Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbəri:

Korrupsiya ilə mübarizə yalnız haqq-ədalətə əsaslanmalıdır

İslam İnqilabının Ali Rəhbəri bu gün (şənbə) səhər Məhkəmə Sisteminin sədri və məsul şəxsləri, habelə respublikanın bütün prokurorluq orqanlarının rəhbərləri ilə videokonfransda son bir ildə həyata keçirilmiş tədbirlərdən razı qaldığını bildirdi. O, çıxışı zamanı məhkəmə sistemində həyata keçirilən dəyişikliklərin balanslı şəkildə davam etdirilməsi və məhkəmənin xalqmərkəzli olmasının zəruriliyini vurğuladı: “Korrupsiya ilə mübarizə bu mərhələdə özünün zirvə nöqtəsinə çatmışdır. Bu mübarizə qərəzsiz, haqq, ədalət və qanun əsasında, habelə günahsız insanlara qarşı haqsızlığa yol verilmədən, qüdrətlə davam etdirilməlidir”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, korona macərası başa çatmayıb və davam etməkdədir. O, bütün əhalini və məsul şəxsləri səhiyyə protokollarına ciddi şəkildə riayət etməyə və koronavirusun yenidən yayılmasının qarşısını almağa çağırdı.

İslam İnqilabının Rəhbəri Ayətullah Behişti, Şəhid Qüddusi, Şəhid Lacivərdi və məhkəmə orqanının digər şəhidlərinin xatirəsini əziz tutaraq məhkəmə islahatı sənədinin daha inkişaf etdirilmiş və təkmilləşdirilmiş formasının hazırlanmasında teoloji mərkəzlər və universitetlərin fikir mərkəzlərindən və məhkəmə sisteminin daxili təcrübələrindən istifadə eidlməsinin qiymətli bir iş olduğunu dedi: “Lazım gəldikdə xalqa bu sənəd və onun əhatə etdiyi proqramların icrası ilə bağlı məlumat verin. Bu addım xalqın məhkəmə orqanına qarşı ümidinə mütləq təsir göstərir”.

O, dəyişikliyin davamlı, idarəedilən, yeni təşəbbüs və nailiyyətlərlə müşayiət olunan bir zərurət olduğunu dedi: “Bu iş İslam dininin üsul və prinsiplərinə əsaslanmalıdır. Əks təqdirdə əsassız dəyişiklik tərəddüd və və hərc-mərcliklə nəticələnəcək”.

Həzrət Ayətullah Xamenei əməldə dəyişiklik yaradılmasının çox çətin bir iş olduğunu dedi: “Bəzi müqavimətlər pisfikirlikdən yox, bacarıqsızlıq və ya əsaslı dəyişiklik aparılmasına hal və hövsələnin olmamasındandır. Mövcud vəziyyətdən faydalananların qarşıdurmaları, korrupsionerlər və icraçıların bir-birinə qarışmış şəbəkəsinin təxribatları və dezionformasiyaları da islahatlar aparılmasını çətinləşdirir”.

Həzrət Ayətullah Xamenei düşmənlərin dövlətdə istənilən dəyişiklik və islahatçı hərəkətin nəticəsiz qalması üçün media propaqandası, xalqda bədbinlik və tərəddüd yaratmaq vasitəsilə dayanmadan göstərdikləri səylər islahatların digər çətinliklərindəndir: “İslahat və dəyişikliyə qarşı olan bütün amil və komponentlərə qarşı ən effektiv mübarizə yolu passivləşməmək, qətiyyət, Allaha təvəkkül etmək və islahat yolunun cəsarətlə davam etdirilməsi”.

İnqilabın Rəhbəri çıxışının başqa bir hissəsində məhkəmə sisteminin konstitusiya ilə müəyyən edilmiş mühüm və genişmiqyaslı vəzifələrinə işarə edərək bütün bu vəzifələrin balanslı şəkildə izlənməsi və icrasının zəruri olduğunu dedi.

O bu kontekstdə ümumi hüququn bərpasının mühüm əhəmiyyət daşıdığını qeyd edərək məhkəmənin son fəaliyyətlərindən razı qaldığını dedi: “Əgər prokurorlar ümumi hüquqların pozulduğunu hiss etsələr, işə qarışıb insanların haqlarını müdafiə etsinlər”.

Həzrət Ayətullah Xamenei məhkəmə sisteminin konstitusiya ilə müəyyən edilmiş əsas vəzifələrindən birinə, yəni cinayətin baş verməsinin qarşısının alınması vəzifəsinə işarə edərək dedi: “Əgər cinayətin təşəkkülü və baş vermə şəraiti düzgün şəkildə öyrənilsə, cinayətin baş verməsinin qarşısı elmi şəkildə alınar, nəticədə, cinayətlə mübarizə xərcləri kifayət qədər azlar. Bunun üçün bütün orqanların, xüsusilə icraedici orqanların əməkdaşlığına ehtiyac var”.

İnqilabın Rəhbəri dedi: “Müxtəlif məsələlərdə, o cümlədən cinayətin baş verməsinin qarşısının alınması və ictimai hüquqların tərifi kimi məsələlərdə sırf hüquq elmi problemləri həll etmir. Bunun üçün müxtəlif elm sahələri üzrə dini hövzə və universitet alimlərinin köməyindən istifadə etmək lazımdır”.

O, ümumi hüquqların bəzi nümunələri, o cümlədən ekologiya, habelə istehsal müəssisələrinin qeyri-dəqiq təyinatlarının müəyyən edilməsindən məmnun qaldığını dedi: “Əgər istehsal mərkəzləri sağlam olmayan və ya bacarıqsız adamlara həvalə edilsə, ölkənin istehsalı zərbə alar. Buna görə də bu nümunələr ümumi hüquqlardandır”.

İnqilabın Rəhbəri dəyişiklik istəyinin məhkəmə sisteminin məsul şəxslərindən bütün sistemə və qurumun bütün işçilərinə qədər ümumiləşdirilməsinin zəruri olduğunu dedi: “Xaqlaşma dəyişiklik yaradılmasının digər zəruri cəhətlərindəndir”.

Həzrət Ayətullah Xamenei xalqa yuxarıdan aşağı baxılmasının qəbuledilməz olduğunu dedi: “Biz dövlət məmurları xalqın bir hissəsiyik və xalq da bizdən çox-çox üstündür. Buna görə də biz hamımız özümüzü əməldə xalqın xidmətçisi bilməliyik”.

Xalqın məhkəmə qurumundan asanlıqla yararlanması, xalqın məhkəmə ilə bağlı məlumatlarının artırılmasına çalışmaq, xalqla davamlı və birbaşa ünsiyyət, korrupsiya ilə mübarizə kimi məsələlərdə xalqın köməyi və məlumatlarından istifadə edilməsi İnqilabın Rəhbərinin məhkəmə sisteminin məsul şəxslərinə tapşırdığı digər zəruri göstərişlərdən oldu.

Xalqa şifahi və statistik məlumat verilməsinin lazımlı, eyni zamanda yetərsiz olduğunu deyən Ali Rəhbər fəaliyyətlərlə bağlı məlumat verilməsində media və incəsənətin imkanlarından istifadə edilməsinin zərurətinə işarə edərək dedi: “Təəssüflər olsun ki, filmlərə nəzarət sahəsi üzrə bəzi məsul şəxslərin diqqətsizliyi ucbatından İslam Respublikasının məhkəmə sisteminin əsaslarını sual atlına alan filmlərin nümayiş etdirilməsinin şahidi oluruq”.

İnqilabın Rəhbəri dedi: “Qərblilər kinofilmlərdə öz məhkəmələrini reallığın əksinə olaraq sırf ədalət meydanı kimi göstərirlər. Lakin biz hətta ölkəmizin reallıqlarının təqdim edilməsində də media və incəsənət imkanlarından istifadə etmirik, bəzən əksini də göstəririk”.

O, ABŞ prezidentinin quldarlıq və irqi ayrıseçkilik simvollarını yıxan şəxslərə 10 il həbs cəzasının verilməsi ilə bağlı fikirləri və mühacirlərin uşaqlarının valideynlərindən ayrılması məsələsinə işarə edərək dedi: “Qərb filmlərində bu cür qanunsuzluqlardan danışılmır”.

İslam İnqilabının Rəhbəri çıxışının davamında korrupsiyaya qarşı mübarizə ilə bağlı bir neçə məsələyə aydınlıq gətirdi.

Həzrət Ayətullah Xamenei bildirdi ki, məhkəmə sistemində korrupsiya ilə mübarizə fəaliyyəti əvvəlki dövrdən başlamış və hal-hazrda özünün zirvə nöqtəsinə çatmışdır: “Korrupsiya ilə qərəzsiz və tərəfsiz mübarizə xalqda ümid yaradır. Çünki iqtisadi və maliyyə pozuntuları koronavirus kimi çox təhlükəli və yolxucudur”.

O əlavə etdi: “Korona virusu ilə korrupsiya virusunun yeganə fərqi budur ki, korona virusu əli yumaqla aradan gedir, ancaq korrupsiya virusu ilə mübarizə aparmağın yeganə yolu korrupsionerin əlini kəsməkdir”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, korrupsiyanın bütün forma və yönləri ilə balanslı mübarizə aparılmasının məhkəmə sisteminin vəzifəsi olduğunu dedi: “Korrupsiya ilə mübarizə birinci növbədə məhkəmə sisteminin daxilində, özü də ciddi və peşəkar şəkildə aparılmalıdır. Çünki korrupsiyanın məhkəmə sisteminin daxilinə vurduğu zərbə və onun nəticələri çox ağır olacaq”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, korrupsiyaya səbəb olan şərait və onunla mübarizə yollarının öyrənilməsi üçün peşəkar mütəxəssis baxışının olması zəruridir: “Korrupsiya ilə mübarizədə laqeydlik yolverilməz olduğu kimi, günahsız insanlara qarşı da həddi aşmaq olmaz. Təftişatlar tamamilə qanun və ədalətə əsaslanmalı, təsir altına düşməməlidir”.

İslam İnqilabının Rəhbəri virtual məkanın geniş vüsət alması və müxtəlif fərdlərin məsələlər və baş verən hadisələrlə bağlı mühakimələrinə işarə edərək dedi: “Ümumi əhali və virtual məkanın aktivləri günasız insanlara qarşı zülm və haqsızlığa yol verilməməsi üçün diqqətli olmalıdırlar”.

Həzrət Ayətullah Xamenei son məhkəmə ilə bağlı səsləndirilən fikirlər və mühakimələr zamanı əvvəlki məhkəmə sisteminin bəzi təmiz və vicdanlı rəhbərlərinə qarşı haqsızlıq və təhqirə yol verilməsindən şikayətlənərək dedi: “Bu məsələdə mən xalqa və gənclərə səslənirəm. Haqqa girməmək üçün diqqətli olsunlar. İnqilabçı və qətiyyətli mövqeyinə görə filan şəxsdən intiqam almaq istəyən inadkar insanlarla işim yoxdur”.

O vurğuladı: “Hal-hazırda məhkəmə sistemində korrupsiyaya qarşı aparılan mübarizə açıq şəkildə müşahidə edilir. Bu proses cənab Amuli Laricaninin vaxtından başlamışdır. O, mübarizə prosesinə həm daxildə, həm xaricdən start vermişdi. Bunlar diqqətdən kənarda qalmamalıdır”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, korrupsiya ilə ən yaxşı mübarizə tədbirlərindən biri istehsala dəstək və istehsal müəssisələrinin işinin dayandırılmasının qarşısını almaqdır: “Xalqın dolanışıq cəhətdən çətinliklə qarşılaşdığı mövcud şəraitdə ölkə iqtisadiyyatına kömək edə bilən hər bir qurum bu işi görməlidir. Məhkəmə sisteminin bu addımı əslində, ölkə iqtisadiyyatına köməkdir”.

Həzrət Ayətullah Xamenei məhkəmə sisteminin sədrinin bəzi bankların istehsal müəssisələrini müsadirə etmək və işlərini dayandırmaq haqqına malik olmaması ilə bağlı son bəyanatına işarə edərək dedi: “Bu, çox doğrudur və istehsal müəssisələrini almaq, işçiləri işdən azad etmək və təchizatları satmaqla bu müəssisələrin məhsuldarlığını dəyişən şəxslərə şamil ola bilir. Çünki bu cür addımlar ölkə iqtisadiyyatına zərbə vurur”.

O, korrupsiya ilə mübarizə sahəsində zəruri olan mühüm məsələlərdən birinin xalq nəzarəti və məlumatları olduğunu dedi: “Məlumat verənin maddi və mənəvi təhlükəsizliyini təmin etmək, yaxşıya çağıran və pisdən çəkindirən adamın məhkəmə orqanı tərəfindən dəstəklənəcəyinə əmin olması və iftira ilə də qarşılaşmaması üçün məhkəmə sistemində hüquqi infrastruktur hazırlanmalıdır”.

İslam İnqilabının Rəhbəri çıxışının son hissəsində məhkəməyə aid olmasa da, əslində, çox mühüm olan korona probleminə işarə edərək korona probleminin başa çatdığını hesab edən bəzi adamları tənqid edərək dedi: “Müalicə və səhiyyə qurumları və kadrlarının fədakarlığı, habelə xalq qruplarının könüllü səyləri, xalqın ümumi əməkdaşlığı nəticəsində İran dünyanın uğur qazanmış ölkələrindən biri kimi tanındı. Ancaq bu işin əvvəlinə aid idi. Hal-hazırda təəssüflər olsun ki, həmin hərəkət və səylər bəzi adamlar və məsullar tərəfindən zəfilədilmişdir”.

Həzrət Ayətullah Xamenei səhiyyə işçilərinə göstərdikləri dözülməz xidmətlərə görə təşəkkür etdi və xəstəliyin yayılmasının bu zəhmətkeşlərin yorulmasına səbəb olduğunu dedi: “Elə etmək lazımdır ki, korona vasitəsilə iqtisadi problemlər yaranmasın. Bu, doğru fikirdir, amma diqqətsizlik göstəriləcəyi və xəstəliyin yayılacağı təqdirdə iqtisadi problemlər də artacaqdır”.

O vurğuladı ki, ölkəni bütün cəhətlərdən, o cümlədən mənfur ABŞ və İngiltərənin düşmənçilikləri, habelə Avropa dövlətlərinin tədbirlərindən qorumaq lazımdır: “Əgər biz vəzifələrimizə əməl etsək, Allahın köməkliyi ilə onlarıın başı hər bir işdə daşa dəyər, məqsədlərini reallaşdıra bilməzlər, öz təbirlərincə desək, xalqı diz çökdürmək üçün göstərdikləri maksimum təzyiq İran xalqının yumruğunu onların sinəsindən vurub geri qovmaları ilə nəticələnər”.

Həzrət Ayətullah Xamenei sonda rspubkinın məhkəm sisteminin məsul rəhbərləri, işçiləri, hakimlərinə və onların ailələrinə təşəkkür etdi.

Bu konfransda İslam İnqilabının Rəhbərindən əvəvl çıxış edən məhkəmə sisteminin sədri bu orqanın son bir il ərzindəki islahat strategiyaları və proqramları ilə bağlı hesabat verdi: “Texnoloji yanaşma, elektron məhkəmənin inkişaf etdirilməsi, insanların ədalətdən istifadəsinin asanlaşdırılması üçün müxtəlif sistemlərin yaradılması müxtəlif problemlər, o cümlədən dövlətin əməkdaşlığı ilə 1200 istehsal müəssisəsinin fəaliyyətinin dayandırılmasının qarşısının alınması, nəzarət sisteminin gücləndirilməsi, bütün ölkə üzrə təftişat təşkilatının daha da fəallaşdırılması, rəylərinin möhkəmləyinin artırılması, təxirə salınmış sənədlərin yarıdan çoxu ilə bağlı qərar qəbul edilməsi, məhkəmə sisteminin ictimailəşdirilməsi, cinayətin açılması və ya baş verməsinin qarşısının alınmasında xalqın rolunun artırılması məhkəmə sisteminin keçən ilki strategiyaları və proqramlarındandır”.

Höccətül-İslam vəl-müslimin Rəisi korrupsiya ilə mübarizənin məhkəmə sisteminin ciddi prioriteti olduğunu dedi: “Məhkəmələrdə iqtisadi korrupsiya hallarına qarşı mindən çox hökm oxunmuşdur. Bu iş ciddiyyətlə davam etdiriləcək. Məhkəmə orqanının sağlamlığının artırılması, bu orqanın daxilində istənilən növ korrupsiya və pozuntu ilə mübarizə bütün dindar hakimlər, sağlam məhkəmə orqanı və ümumi xalqın prioritetləri və tələblərindəndir”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /