Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Həzrət İmam Hüseynə (ə) həsr edilmiş Tasua axşamı mərasimi

Dövlət rəsmilərindən bir qrupu və İmam Hüseynə (ə) matəm saxlayan minlərlə insanın iştirak etdiyi bu mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Ali ilahi sınaqlar zamanı doğru duruş formasının necə olmasından danışdı: “İlahi vəd, peyğəmbələr və Allah dostlarının həyatının tarixi təcrübəsi göstərir ki, əgər ictimai təqvamız olsa, Allaha təvəkkül etsək və ilahi rəhbərdən ayrı düşməsək, Allah-taala problemləri adlamağımız üçün imkan yaradar”.

Cənab Ali bildirdi ki, ictimai təqva deyilərkən düşmən qaşısında təslim olmamaq nəzərdə tutulur: “Cəmiyyətdə problemlərin həllinə səbəb olan əsas təvəkkül cəmiyyətin rəhbərinin təvəkkülüdür. Rəhbərin qətiyyəti və əminliyi əminlik və müqavimətin möminlərə sirayət etməsinə səbəb olur”.

Mərasimin spikeri Həzrət Qəməri-Bəni Haşimin (ə) yenilməzlik və tərəddüdsüzlüyün simvolu olduğunu dedi: “Bizim vəzifəmiz haqq yolunda qətiyyətdir. Əgər düşmənin qarşısında zəiflik hissi keçirməsək, özgüvənliyə nail olacağıq”.

Bu mərasimdə habelə Məhəmmədpur və Mütii cənabları Həzrət Seyyidüşşühəda (ə) və Həzrət Əbəlfəzlabbasın (ə) müsibətlərindən danışıb növhələr oxudular.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /