Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Həzrət Hüseynə (ə) həsr edilmiş matəm mərasiminin sonuncu gecəsi

Abidlərin zinəti Həzrət İmam Səccadın (ə) şəhadət gecəsi İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə Həzrət Əba Əbdillaha (ə) həsr edilmiş matəm mərasiminin sonuncu gecəsi keçirildi.

Dövlət rəsmilərindən bir qrupu və xalqın ayrı-ayrı siniflərindən olan minlərlə insanın iştirak etdiyi bu mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Xatəmi dedi: “Aşura hadisəsi zamanı ümmətin sayılıb-seçilən insanları vaxtında meydana atılmadıqları üçün bu acı hadisə baş verdi. Halbuki onlar vaxtında irəli çıxsaydılar, çox güman ki, tarixin axarı dəyişərdi”.

Çıxışçı bildirdi ki, əgər sınaqlar zamanı diqqətli olmasaq, qovulmuşlardan ola bilərik: “Qovulmuşlar İmam Hüseynlə (ə) müharibəyə gəlmiş, dünyaya bağlı olan insanlar idilər. Sınaqlar zamanı qəbul olunmuş insanlar İmamla (ə) qalan insanlar idilər. Onlar Allaha aşiq idilər və dinlərini dünyalarına qurban verməmişdilər”.

Höccətül-İslam vəl-müslimin Xatəmi qeyd etdi ki, yadlara güvənmək dünyaya bağlılığın nümunəsidir: “Düşmən İran xalqının yorulduğunu göstərməyə çalışır. Ancaq Allahın yardımı ilə İranın aşuraçı xalqı yorulmazdır və yadlara güvənmir”.

Habelə, mərasimdə Mürtəza Tahiri və Səid Həddadiyan cənabları Həzrət Seyyidişşühəda (ə) və İmam Səccadın (ə) müsibətlərindən danışıb mərsiyə və növhələr oxudular.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /