Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Məhərrəm ayının matəm mərasiminin səkkizinci gecəsi keçirildi

İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Məhərrəm ayının səkkizinci gecəsinə həsr edilmiş əzadarlıq mərasimi keçirildi.

Mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Rəfii Həzrət Seyyidüşşühədanın (ə) hərəkatının dirçəliş və islahat hərəkatı olduğunu dedi. O, islahatın zəmin və əsas şərtləri hesab edilən dəyişikliyə inam, nöqsanları görmək və bilmək, dəyişiklik üçün çalışmaq və əzmkarlıq göstərmək, doğru metod və ilahi bələdçinin seçilməsi prinsiplərini sadalayaraq dedi: “Kərbəla hadisəsindən günümüzə qədər bu hərəkatın islahat mesajlarını rəhbər tutaraq dəyişmiş insanların siyahısı çox uzundur. Hətta çətin şəraitlərdə də əzadarlıq məclislərinin keçirilməsinə israr göstərilməsinin bir səbəbi də İmam Hüseynin (ə) hərəkatının islahat yaradan mesajlarını diri saxlamaqdır”.

Mərasimdə Mehdi Səmavati “Təvəssül duası”nı və Kərbəla şəhidlərinin müsibətlərindən oxudu.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /