Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Qərb idarəetmə, sosial fəlsəfə və əxlaq sahələrində məğlub oldu

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) səhər Korona ilə Milli Mübarizə Qərargahının üzvləri və 21 əyalətin rəhbərinin iştirakı ilə təşkil edilmiş iclasa birbaşa internet üzərindən canlı qoşuldu. O, xalqın və məsul şəxslərin bu sahədə sosial-mədəni, müalicə, gigiyena, elmi, idarəetmə və xidmətlər kimi müxtəlif sahələrdə göstərdikləri fəaliyyətin böyük və əzəmətli bir cihad hərəkatı olduğunu dedi və bu milli səy və fədakarlığın qeydə alınması, yeniləndirilməsi və peşəkarlıqla canlandılmasının zəruriliyini vurğuladı: “Əziz İran xalqı öz mətin və səbirli davranışı ilə insafən, özünü yaxşı göstərərək İslam-İran mədəniyyətini nümayiş etdirdi”.

Ali Rəhbər iclasda verilən çox gözəl və aydınlaşdırıcı məlumatlara görə minnətdarlığını bildirərək korona ilə mübarizədə gecə-gündüz bilmədən fəaliyyət göstərmiş məsul şəxslərə təşəkkür etdi. O, bu sahədə xalqa və məsul şəxslərə böyük uğur bəxş etdiyi üçün Allah-taalaya şükür etdi.

Həzrət Ayətullah Xamenei Allahdan əzizlərini itirmiş bütün insanlara başsağlığı, dünyasını dəyişmiş insanlara rəhmət, Korona xəstəliyinə yoluxmuş hər kəsə və bütün xəstələrə şəfa, bu cihad hərəkatının şəhidlərinə uca dərəcələr dilədi.

İslam İnqilabının Rəhbəri xalqın və məsul şəxslərin son aylar əldə etdikləri nailiyyətlərdən söz açaraq dedi: “Müalicə, müxtəlif növ tibbi, profilaktik, tədqiqat, ictiami mərkəzlər və ətraf mühitin dezinfeksiyası kimi müxtəlif xidmət sahələri həqiqətə, böyük işlərdir və təşəkkürə layiqdir”.

O, müxtəlif qurumlar, o cümlədən elm əsaslı şirkətlərin ləvazimat və təchizatların istehsalı, insanların səhiyyə üçün lazım olan vasitələrin hazırlanması və istehsalı sahəsində göstərdikləri səy və fəaliyyətlərin qürurverici olduğunu dedi.

Həzrət Ayətullah Xamenei rifah xidmətləri, xalq, bəsic, silahlı qüvvələr və bütün qurumların bu sahədəki xidmətlərini xaqlın xidmətlər çoxluğu və genişliyi baxımından mömincəsinə və heytrətamiz bir hərəkət olduğunu dedi: “Bu böyük hərəkət və insanların səhnədə olması Allahın iradəsi və qüdrəti olmadan qeyri-mümkündür”.

Könüllü qüvvələrin ağır və təhlükəli işlərdəki iştirakı İnqilabın Rəhbərinin xalqın qürurverici fəaliyyətinin başqa bir yönü olduğunu dedi.

O dedi: “Tibb bacı və qardaşları, həkimlər, müalicə-səhiyyə işçilərinə dəfələrlə təşəkkürümü bildirmişəm. Yeri də var. Ancaq bunlarla yanaşı ağır və təhlükəli işlərə, o cümlədən, qüsül, kəfən və dəfn kimi ağır işlərə girişərək bu ağır işləri öz üzərlərinə götürmüş gənc könüllülər, bəsicilər və tələbələrə də təşəkkür etmək lazımdır”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, universitetlər və bəzi elmi mərkəzlərin bu dəyişkən virusun müəyyən edilməsi, korona ilə mübarizə vaksini və dərmanının tapılması sahəsində apardıqları elmi və tədqiqat fəaliyyətləri iranlıların qürurverici cəhətlərindəndir. O, ölkə gənclərinin tezliklə bu sahədə də uğura imza atacağına və iranlı istedadını bir daha dünyaya göstərəcəyinə ümidvar olduğunu dedi.

O, Korona ilə Milli Mübarizə Qərargahı və Səhiyyə Nazirliyinin proqram və idarəetməsinin çox yaxşı olduğunu dedi: “Bu milli fəxrlər qeydiyyata alınmalıdır”.

Həzrət Ayətullah Xamenei xalqın ümumi mübarizəsinin İslam və inqilab mədəniyyətinin təzahürləri üçün bir meydan olduğunu dedi: “Bu iş bir çox məqamlarda Müqəddəs Müdafiə dövrünün xidmətləri və dəstəyinin xoş ətrini ölkəyə yenidən yaydı”.

O, ciddi bir tələblə arzu etdi ki, ədəbiyyat və incəsənət adamları Şəhid Avini kimi danışıqları, yazıları, incəsənət fəaliyyətləri ilə bu böyük xalq mübarizəsini incəlikləri ilə çatdırsınlar və tarixdə əbədiləşdirsinlər.

İslam İnqilabının Rəhbəri xalqın Korona ilə mübarizəsindəki mətin və səbirli davranışını yüksək qiymətləndirərək dedi: “Bu hadisələr, adətən, dolanışıq xəsrcləri ilə bağlı narahatlıqlar yarada bilər. Bəzi ölkələrdə gördük ki, satış mərkəzlərinə hücumlar xüsusi halların baş verməsinə səbəb oldu. Lakin əziz İranda bu cür davranışlar qətiyyən görünmədi. İnsanlar özlərini bu sahədə də insafən, mətanət və dəyanətlə göstərdilər”.

İslam İnqilabının Rəhbəri son ayları bir cəhətdən də ümumi “evdəqal dövrü” adlandırdı: “Bu dövrdə ailənin İslam-İran mədəniyyətindəki yeri və rolu daha da aşkar oldu. Halbuki ailənin doğru-düzgün təməl və mənası olmadığı ölkələrdə “ümumi evdəqal dövrü” bu cür dözülən və dərk edilən deyil”.

O əlavə etdi: “Bu sahədə səbir və dözümlə ev və ailənin daha yaxşı idarə edilməsində rol oynamış qadının zəhmətlərini xüsusilə vurğulamaq lazımdır”.

Həzrət Ayətullah Xamenei çıxışının başqa bir yerində diqqətləri Qərbin Korona ilə beynəlxalq mübarizə sahəsindəki məğlubiyyətinə yönəltdi: “Qərb və qərbpərəstlər bu məğlubiyyətin görünməsini istəmirlər. Ancaq bu bacarıqsızlığın ayrı-ayrı yönləri araşdırılıb elan edilməlidir. Çünki xalqların onlar üçün əhəmiyyətli olan talelərinin seçimində bu məlumatlara ehtiyacları var”.

O, Qərbin idarəetmə imkanlarının çökməsinə işarə edərək dedi: “Başqa ölkələrlə müqayisədə Korona ABŞ və Avropada daha gec yayıldı. Yəni bu ölkələrin bu virusla mübarizə aparmaq üçün hazırlıqları var idi. Ancaq lazım olduğu qədər bacarmadılar. ABŞ və bəzi Avropa ölkələrində bu xəsətliyə yoluxan və ölənlərin statistikası bu ölkələrdəki müxtəlif problemlər, o cümlədən işsizlik bu acizlikləri sübuta yetirir”.

İslam İnqilabının Rəhbəri Korona ilə mübarizədə Qərbin sosial fəlsəfəsinin də tənəzzülə uğradığını dedi: “Qərbdən sosial fəlsəfənin ruhu və məzmunu pul və maddiyyat üzərində möhkəmlənmişdir. Bu səbəbdən də korona ilə mübarizədə yaşlılar, xəstə, pulsuz və əlil insanlara etinasızlıq göstərdilər. Çünki bu adamların pul qazanıb maddi imkan əldə etmək imkanları yoxdur. Buna görə də qoclar evində çoxlu sayda yaşlı insan canını tapşırdı ki, bu gerçəkliklər də Qərbin sosial fəlsəfəsinin məğlubiyyətinin gerçəkliklərini üzə çıxarır”.

Ümumi əxlaq nümayişi sahəsində məğlubiyyət İnqilabın Rəhbərinin qərblilərin acizliklərinin müxatəlif yönlərinin tədqiqi ilə bağlı qeyd etdiyi digər bir məsə oldu.

O, mağazalara hücum və digər problemlərə işarə edərək dedi: “Qərblilər bütün iddialarına baxmayaraq, bu sahədə də məğlubiyyətə uğradılar. Bu gerçəkliklər hər kəsə çatdırılmalıdır”.

İnqilabın Rəhbəri çıxışının sonunda iki məsələni vurğuladı: “Səhiyyə və müalicə şəbəkəsinə əhəmiyyət verilməsi, məscidlər və dua mərkəzlərinin bağlanıb-bağlanmaması ilə bağlı dəqiq araşdırmalar aparılması”.

O, birinci məsələ ilə bağlı belə dedi: “Müalicə Səhiyyəsi Şəbəkəsinin çox böyük əhəmiyyəti var. Güman edildiyi və təkrar-təkrar deyildiyi kimi, bu virusla yenidən qarşılaşarıqsa, bu şəbəkə onunla mübarizədə çox böyük köməklik göstərə bilər”.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda məscid və müqəddəs məkanlarda dua, namaz və ibadətlə bağlı cavabsız bir sual ünvanladı: “Mən bu məsələ ilə bağlı heç bir təklif irəli sürmürəm. Korona ilə Milli Mübarizə Qərargahının mütəxəssis rəyini əsas götürürəm. Ancaq nəzərə almaq lazımdır ki, ibadətlər və təvəssül, xüsusilə Ramazan ayı və qədr gecələrində xalqın əsas və qəti ehtiyaclarındandır. İnsanların mühüm hadisələr zamanı da Allahla ünsiyyətə böyük ehtiyacları vardır. Əlbəttə, inanıram ki, bu sahədə çox ciddi qaydalar da tətbiq olunsa, mömin və məscid əhli olan insanlar heç şübhəsiz hər kəsdən daha çox əməl edəcəklər”.

İnqilabın Rəhbəri çıxışnın bu hissəsini yekunlaşdırarkən dedi: “Qeyd etdiyim kimi, Koronavirsula Milli Mübarizə Qərargahının mütəxəssis rəyini mötəbər hesab edirəm. Ancaq bu tədqiqatı dua və təvəssülün həqiqəti və zərurətini dərk edən adama tapşırmaq lazımdır. Artıq bundan sonra onlar hansı qərarı qəbul etsələr, mən və bütün əhali ona əməl edəcək”.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda prezident və Korona ilə Milli Mübarizə Qərargahının üzvlərinə təşəkkürünü bildirərək dedi: “Allah sizə kömək olsun ki, bu işi ən yaxşı şəkildə başa çatdırasınız, iran xalqının iftixarları ilə bağlı tarixi bir əbədi məsələyə imaza atasınız, bu hadisə ilə bağlı ortaya çıxmış müxtəlif problemlər, o cümlədən maliyyəyə problemlərini lazımi tədbirlərlə ortadan qaldırasınızİslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən pre4zident Ruhani Korona ilə Milli Mübarizə Qərargahı və onun səkkiz komitəsinin keçən 80 gün ərzindəki fəaliyyətləri ilə bağlı hesabat verdi.

Cənab Ruhani xəstəliklə mübarizə aparan bütün qurumlar və şəxslər, xüsusilə səhiyyə işçiləri, səhiyyə və müalicə fəaliyyətləri ilə məşğul olan sahələr, silahlı qüvvələr, könüllülər və xalqın ayrı-ayrı siniflərinin nümayəndələrinə göstərdikləri səy və fəaliyyətlərə görə təşəkkür etdi: “Xəstəliklə mübarizədə çox yüksək fəaliyyət göstərdik. Qərb ölkələri ilə müqayisədə çörək və canın diqqətdən kənarda qalmasına imkan vermədik. Bu gün də ölkənin korona ilə bağlı statistikası qəbul ediləndir”.

Prezident Korona Qərargahının məktəblərin gələn həftədən açılması ilə bağlı qəbul etdiyi qərara işarə edərək dedi: “Şagirdlərin məktbə getməsi sərbəst olacaq. Yəni əyani iştirak problemini aradan qaldırmağa ehtiyacı olan şagirdlər məktəblərə gedərək xidmətlərdən istifadə edə bilərlər”.

Cənab Ruhani işsizlikdən yaranan xərcləri, habelə səhiyyə və müalicə xərclərini təmin etmək üçün Milli İnkişaf Fondudan bir milyard yevro götürülməsinə razılıq verdiyi üçün İslam İnqilabının Rəhbərinə təşəkkür etdərək dedi: “İnqilabın Ali Rəhbərinin səhmlərin azad buraxılması qərarına razılıq verməsi böyük bir iş və bu günlərdə xalq, xüsusilə zəif təbəqələrə nəsib olmuş çox böyük kömək idi. Bu göstərişin tam icrasının hazırlıq işləri gedir”.

Bu iclasda Səhiyyə-müalicə və tibbi təhsil naziri cənab Nəməki xəstəliyin Çində yayılması xəbər verildikdən və onun ölkəyə daxil olmasından bilafasilə sonra bu nazirliyin gördüyü işlərlə bağlı hesabat verdi: “Fəxr və qürurla bildirirəm ki, xəstələrin dəhlizlərdə və salonlarda çarəsiz qaldıqları, yaşlılara göstərilən xidmətlərin məhdudlaşdırıldığı bəzi Qərb ölkələrindən fərqli olaraq ölkəmizdə heç bir xəstə heç bir xəstəxananın qapısı önündə gözləmədi, heç bir yaşlı adama ikinci dərəcəli prioritet kimi baxılmadı.

Xəstəliyin müəyyən edilməsi və Korona ilə Milli Mübarizə Qərargahının könüllü layihəsinin icrasının həyata keçirilmiş mühüm işlərdən biri olduğunu deyən Nəməki bu layihənin icrasında Bəsicə etdiyi əməkdaşlığa görə, təşəkkür etdi: “Hal hazırda ölkənin 90 %-i nəzarətdədir. Ümidvarıq ki, əhalinin köməyi ilə bu proses davam etdiriləcək”.

Daxili İşlər naziri və Korona ilə Milli Mübarizə Qərargahının Təhlükəsizlik Komitəsinin sədri cənab Rəhmani Fəzli dedi: “Korona bəzi ölkələrdə çatışmazlığa və təhlükəsizlik problemlərinin meydana gəlməsinə səbəb olduğu halda, bizim ölkəmizdə bu problemlərin heç biri olmadı, əksinə, xalqın əzəmətli iştirakı və həmrəyliyi ilə müşayiət olunan səhnələr dünyaya göstərildi”.

Daxili İşlər Naziri İstehsal Maneələrinin Aradan Qaldırılması Qərargahının  Koronanın səbəb olduğu işsizlik probelminin həlli üçün fəal oldyuğunu dedi: “Sosial sahədə fəallar və cihad qruplarının olması qürurverici idi. Ərbəin çadırları da insanlara xidmət göstərmək üçün istifadəyə verildi”.

İclasın davamında Silahlı Qüvvələrin Baş Qərargah rəisi briqada generalı Baqiri bu müddət ərzində Silahlı Qüvvələrin hospitallarının taxtlarının 70%-nin Korona xəstəliyiindən əziyyət çəkən xəstələrə verilməsi və 10 min nəfər korona xəstəsi və ya bu xəstəlikdə şübhəli bilinən adamlara xidmət göstərilməsi ilə bağlı məlumat verdi. Daha sonra o, Silahlı Qüvvələrin müalicə, səhiyyə, gigiyena, qoruyucu, nəzarət vasitələrinin istehsalı və paylanması, tibib ləvazimatların möhtəkirliyinə qarşı mübarizə, xəstəliyin müəyyən edilməsi, keçidlər və obyektlərin təmizlənməsi ilə bağlı haqqında hesabat verdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /