Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Həzrət Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş sonuncu gecə

İslam İnqilabının Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş sonuncu matəm gecəsi keçirildi.

Mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Rəfii Həzrət Zəhranın (s.ə) haqqın müdafiəsi yolunun meyarı olduğunu dedi: “Həzrət Siddiqeyi-Kübranın Peyğəmbər (s) məscidindəki tarixi çıxışı, insanları haqqın müdafiəsinə razı salmaq üçün onlarla tək-tək danışması, vilayət haqqını xatırladıb bütün bəhanə qapılarını bağlamaq üçün mühacir və ənsarın qapılarına getməsi o xanımın vilayəti müdafiə etmək üçün atdığı əbədi və bənzərsiz addımlardandır”.

Mərasimdə habelə çıxış edən Höccətül-İslam vəl-müslimin Əkbərpur zikri-müsibət və rövzə oxudu.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /