Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Həzrət Zəhraya (s.ə) həsr edilmiş ikinci matəm gecəsi

İslam İnqilabının Ali Rəhbəri, bir qrup hökumət rəsmisi və xalqın müxtəlif təbəqələrindən olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş ikinci matəm gecəsi keçirildi.

Mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Rəfii Allah və ilahi dəyərlər üçün qəzəblənməyin müqəddəs qəzəb olduğunu dedi: “Əhli-beytin (ə) həyatı göstərir ki, haqqın inkarı, dində bidət (dində olmayanın dinə gətirilməsi), müqəddəslərin təhqir edilməsi, ictimai fəsadlar, iş icraçılarının qanun pozuntusu və xəyanəti qarşısında susmaq yolverilməzdir. Necə ki, Həzrət Fatimeyi-Zəhra (s.ə) haqq və vilayətin inkarı və unudulması qarşısında susmadı”.

Höccətül-İslam vəl-müslimin Rəfii vilayəti-fəqih, İmam Rahilin vəsiyyətnaməsi və şəhidlər kimi məsələlərin haqqı tanımaq üçün qəti parametrlər olduğunu dedi: “Təbii ki, haqqın müdafiəsi xərcsiz başa gəlmir. Məsələn, İnqilabın Şəhid Süleymani kimi böyük şəhidləri bu xərcləri öz canları ilə ödəyərək İslam və İranın düşmənlərinin məkrli planının qarşısını müqəddəs qəzəblə aldılar”.

Mərasimdə cənab Mahmud Kərimi də Xanımın (s.ə) başına gələn müsibətlərdən danışıb növhə oxudu.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /