Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Həzrət Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş matəm mərasimi

İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət günlərinə həsr edilmiş birinci matəm gecəsi keçirildi.

Mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Sədiqi yəqin məqamı, tərəddüd və sapmadan uzaq olmağın əhəmiyyətinə işarə edərək Həzrət Zəhranın (s.ə) müqəddəs varlığının iman və yəqinlə dolu olduğunu dedi: “Quranın şərafətli ayələrinə əsasən, Haqq yolda yəqin məqamına, sabitlik və qətiyyətə nail olmağın şərti Allaha bəndəlik, hegemonluq və ağalıq etmək istəyindən çəkinməkdir”.

Cənab Əbülqasimin Qurandan oxuduğu ayələrin tilavəti ilə başlayan bu mərasimdə cənab Səmavati də zikri-müsibət və təvəssül duası oxudu.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /