Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Yəmənin parçalanması planına qarşı mübarizə aparın

Bu gün günortadan sonra Yəmənin Ənsarullah Hərəkatını təmsil edən nümayəndə heytənin İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşündə Ənsarullah Hərəkatının lideri cənab Seyid Əbddülməlik Bədrəddinin məktubu Ali Mqamlı Rəhbərə təqdim edildi.

İslam İnqilabının Rəhbəri bu görüşdə Yəmən xalqının irimiqyaslı və vəhşicəsinə bir təcavüz qarşısındakı imanı, müqaviməti, ayıqlığı və cihad ruhiyyəsini yüksək qiymətləndirərək dedi: “Allah-taalaya imanı və ilahi vədə inancı olan hər bir mömin millət mütləq qalib gələcəkdir. Bu əsasla, şübhəsiz ki, qələbə Yəmənin məzlum və mücahid xalqı ilə olacaq”.

İbrahim Bədrəddinin şəhid olması münasibəti ilə qardaşı Seyid Əbdülkərim Bədrəddinə başsağlığı verən Həzrət Ayətullah Xamenei böyük və mücahid Bədrəddin ailəsi ilə bağlı xoş sözlər deyərək şəhid Hüseyn Bədrəddinin xatirəsini əziz tutdu: “Yəmən xalqını öz dərin və tarixi mədəniyyəti, bu beş il ərzində göstərdiy cihad və müqavimət ruhiyyəsi ilə gözəl bir gələcək gözləyir. Allahın lütfü ilə güclü bir dövlət yaradacaq və bu dövlət sayəsində inkişafa nail olacaq”.

O vurğuladı ki, Yəməndə böyük cinayətlər törətmiş səudiyyəlilər, BƏƏ-lilər və onların himayədarları heç bir nəticəyə vara bilməyəcklər: “Onlar Yəməni bölmək niyyətindədirlər. Bu məkrli plan qarşısında qüdrətlə dayanmaq, Yəmənin ərazi bütövlüyünü, birliyini və bölünməzliyini dəstəkləmək lazımdır”.

İslam İnqilabının Rəhbəri dedi: “Yəmənin ərazi bütövlüyünün qorunması üçün bu ölkənin dini inancları və ayrı-ayrı milliyyətləri fonunda yəmənli-yəmənli danışıqlarına ehtiyac var”.

Həzrət Ayətullah Xamenei səudiyyəlilər və onların müttəfiqlərinin Yəməndə - xüsusilə Qurban bayramı günü - törətdikləri cinayətlərə işarə edərək dedi: “Yəməndə baş verənlər müasir dünyanın və insan hüquqları iddiaçılarının gerçək üzüdür”.

O, İslam Respublikasının anti-ABŞ və anti-Qərb mövqelərinə işarə edərək vurğuladı: “Bu mövqelər təəssübkeşliyə yox, üzdə humanist, mədəni və əxlaqlı görünüb ən qatı cinayətləri törədən, ancaq davamlı olaraq insan hüquqlarından dəm vuran ABŞ və Qərb rəsmilərinin fəaliyyətləri və gerçək simasına əsaslanır”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, Qərb dnüyasının Yəmən və Fələstində baş verənlərə laqeyd yanaşması müasir dünyanın gerçəkliklərinin bir nümunəsidir: “Bu cinayətkar qruplara qarşı iman gücü, müqavimət və ilahi yardıma arxalanaraq mübarizə aparmaq lazımdır. Yeganə yol da budur”.

Həzrət Ayətullah Xamenei İnqilabın qələbəsinin ilk günündən başlayaraq bu günə qədər davam edən, xüsusilə səkkiz illik məcburi müharibə dövründə İran İslam Respublikasına qarşı həyata keçirilən müxtəlif tipli sanksiyalar və təzyiqlərdən, ilkin müdafiə ehtiyaclarının təmin edilməsi sahəsindəki çətinliklərdən söz açaraq dedi: “Qırx illik sanksiyalaırn olmasına baxmayaraq, İran xalqı müqavimət, iman və cihad sayəsində hal-hazırda özünün müdafiə silahları sahəsində mühüm imkanlar əldə etmişdir”.

O, sonda Yəmənin mömin və müqavimətçi qadın və kişilərinin mübarizəsini dəstəklədiyini elan edərək yəmənli heyətdən onun salamlarını əziz və mübariz qardaş Seyid Əbdülkərim Bədrəddin yə Yəmənin mömin və müqavimətçi millətinə çatdırmasını istədi.

Görüşün əvvəlində çıxış edən Yəmənin Ənsarullah Hərəkatının sözçüsü cənab Məhəmməd Əbdüssalam Ənsarullah Hərəkatının lideri cənab Seyid Əbdülməlik Bədərəddin və bütün yəmənli mücahid və döyüşçülərin isti salamını İslam İnqilabının Rəhbərinə çatdıraraq dedi: “Biz sizin vilayətinizin İslam Peyğəmbərinin (s) yolu və Əmirəl-mömininin (ə) vilayətinin davamı, məzlum Yəmən xalqına verdiyiniz dəstəyinizdə sərgilədiyiniz heydəri və ələvi mövqelərinizin İmam Xomeyninin (r.ə) yolunun davamı, bərəkət səbəbi və çox ruhlandırıcı olduğunu hesab edirik”.

O vurğuladı ki, İslam Respublikasının Rəhbərinin dünya məzlumları, xüsusilə Yəmən xalqına dəstəyini ifadə edən mövqeləri dini və etiqadi bir mövqedir: “Çox çətin şəraitdə yaşayan Yəmən xalqı əliyalın olsa da, iman və sabit qədəmliklə on yeddi dövlətin təcavüzü qarşısında dayanmışdır. Sizə söz verirəm ki, Yəmən xalqı tam qələbə çalana qədər tək bir yumruq kimi zülm və təcavüzün qarşısındakı müqavimət və mübarizəsini davam etdirəcəkdir”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /