Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Həzrət Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş matəm axşamı

İslam İnqilabının Ali Rəhbəri, bir qrup hökumət rəsmisi və xalqın müxtəlif təbəqələrindən olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət axşamına həsr edilmiş matəm mərasimi keçirildi.

Mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Ali mömin üçün ən mühüm və ən ağır imtahanın çətin şəraitdə Allahın vəlisinə tabeçilik imtahnı olduğunu dedi: “Bu imtahanda uğur qazanmağın şərti nəfsin istəklərinə yox demək, şeytanın təlqinlərinə qarşı mübarizə, vilayətmərkəzlilik, yəni Allahın vəlisinin qərarı və rəyinin insanın öz rəy və istəyindən üstün tutmasıdır”.

Höccətül-İslam Ali qeyd etdi ki, İslam İnqilabı İran cəmiyyətinin vilayətmərkəzliliyini yüksəldən amildir: “İnqilabdan əvvələ qədər Əhli-beytə (ə) sevgi bildirmək və dini maarif fərdi səciyyə daşıyırdı. Ancaq İmam Xomeyninin (r.ə) hərəkatı ictimai vilayətin yaranmasına səbəb oldu”.

Mərasimdə cənab Mehdi Sələhşur Xanım Zəhranın (s.ə) müsibətlərindən danışıb növhə oxudu.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /