Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Həzrət Əbaəbdillah Hüseynə (ə) həsr edilmiş matəm mərasiminin ikinci gecəsi

İslam İnqilabının Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Əbaəbdillah Hüseynə (ə) həsr edilmiş matəm mərasiminin ikinci gecəsi keçirildi.

Mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Sədiqi dini hökumətin mühüm vəzifələrindən birinin cəmiyyətdə təbəqələşmə ilə mübarizə, məzlumun haqqının zalımdan alınması olduğunu dedi və bildirdi ki, Allah alimlərdən bu vəzifəni yerinə yetirməklə bağlı əhd almışdır: “Sekularizm və insanla Allah münasibətlərinin individual bir əlaqə ilə məhdudlaşdırılması qeyd etdiyimiz ilahi peyman və bu mühüm ictimai vəzifəyə əməl edilməsi ilə ziddiyyət təşkil edir”.

Mərasimdə cənab Səid Həddadiyan mərsiyə və rövzə oxudu.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /