Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Peyğəmbərin (s) vəfat ildönümünə həsr edilmiş mərasim keçirildi

Bu gün (cümə) səhər İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə sonuncu peyğəmbər Həzrət Muhəmməd Mustafanın (s) vəfatı və Həzrət İmam Həsən Müctəbanın (s) şəhadət ildönümünə həsr edilmiş matəm mərasimi keçirildi.

Gigiyenik qaydalar səbəbindən cəmiyyətin itşirakı olmadan keçirilən bu mərasimdə çıxış edən Höccətül-İslam Kaşani Peyğəmbər (s) və İmam Əlinin (ə) həyatı ilə bağlı bir neçə nüansı qeyd etdikdən sonra hesablamalardakı ilahi yardıma diqqət və Allah yolunda mübarizələrdən yorulmamağın rasionallığın iki mühüm tərkib hissəsi olduğunu dedi: “Düşəmənə qarşı mütləq tam qüvvə və potensialla mübarizə aparmaq lazımdır. İslam tarixi göstərir ki, müsəlmanlar nə vaxt sırf maddi vasitələrə əsaslanıb onlarla qürurlanıblarsa, uğursuzluğa düçar olublar”.

Bu mərasimdə iştirak edən cənab Mürtəza Tahiri zikri-müsibət və mərsiyə oxudu.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /