Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İmam Rzanın (ə) şəhadət gününə həsr edilmiş mərasim keçirildi

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə bu gün səhər İmam Xomeyni (r.ə) adına hüseyniyədə İmam Əli ibn Musa ər-Rzanın şəhadət gününə həsr edilmiş matəm mərasimi keçirildi.

Gigiyenik qaydalara riayət etmək məqsədilə cəmiyyətin iştirakı olmadan təşkil edilmiş bu mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Abidini möminlər arasındakı əlaqə və qardaşlığın tövhid mərhələlərinin dərk edilməsinin zəruri şərti olduğunu dedi: “Dini baxışa və çoxlu sayda hədislərə əsasən, fədakarlıq, candan keçmə, gülərüzlük, Allah yolunda xərcləmək, problemləri həll etmək mömincəsinə qardaşlığın nümunələrindəndir. Bu əlaqə məsumla əlaqənin və Allaha yaxınlaşmanın lazımi şərtidir”.

Mərasimdə çıxış edən cənab Mahmud Kərimi də öz növbəsində zikri-müsibət və mərsiyə oxudu.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /