperialist və mənfur davranışına, İslamın bütün insnları şərəfli, nəcib və ədalətli davranışlara çağırışına qarşı həyata keçirilən fitnəçi fəaliyyətə nifrət deməkdir.

Bunlar xalis İslamın bizi dəvət etdiyi İbrahimi həccin bərəkətlərinin kiçik bir hissəsi idi. Bu, İslam cəmiyyətinin ideyalarının mühüm bir hissəsini təcəssüm etdirən, hər il Həccin rejissorluğu və müsəlman xalqların nümayəndələrinin iştirakı ilə böyük və məzmunlu bir tamaşa təqdim edən və açıq dillə hər kəsi belə bir cəmiyyət yaratmaq istiqamətində çalışmağa çağıran bir simvoldur.

İslam dünyasının elit şəxsiyyətlərinin – ayrl-ayrı ölkələrdən olan bu insanların bir qrupu hal-hazırda Həcc mərasimində iştirak edirlər – çiyinləri üzərinə böyük və ağir bir vəzifə düşür. Bu dərslər onların iradəsi və təşəbbüsü ilə bütün xalqlara və dünya ictimaiyyətinə çatdırılmalı, biliklər, maraqlar, təcürbələr və məlumatların mənəvi mübadiləsi onların əli ilə həyata keçirilməlidir.

Bu gün İslam dünyasının ən mühüm məsələlərindən biri Fələstin problemidir. Bu problem məzhəbindən, irqindən və dilindən asılı olmayaraq, bütün müsəlmanların siyasi problemlərinin başında durur. Son əsrlərin ən böyük zülmləri Fələstində baş verir. Bu kədərli hadisədə bir millətin hər şeyi – torpaqları, evi, əkin sahəsi, bütün var-yoxu, hörmət və kimliyi - qəsb edilmişdir. Bu xalq Allahın lütfü ilə məğlub olmamış, ayaqda dayanmış və bu gün meydanda dünənkindən daha yüksək əhval-ruhiyyə və cəsarətlə dayanmışdır. Lakin nəticə əldə etmək üçün bütün müsəlmanların köməyinə ehtiyac var. Despot ABŞ və onun xain yoldaşları tərəfindən planlaşdırılan “Əsrin müqaviləsi” hiyləsi təkcə Fələstin xalqı deyil, insan cəmiyyətinə qarşı bir cinayətdir. Hər kəsi düşmənin bu hiylə və kələyinin iflasa uğradılmasında fəal iştirak etməyə çağırıram. Allahın gücü və qüdrəti sayəsində bu planın və ümumiyyətlə, imperialist cəbhəsinin bütün digər planlarının müqavimət cəbhəsinin iradəsi və imanı qarşısında məhvə məhkum olduğunu düşünürəm

Allah-Taala buyurmuşdur:
“Yoxsa səninlə bağlı mənfur bir plan hazırlayırlar? Amma kafirlər bilsinlər ki, özləri o planın toruna düşəcəklər”.

Allahdan bütün möhtərəm hacılara müvəffəqiyyət, mərhəmət, bağışlanma və itaətlərinin qəbul olunmasını diləyirəm.

Seyyid Əli Xamenei
5 avqust 2019
14 mordad 1399
03 zilhiccə 1440

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /