Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Maksimum təzyiq iflasa uğramışdır

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər İslam İnqilabının Keşikçilər Korpusunun (SEPAH) komandanları ilə görüşdə Sepahın yüksəliş və inkişaf yolunda inkişaf etməkdə olan qürurverici bir qurum olduğunu dedi və mühüm tövsiyələr verdi: “İnanıram ki, Sepah bundan daha çox inkişaf edə bilər”.

O, ABŞ-ın maksimum təzyiq siyasətinin tərəddüdsüz məğlubiyyətinə və İranın imperialist sistem qarşısında təslim olmamasına işarə edərək dedi: “Onlar son günlər avropalı dostlarının köməyindən istifadə edərək prezidentimizlə görüşmək və İranın məğlubiyyəti ilə bağlı bir görüntü yaratmaq məqsədilə nəticəsiz bir cəhdə əl atdılar. Ancaq İran arzuolunan nəticəyə nail olana qədər ciddiyyət və qətiyyətlə nüvə öhdəliklərini azaltmağa davam edəcək”.

İnqilabın Rəhbəri əhalinin məişətindəki ağır vəziyyətə işarə edərək dedi: “Əgər daxilə baxış güclü, mətiqli və mücahidcəsinə olsa, əhalinin məişəti və yaşayışına müsbət təsir göstərəcək”.

İnqilabın Rəhbəri qeyd etdi ki, Keçikçilər Korpusu İnqilabdan qaynaqlanan müxtəlif fenomenlər arasında elə xüsusiyyətlərə malikdir ki, İnqilabın digər bərəkətlərində həmin xüsusiyyətlərə az rast gəlinir.

O bu xüsusiyyətlər haqqında bunları dedi: “Sepah İnqilabın böyük həyəcanlar yaşadığı və hadisələrin qızğın vaxtında doğuldu, Müqəddəs Müdafiənin böyük təlatümündə inkişaf edib yetkinləşdi, müharibədən sonra da İnqilabla düşmənlər arasındakı dərin və geniş miqyaslı siyasi və mədəni cəbhələşmələr dövründə heç bir sapma və tərəddüdə yol vermədən inkişaf və təkmilləşmə yolunu davam etdirdi”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, yüksəliş və ya tənəzzül yolu fərdlər, təşkilatlar, hətta inqilabların fərdi, siyasi və sosial həyatlarında qarşılaşdıqları qaçılmaz bir mərhələdir: “Sepah bu dövr və bu iki yoldan da başıuca çıxdı. Heç bir tənəzzül və məyusluq olmadan öz varlığının əsas komponentlərini qoruyub yüksəliş istiqamətindəki hərəkətini davam etdirdi”.

O bu kontekstdə cihad və şəhadətin parlaq və işıqlı meydanına işarə edərək dedi: “Müqəddəs Müdafiə dövründən otuz il sonra Şəhid Həmədani və Şəhid Höcəci kimi yeniyetmə gəncin yerinə düşən cəsarətli şəhadəti Sepahın bu sahədəki təravət və kimliyinin davamlılığını göstərir”.

İnqilabın Rəhbəri əsas meyara açıqlama gətirərək dedi: “Hər hansı təşkilat və qurum haqqında doğru mühakimə yürütmək üçün həmin təşkilatın uğur və uğrusuzluqlarının birlikdə müqayisəsini aparmaq lazımdır. Bu əsaslı və mühüm meyarla Sepah ölkənin ən qürur duyulan təşkilatlarındadır”.

Həzrət Ayətullah Xamenei çıxışının davamında Sepahın uğur və uğursuzluqlarının müqayisəsi kontektində daha dəqiq mühakimə təqdim etmək üçün bir neçə mühüm yarımbaşlıq qeyd etdi.

O, “İnnovasiya və yaradıcılıq” meyarı və yarımbaşlığı konteksində bunları qeyd etdi: “Müharibənin əvvəlləri Sepahın hətta iki qumbara əldə etmək kimi bir problemi var idi. Lakin bu gün mütərəqqi vasitə və təchizatların isehsalı və düzəldilməsi, habelə innovativ hərbi və müdafiə metodları sahəsində üstün mərhələyə nail olmuşdur”.

İslam İnqilabının Rəhbəri “Sosial xidmətlər, xalqın və ölkənin ehtiyac duyduğu müxtəlif sahələrə qüdrətli giriş” məsələsinin başqa bir yarımbaşlıq olduğunu dedi və bildirdi ki, bu meyar Keşikçilər Korpusu ilə bağlı doğru mühakimə yürüdülməsini mümkün edir.

Həzrət Ayətullah Xamenei Xatəmül-ənbiya İnşaat və Abadlıq Qərargahının hökumətlərin güclü icra biləyi olduğunu qeyd edərək ölkənin müxtəlif regionlarının məhrumiyyətlərdən xilas edilməsi məsələsində Sepahın effektv və çox geniş fəaliyyətini, habelə Kermanşah zəlzələsi və bu ilin əvvəllərinin sel hadisəsi kimi hadisələrdə bu qurumun təyin edici iştirakını vurğuladı: “Sepahın xidmətlər, sosial və ictimai sahələrdəki fəaliyyətlərinin məcmusu heç bir qurum və təşkilatın fəaliyyəti ilə müqayisə edilə bilməz. Bunun dünya hərbi təşkilatlarında da misli yoxdur”.

O, digər yarımbaşlıqda “Sepahın mədəniyyət, incəsənət və düşüncə sahəsindəki fəaliyyətləri”ni yüksək qiymətləndirdi: “Sepahın regionun müqavimət cəbhəsinə baxışı və buradakı rolu İslam İnqilabının Keşikçilər Korpusu ilə bağlı mühakimə yürütmək üçün başqa bir meyardır”.

Həzrət Ayətullah Xamenei küfr və zülmün birgə olduğu cəbhə ilə mübarizədə böyük müqavimət təşkilatının imkanlarını yüksək qiymətləndirdi: “Sepahın bu sahədəki rolu o qədər yüksəkdir ki, dünyanın hegemonları və bədxahlar cəbhəsinin aşkar düşmənçiliyinə tuş gəlmişdir. Təbii ki, bu mənfur cəbhənin düşmənçiliyi Sepah üçün böyük bir fəxrdir”.

İnqilabın Rəhbəri “mənəviyyatın qorunmasına çalışmaq” məsələsinin çox mühüm bir yarımbaşlıq olduğunu dedi və bildirdi ki, Sepah buna ciddi əhəmiyyət vermiş, öz təravəti, gözəlliyi və izzəti üçün mənəviyyatın rəhmət yağışından istifadə etmək üçün səy göstərmişdir.

Həzrət Ayətullah Xamenei çıxışının bu hissəsini yekunlaşdırarkən vurğuladı: “Keşikçilər Korpusu öz bərəkətli ömründə sərt və yumşaq sahədə yüksəlişə nail olmuş, tamamilə irəli getmiş və diqqət çəkəcək zirvəyə nail olmuşdur”.

İslam İnqilabının Rəhbəri ABŞ və imperialist cəbhəsinin davamlı düşmənçilikləri və onların daxildə Sepaha qarşı olan uzantısına işarə edərək onun ən bariz nümunəsinin Sepaha qarşı sanksiya olduğunu dedi: “Keşikçilər Korpusunun uğur və müvəffəqiyyətlərinə görə olan bu düşmənçiliklər Sepahın dost, hətta düşmənin gözündəki izzətini artıracaq”.

Həzrət Ayətullah Xamenei Keşikçilər Korpusunun qoşunlarını öz övladları adlandırdı: “Mən Sepahdan yüz faiz razıyam. Ancaq Sepahın bu həddə inkişafı məni qane etmir. İnanıram ki, bu qurum öz imkan və potensialları əsasında on, hətta yüz dəfə artıq inkişaf edə bilər”.

O, çıxışının davamında İslam İnqilabının Keşikçilər Korpusunun sürətli və inkişaf etməkdə olan hərəkətinin davamlılığı üçün səkkiz tövsiyə verdi.

“Heç bir vəchlə imkan verməyin ki, Sepah qoca və mühafizəkar qalıb mövcud vəziyyətinə qane olsun”. Bu, Həzrət Ayətullah Xameneinin birinci tövsiyəsi oldu. O bu barədə belə dedi: “Sepahda gənc ruhiyyəsinin davamlılığı və bu təşkilatın qocalıq mərhələsinə çatmaması üçün Sepahda gəncləşmə prosesi başlayıb davam etdirilməli, innovasiya və yaradıcı metodlar davam etdirilməli, dindar, inqilabçı tərbiyəsi və məşhur şəhidlərin ruhiyyəsinin sonrakı nəsillərə ötürülməsi ilə nəsil qopuqluğunun qarşısı alınmalıdır”.

“Böyük hadisələrlə qarşılaşmağa hazırlığın qorunması” İslam İnqilabının Rəhbərinin ikinci tövsiyəsi oldu: “İlk gündən indiyə qədər Sepahın malik olduğu bariz xüsusiyyətlərdən biri böyük hadisələrin ön cəbhəsində iştirak, sinənin sipər edilməsi olmuşdur. Bu ruhiyyə qorunub saxlanmalıdır”.

Həzrət Ayətullah Xamenei müqavimət iqtisadiyyatı və istehsalın daha da yaxşılaşdırılması sahələrində Sepahın təşkilati möhkəmliyi, siyasi ayıqlıqlıq, elmi və əməli hazırlıqların qorunmasının zəruri olduğunu dedi.

İnqilabın Rəhbərinin Keşikçilər Korpusuna ünvanladığı üçüncü tövsiyə “Müqavimət coğrafiyasına geniş və transmilli baxışın əldən verilməməsi” ilə bağlı oldu.

O dedi: “Öz regionumuzla kifayətlənməməli, bir dördivar seçib sərhədlərin o biri tayından gələn təhdidləri bir kənara qoymamalıyıq”.

İnqilabın Rəhbəri əlavə etdi: “Sepahın üzərinə düşən geniş transmilli baxış ölkənin strategiyasının dərinliyidir; bəzən ən vaciblərdən də lazımlı olur. Lakin bəziləri bu məsələnin fərqində deyillər”.

İslam İnqilabının Rəhbəri Sepaha olan dördüncü tövsiyəsini belə ifadə etdi: “Düşməndən qətiyyən qorxmayın. Ancaq tam ayıq olun, düşməni real və düzgün qiymətləndirin”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Nə qədər güclü olrusa-olsun, düşməndən qorxmaq olmaz. Ancaq nə qədər kiçik olursa-olsun, düşməni kiçik saymaq olmaz”.

O, Sepaha ünvanladığı beşinci tövsiyəsində dedi: “İslam dövlətini təşkil edən hökumət, parlament, məhkəmə və müxtəlif sahələr əməkdaşlıq və qarşılıqlı əlaqəyə malik olmalıdır. Bu qarşılıqlı əlaqə və əməkdaşlıq Sepahın onu təşkil edən komponentlərdən ayrı düşməsi demək deyil. Sepah, onu təşkil edən komponentləri yüz faiz qoruyub saxlamalıdır”.

“Humanistlik” Həzrət Ayətullah Xameneinin Sepaha verdiyi altıncı tövsiyə oldu.

O dedi: “İnsan sevən, insan qəbul edən, insanca davranan olun. Lovğalıq, dünyapərəstlik və dəbdəbədən ciddi şəkildə uzaq durun, çünki Sepah yarandığı ilk gündən humanist olub”.

İslam İnqilabının Rəhbərinin Sepaha verdiyi başqa bir tövsiyə bütün sahələrdə mücahid ruhiyyəsi və işinin prioritetləşdirilməsi ilə bağlı oldu: “Mücahid fəaliyyət tənbəllik, laqeydlik, bu günün işini sabaha qoymağın antonimidir Təəssüflər olsun ki, ölkənin bəzi sahələri bu problemlə üz-üzədir”.

Həzrət Ayətullah Xamenei səkkizinci tövsiyəsində vurğuladı ki, Sepah qüvvələri öz aralarında və ailələrində mənəviyyatın gücləndirilməsi, Quranla ünsiyyət, Allaha təvəkkül, Əhli-beytə (ə) təvəssülün qorunmasına çalışmalıdırlar.

İslam İnqilabının Rəhbəri çıxışının davamında beynəlxalq məsələlərə işarə edərək dedi: “Əgər regional və qlobal proseslərə diqqətlə nəzər salsaq, görərik ki, düşmənlər nə qədər çox xərc çəkirlərsə, bir o qədər çox zərər görürlər”.

Həzrət Ayətullah Xamenei düşmənlərin, xüsusilə ABŞ-ın Əfqanıstan, İraq və Suriyaya qoyduğu xərclərə işarə edərək dedi: “Onlar külli miqdarda xərclər çəkərək İŞİD-i yaratdılar, ona silah, maliyyə və təbliğat dəstəyi verdilər. İndi də Suriya, İraq və İranın gənclərinin səyi ilə İŞİD yox edilib. Yalandan deyirlər ki, biz İŞİD-i məhv etdik”.

O əlavə etdi: “ABŞ-ın prezidenti etiraf edir ki, regiona yeddi trilyon dollar xərc qoyulub, ancaq qarşılığında zərər və məğlubiyyətdən başqa heç nə əldə etməyiblər. Bundan sonra da proses belə davam edəcək”.

Həzrət Ayətullah Xamenei ABŞ-ın maksimum təzyiqinin iflasa uğramış nəticəsiz bir siyasət olduğunu dedi: “Amerikalılar güman edirlər ki, xüsusilə iqitsadiyyat sahəsində maksimum təzyiq üzərində mərkəzləşməklə İranı yumşalda və diz çökdürə bilərlər. Ancaq özləri zəhmət və çətinliyə düşüblər”.

O, İranın məğlubiyyətinin saxta görüntüsünü yaratmaq və onu bu şəkildə təqdim etmək üçün amerikalıların göstərdikləri nəticəsiz cəhdə işarə edərək dedi: “Onlar prezidentimizi görüşə vadar etmək üçün hətta yalvardılar, avropalı dostlarından da kömək istədilər, amma bacarmadılar. Bu saata qədər maksimum təzyiq iflasa uğrayıb. Mən qətiyyətlə deyirəm ki, sona qədər də bu maksimum təzyiqdə məğlubiyyətə uğrayacaqlar”.

İnqilabın Rəhbəri İslam Respublikasının izzət və iqtidar yolunun davam etdirilməsinin zəruri olduğunu vurğuladı: “İmperialistlər özləri deyirlər ki, İranın adi, yəni imperializm sisteminin mexanizminə uyğun bir ölkəyə çevrilməsini istəyirlər. Lakin İslam Respublikası formalaşmağa başladığı ilk vaxtdan imperializm sistemi ilə mübarizə aparmış, bundan sonra da dünyanın hegemonları qarşısında qətiyyən təslim olmayacaq, imperializmlə mübarizə və inqilabçılıq yolunu mütləq davam etdirəcək”.

İslam İnqilabının Rəhbəri nüvə məsələsinə işarə edərək dedi: “Məsuliyyəti Atom Enerjisi Təşkilatının üzərində olan nüvə öndəliklərinin azaldılması dövlətin elan etdiyi şəkildə arzuolunan nəticə hasil olana qədər tam ciddiyyətlə, dəqiq və hərtərəfli şəkildə davam etdirilməlidir. Mütləq nəticə də hasil olacaq”.

Həzrət Ayətullah Xamenei iqtisadi məsələlərlə bağlı bunları dedi: “İqtisadi problemlərin əlacı daxili imkan və potensiallara əsaslanmaqdır”.

O, daxili imkanların yaxşı olduğuna işarə edərək dedi: “Bəziləri öncədən 1398-ci ildə çox ağır iqitsadi problemlərin olacağını proqnozlaşdırmışdılar. Halbuki indi ölkə rəhbərliyi ilin əvvəlki altı ayında nisbi bir iqtisadi inkişafın olduğunu xəbər verir”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Düzdür ki, əhalinin məişəti və yaşayışı ağırdır. Ancaq güclü, mübariz və diqqətli bir hərəkət olsa, mütləq əhalinin vəziyyəti tədricən yaxşılaşacaq”.

Həzrət Ayətullah Xamenei ölkənin neft sanksiyasının qısamüddətli bir problem olduğunu dedi: “Əgər düzgün əməl edilsə, bu qısamüddətli problemdən uzunmüddətli bir fayda əldə edilməsinə, yəni ölkə büdcəsinin neft asılılığından xilasına nail olmaq olar”.

O, icra məsullarının neft satışı nzərə alınmadan büdcənin tərtib edilməsinə əsaslanan açıqlamalarına işarə edərək dedi: “Bu, böyük bir nailiyyətdir. Biz bu fürsətdən neft satışından gələn gəlirdən tam ayrılmaq üçün istifadə etməliyik”.

İslam İnqilabının Rəhbəri dedi: “Taktiki cəhətdən bizə göstərilən sanksiya təzyiqi strateji cəhətdən bizim xeyrimizə olacaq”.

Həzrət Ayətullah Xamenei çıxşını yekunlşadırarkən dedi: “İran xalqının zülm, imperializm və küfr dünyası ilə mübarizəsinə hansı aspektdən baxılsa, son qələbə İran xalqınındır. Allahın Quranda verdiyi vədə və İslam İnqilabının qırx illik təcrübəsinə əsasən, İran xalqı Allahın lütfü ilə strateji bir qələbəyə nail olacaq”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Vəliyyi-fəqihin Sepahdakı nümayəndəsi Höccətül-İslam Hacı Sadiqi dedi: “Sepah hər zamankından çox təşkilat daxili birlik və vəhdətlə, habelə digər silahlı qüvvələrlə birlikdə İnqilabın keşiyində durmağa hazırdır”.

Sepahın baş komandanı briqda generalı Səlami də çıxışı zamanı dedi: “Bu gün İnqilabın təmas xətləri minlərlə km dərinləşib, zülmə qarşı mübarizə, ədalətpərvərlik və mənəviyyat mesajı ilə ABŞ regionun siyasi və təhlükəszilik proseslərinin kənarında qalıb”.

Sepahın baş komandanı İnqilabın iqtidarı və öntədbirinin zəruriliyini vurğulayaraq dedi: “Sionist rejiminin İran qarşısındakı ən kiçik yanlışı son yanlış olacaq və sionist rejiminin yer üzündən silinməsi ilə nəticələnəcək”.

General Səlami dedi: “Sepah daxili yenilənmə ilə öz gücünü müxtəlif sahələrdə daha da artırmaq istiqamətində hərəkətdədir”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /