Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Həzrət Əbaəbdillah Hüseynə (ə) həsr edilmiş matəm mərasiminin birinci gecəsi

İslam İnqilabının Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Əbaəbdillah Hüseynə (ə) həsr edilmiş matəm mərasiminin birinci gecəsi keçirildi.

Mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Sədiqi bütün peyğəmbərlər və övliyaların dəvət və çağırışlarının tövhidə və təcavüzlərdən qorunmağa çağırış olmaqla iki yönə malik olduğunu dedi: “Bu prinsip dini hökumətin zəruriliyini göstərir. Çünki tövhid inancında olan bir cəmiyyət yaradılması, batil və təcavüzkar hökumətlərin ortadan qaldırılması dini hökumət təşkil edilməsi ilə şərtlənir”.

Mərasimdə cənab Qasim Rəzii Allahın uca kəlamından ayələr oxudu. Mürtəza Tahiri isə zikri-müsibət və mərsiyə oxudu.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /