Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Növbəti hökumət Xuzistan problemlərinin həlli ilə ciddi şəkildə məşğul olacaq

İslam İnqilabının Ali Rəhbəri bu gün günortadan sonra COVİran Barakat vaksininin ikinci dozasını qəbul etdikdən sonra xəstəliyə qarşı mübarizə aparan səhiyyə və müalicə qurumlarına, xüsusilə milli vaksinin istehsalında əməyi olan alim və tədqiqatçılara təşəkkür etdi. O, xəstəliyin yayılmasının qarşısının alınması üçün gigiyenik qaydalara tam şəkildə riayət edilməsinin davamlılığının zəruri olduğunu vurğuladı. Ali Rəhbər daha sonra Xuzistanın vəfalı əhalisinin su təminatı ilə bağlı ürək ağrıdan problemlərinə işarə edərək dövlət və qeyri-dövlət qurumlarının məsul şəxslərinə Xuzistan əhalisinin problemləri ilə ciddi şəkildə məşğul olmağı göstəriş verdi.

Həzrət Ayətullah Xamenei əhalinin vaksin əldə edilməsi istiqamətində qarşılaşdıqları problemin, əsasən, xarici vaksin satıcılarının vədlərinə əməl etməməsindən qaynaqlandığını dedi: “Bu məsələ əhaliyə və ölkə rəhbərliyinə bir daha xatırlatdı ki, başqalarına arxlanmaq problemlərin ortaya çıxmasına səbəb olur. Buna görə də bütün məsələlərdə öz ayağımız üzərində dayanmalıyıq”.

O əlavə etdi: “Daxili istehsalla yanaşı, əmin olduğumuz xarici istehsaldan da istifadə etmək məcburiyyətindəyik. Amma daxili istehsal üzərində mərkəzləşməklə əhalinin gözləməsi və gecikmələrinin qarşısını almalıyıq. Ümidvarıq ki, məsul şəxslərin diqqəti sayəsində vaksinin əhali arasında tamamilə asan şəkildə paylanılması həyata keçiriləcək”.

İslam İnqilabının Rəhbəri virusun bir-birini əvəz edən mutasiyaları və onun təhlükələrinin hələ də qalmasına işarə edərək xalqı gigiyena tədbirlərini davam etdirməyə çağırdı: “Xəstəliyin uzun sürməsi həssaslıqların azalmasına səbəb olmamalıdır. Hər yerdə, o cümlədən müxtəlif tipli dini və qeyri-dini mərasimlərdə də aidiyyatı qurumların maska və sosial məsafə kimi tövsiyə xarakterli göstərişlərinə tam şəkildə əməl edilməlidir”.

O dedi: “Əgər əhali tövsiyələrə bir dəfə tam şəkildə riayət etməyi qəbul etsə, xəstəliyin kökü tamamilə kəsilər, ya da ən azı onun yayılması, can və mal təhlükələrinin davam etməsi dayanar”.

Həzrət Ayətullah Xamenei məsul şəxslərə səslənərək vurğuladı: “Dövlət qurumları daxili vaksinlərin istehsalını ciddi şəkildə dəstəkləməlidir ki, bu iş daha yaxşı şəkildə həyata keçsin”.

İnqilabın Rəhbəri çıxışının başqa bir yerində Xuzistan əhalisinin problemlərindən söz açaraq dedi: “Son günlər, həqiqətən, ürək sıxan narahatlıqlardan biri Xuzistanın su və ölkə əhalisinin digər problemləridir”.

O, Xuzistanın su və Əhvazın kanalizasiya sistemi ilə bağlı daha öncə verilmiş çoxsaylı tövsiyələrə riayət edilməməsindən gileyləndi: “Əgər həmin tövsiyələr diqqət mərkəzində saxlansaydı, Xuzistanın bütün təbii imkanları və müsəssilərininin olmasına rəğmən, ostan əhalisinin narazılığı və narahatlığına səbəb olan bu vəziyyət ortaya çıxmazdı”.

Həzrət Ayətullah Xamenei dedi: “Əhali öz narahatlığını büruzə verdi. Onların bu hərəkətindən heç bir giley ola bilməz. Çünki Xuzistanın iqliminin isti olduğunu nəzərə alsaq, su məsələsi heç də kiçik bir problem deyil”.

O, səkkiz illik müqəddəs müdafiə dövründə Xuzistan əhalisinin çətinliklərin ön sırasında fədakarcasına yer aldığını qeyd etdi: “Bu insanlar problemlə qarşılaşmamalıdırlar. Əgər əhalinin zəruri tələblərinə vaxtında əməl edilsə, bu vəziyyət ortaya çıxmaz”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Hazırki dövlət və qeyri-dövlət qurumları işlə məşğuldur, daha sonra iş başına gələcəcək növbəti hökumət də bu işlərlə ciddi şəkildə məşğul olacaq”.

Həzrət Ayətullah Xamenei əhaliyə düşmənin hiylələri qarşısında da diqqətli olmağa tövsiyə etdi: “Düşmən inqilab, dövlət və xalqın maraqlarına zidd olan hər şeydən istifadə etməyə çalışır. Buna görə də onun əlinə bəhanə verməmək lazımdır”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /