Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Həyat tərzini mədəniləşdirməklə onu İslami istiqamətə yönəldin

Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək mövlud ildönümü günü İmam Xomeyni (r.ə) adına hüseyniyənin salonu Böyük Peyğəmbərin (s) əziz qızının adı və xatirəsinin rayihəsi ilə ətirləndi. Əhli-beyt (ə) şair və məddahları İslamın o böyük xanımına həsr etdikləri şeirlərini oxudular.

İslam İnqilabının Ali Rəhbəri bu görüşdə qeyd etdi ki, məddahlar cəmiyyətinin ən mühüm və əsas vəzifəsi cəmiyyətdə, o cümlədən gənclər arasında mədənlişəmə aparmaq və dini maarifi dərinləşdirməkdir: “İslami həyat tərzi kontekstində mədəniləşdirmə aparılması, xüsusilə sosial həmrəylik, insanların bir-birlərinə kömək etməsi, habelə cəmiyyətdə qəhrəmanlıq, müqavimət və bəsirət ruhiyyəsini dərinləşdirmək nüfuz, təsir və təyinedici gücə malik olan məddahların böyük və məsuliyyətlərindəndir”.

İslam İnqilabının Rəhbəri cəmiyyətin əsas və dərin məzmunlu matəm və mənəvi şadlıq mərasimlərinin idarə edilməsi və istiqamətlədnirilməsində məddahların üzərinə düşən vəzifələrə işarə edərək dedi: “Bir zamanlar Əhli-beyt məclisləri və şəhidlərə həsr edilmiş mərasimlərdə ağlamağın zəiflik əlaməti olduğunu təlqin edən ziyalınümalardan fərqli olaraq məddahlar bunun zəiflik yox, əksinə, meydanın ortasında olan bir adamın ali hisləri, izzət, qüdrət və şücaət hissi üçün bir vasitə, bu məclislərin baniləri və təbliğatçılarının pak imamlar olduğunu çatdırırlar”.

Həzrət Ayətullah Xamenei Şəhid Hacı Qasim Süleymani və döyüş yoldaşlarının əzəmətli dəfn mərasiminin belə məclislərin aşkar nümunəsi olduğunu dedi: “Bu gün ölkənin əsas ehtiyaclarından biri gənclərin ruhi, fikri və mənəvi gücünün dərinləşdirilməsi və yüksəlişi, Fatimə və Əhli-beyt (ə) maarifinin düzgün tanıtdırılmasını ehtiva edən yumşaq müharibə silahları ilə təchiz edilmə olduğunu dedi”.

O vurğuladı ki, belə bir silahla təchiz olunmaq İslam cəmiyyəti və dövlətinin toxunulmazlığına səbəb olur: “Bu vəzifə və məsuliyyət məddahların üzərinə süşür. Əgər bu ağır vəzifəyə düzgün əməl edilməsə, Allahın sorğu-sualı və cəzası ağır olacaq”.

İslam İnqilabının Rəhbəri Əhli-beyt maarifi, İmam Hüseyn və Həzrət Zəhranın adı və xatirəsinə həsr edilmiş məclislərin təsirlərindən bir nümunə qeyd edərək dedi: “ABŞ-ın dünyanı heyrətə gətirən nəhəng və vəhşi təzyiqləri qarşısında İran xalqının davam gətirməsi həmin maarifin bərəkətinin nəticəsidir”.

Həzrət Ayətullah Xamenei dedi: “Belə bir ağır şəraitdə hər kəs İranın müqavimətçi əhalisinin 22 bəhmən yürüşü və general Süleymaninin dəfn mərasimindəki iştirakını gördü. Bu dözüm, həqiqətən, heyrətamizdir”.

O qeyd etdi ki, məddahların mühüm vəzifələrindən biri İslami həyat tərzinin təbliği və dərinləşdirilməsidir: “Əgər düşmənin mədəni hücumu qarşısında həyat tərzini düzgün və İslami yola qaytarmaq istəsək, yeganə çarə mədəniləşdirmədir. Məddahlar bu mühüm işdə böyük təsirə malikdirlər”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, ali dini maariflərdən biri və İslami həyat tərzi düşməndən qorxmamaq və Allaha təvəkküldür: “Əgər inqilabın ilk günlərində deyilsəydi ki, İran elmi və texnoloji dərəcə, siyasi mövqe və regional nüfuz baxımından indiki mərhələyə yüksələcək, heç kəs inanmazdı. Ancaq İran xalqı Allaha təvəkkül etdi, heç bir gücdən qorxmadı və nailiyyətlərin bu mərhələsinə yüksələ bildi”.

Həzrət Ayətullah Xamenei mədəni məsələlər, hicab mövzusu, batil qarşısında duruş gətirmək və vilayətin müdafiəsi kimi mövzularda Fatimə dərslərinə işarə edərək dedi: “Ən mühüm Fatimi maariflərindən biri o xanımın kəlamları və davranışlarında açıq şəkildə görünən sosial həmrəylik və başqalarına yardım mövzusudur”.

O bildirdi ki, cəmiyyətin xüsusilə, məşğulluq və gənclərin evliliyi kimi problemlərin həlli sahəsindəki mövcud ehtiyaclardan biri sosial həmrəylik ruhiyyəsinin yayılmasıdır: “Gənclərdə az uşaqlılıq fikrini formalaşdıran, cəmiyyətin qocalması və düşmənlərin asanlılqla gəncləri olmayan bir cəmiyyətə nüfuz edə bilməsi ilə nəticələnən təbliğatlara qarşı mübarizə aparmaq üçün evlilik şərtlərini asanlaşdırmaq və uşaqların sayının artırılması mədəniyyətini formalaşdırmaq lazımdır”.

İslam İnqilabının Rəhbəri İran xalqını ABŞ qarşısında geri addım atmağa qane etmək üçün Qərbin düşüncə mərkəzləri və geniş media təbliğatlarının işləyib hazırladıqları proqramlara işarə edərək dedi: “İran xalqı Allahın lütfü ilə bu vaxta qədər dayanmış, bundan sonra da dayanacaq. Ancaq bu duruş üçün cəmiyyətə mənəvi gücün davamlı olaraq injeksiya edilməsinə ehtiyac var”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, ölkədə qəhrəmanlıq ruhiyyəsi diridir: “İran xalqı izdihamlı və qəhrəmancasına iştiraka ehtiyac duyulan bütün hadisələrdə meydanda hazır olmuşdur. Ancaq bu ruhiyyənin davamlılığı üçün dini maarif və mədəniləşdirmə prosesinin dərinləşdirilməsinə ehtiyac var”.

O bildirdi ki, bu mühüm vəzifələr məddahların üzərinə düşən məsuliyyətlərdəndir: “Allahın lütfü ilə İslam Respublikası bütün cəhətlərdən belədir. Çünki İslam dövlərti yaxşı hərbi generala, gənc və motivasiyalı elm adamlarına, əzmkar, qeyrətli və zəkalı mədəniyyət memarlarına və bütün sahələrdə işə hazır olan insanlara malikdir. Buna görə də Allahın lütfü ilə bu imkanlarla düşmənin böyük cəbhəsi üzərində qəti və son qələbə İran xalqı ilə olacaq”.

Bu görüşdə ölkənin ayır-ayrı əyalətlərindən olan səkkiz məddah və şair Fatimeyi-Zəhraya (s.ə) həsr etdikləri şeir və mədhiyyələri oxudular.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

700 /