Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Həzrət Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş matəm mərasimi

İslam İnqilabının Ali Rəhbəri, bir qrup hökumət rəsmisi və xalqın müxtəlif təbəqələrindən olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş birinci matəm gecəsi keçirildi.

Mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Sədiqi Qurani-Kərimin ayələri, o cümlədən “Məvəddət ayəsi”nə istinad edərək Əhli-beytin (ə), o cümlədən Həzrət Fatimənin (s.ə) tanınmasının məvəddət və o öndərlərə tabe olmağın vacib şərti olduğunu dedi: “İslamın o böyük xanımının ən mühüm üstünlüyü xalis bəndəlik və canı bahasına vilayətin haqqını qorumaq olmuşdur. Bu işıqlı məktəbin Şəhid Süleymani kimi yetirmələri də canlarını qurban verməyə hazır olacaq qədər bəndəlik və vilayətçilik dəyərlərinə bağlıdırlar”.

Höccətül-İslam vəl-müslimin Sədiqi general Süleymaninin şəhadətinin İslam və İnqilabın iqtidarının artması, yeni oyanış dalğasının yaranması kimi mühüm nəticələrinə işarə edərək dedi: “Şəhid Süleymani kimi misilsiz nümunələr din hakimiyyətinin bərəkəti sayəsində yetişib parlayırlar. Bu səbəbdəndir ki, imperialistlər əsl din və dini hökumətə qarşı qəzəblidirlər”.

Mərasimdə cənab Mehdi Rəsuli Siddiqeyi-Kübranın (s.ə) başına gələn müsibətlərdən danışaraq növhə oxudu.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /